Anons

28-05-2020, 10:09- Azərbaycan Xalq Cümhuriyyətinin 102 yaşı tamam olur

26-05-2020, 18:41- Sosial Psixoloq Aytac Çingizqızı boşanmalar barədə danışdı

26-05-2020, 16:08- Son 1 il ərzində “Nar”ın 4G istifadəçilərinin sayı 66% artıb

18-05-2020, 16:26- Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova yeni şeirini kitabxanaya təqdim etdi

15-05-2020, 16:33- Azərbaycanda SMS icazə sistemi ləğv olunur.

14-05-2020, 17:15- Azərbaycanda koronavirusa yoluxanların sayı 2879 nəfərə çatdı

14-05-2020, 13:22- Sahibkarlar "Asan İmza" ilə Azərbaycan Beynəlxalq Bankında onlayn hesab aça biləcəklər

14-05-2020, 12:34- Azərbaycan ərəb ölkələrinə soğan ixracına başladı

14-05-2020, 11:09- Dünyada koronavirusa ən çox yoluxma ilk dəfə Amerika qitəsində qeydə alınıb

13-05-2020, 20:15- Stilist Şəhla İbrahimova: "Bu yerə öz gücümlə gəlmişəm"

11-05-2020, 23:20- Sübut Əsədov: Korrupsiyaya və rüşvətə son qoyulmalıdır.

8-05-2020, 18:17- “Nar” koronavirusla mübarizə məqsədilə təxirəsalınmaz addımlar atır” – Baş İcraçı direktor Q.Panke

8-05-2020, 17:15- Operativ Qərargahın məlumatı – Bakı Metropoliteni fəaliyyətini bərpa edir

8-05-2020, 12:03- Quba Suvarma Sistemləri İdarəsində dövlətin pulu belə “yuyulur”-NONSES

8-05-2020, 11:30- Ötən il övladlığagötürmə ilə bağlı 200 müraciət olub

8-05-2020, 10:15- Şuşasız 28 il...

6-05-2020, 12:47- BDU-DA BEYNƏLXALQ VİRTUAL ELMİ KONFRANS KEÇİRİLİR

5-05-2020, 22:34- Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının ilk iclası keçirilib

5-05-2020, 13:27- Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyi Rəyasət Heyyətinin vatcap və FB üzərindən növbəti onlayn toplantısı keçirildi.

5-05-2020, 13:21- Ceyhun Zeynallı niyə həbs olunub?-Rəna Ağarzayeva 397 min manatı kimə və niyə verib?

Haqqımızda Əlaqə

Ağcabədidə rüşvət və korrupsiya həyat tərzinə çevrilib - YPX-nın rəisi Qafur Verdiyev qanunları belə pozur!!!

Tarix:13-05-2020, 22:49

Ağcabədidə rüşvət və korrupsiya həyat tərzinə çevrilib - YPX-nın rəisi Qafur Verdiyev qanunları belə pozur!!! Prezident Ilham Əliyevin ortaya qoyduğu siyasi iradə nəticəsində həyata keçirilən islahatlar vətəndaşlar tərəfindən rəğbətlə qarşılanır. Baş verənlərdən ruhlanan insanlar yaşadıqları ərazilərdə kök salmış rüşvətxor və korrupsioner məmurları ifşa edərək ictimai nəzarət funksiyasını yerinə yetirməyə çalışırlar. Prezidentin yürütdüyü siyasətə dəstək olaraq Ağdam rayonu Zəngişalı kənd sakini Rəhimov Ədalət Yaqub oğlu Ağcabədi rayonu Dövlət Yol Polisi şöbəsinin rəisi Qafur Verdiyevin qanunsuz əməlləri barədə redaksiyamıza müraciət ünvanlayıb. Müraciətdə deyilir:
"Mən 28.02.2020-ci il tarixdə axşam saatlarında Bakı şəhərindən gəlmiş qonağımla spirtli içki qəbul etmişəm. Bir gün sonra Ağcabədi rayonunda əkin sahələrinə gedən yolda özümə məxsus avtomobili idarə edərkən Ağcabədi rayon polis şöbəsinin dövlət yol polis bölməsinin əməkdaşları tərəfindən saxlanılmışam.
Mən məsuliyyətimi bilirəm, bilirəm ki,içkili avtomobil idarə etmək olmaz, onun inzibati məsuliyyəti var.
Lakin, buna baxmayaraq mən şöbənin inzibati binasında saat 15:00-dan axşam saat 23:00-a kimi saxlanılmışam.Saxlanılmağıma səbəb törətdiyim inzibati xətanı ört-basdır etmək üçün məndən qanuna zidd hərəkətlər etməyimi tələb etmələridir. Mənsə qanunla müəyyən olunmuş cəriməni dövlətə ödəmək yolunu seçdim.
Bunu Sizə çatdırmaqda bir vətəndaş kimi özümə borc bilirəm ki, mən orada olduğum müddət ərzində mənimlə bərabər bir neçə nəfər də saxlanılmışdır. Həmin vaxt onlara inzibati protokol yazılmadan polis əməkdaşları tərəfindən buraxıldılar.
Bundan başqa, məndə olan məlumat əsasında deyə bilərəm ki, rayon sakinləri Rüstəmov Fərid Saleh oğlu 07.01.2020-ci il tarixdə, Əhmədov Amil Xosrov oğlu 15.01.2020- ci il tarixdə, Hüseynov Elnur Eldar oğlu 05.02.2020- ci il tarixdə, Balayev Zaur Vaqif oğlu 28.12.2019-cu il tarixdə, Hacıyev Eynulla Nadir oğlu 26.12.2019-cu il tarixdə və Quliyev Camal Vəli oğlu 12.12.2019-cu il tarixdə, habelə başqaları da müxtəlif tarixlərdə polis əməkdaşları tərəfindən spirtli içki qəbul etməklə avtomobil idarə etmələrinə görə saxlanılmışlar, lakin onlar barəsində heç bir qanuni tədbir görülmədən sərbəst buraxılmışlar.
Sual olunur ki, həmin şəxslər hansı qaydada inzibati protokol tərtib olunmadan polis şöbəsindən sərbəst buraxılmış ,barələrində heç bir inzibati tənbeh tədbiri tətbiq edilməmişdir.
Ağcabədi RPŞ-nin YPX-nin rəisi Qafur Verdiyevə kimi himayədarlıq edir ki, o bütün bu sadaladığım və bizim bilmədiyimiz digər pozuntuları törədir.
Əlavə olaraq bildirirəm ki, YPX-nin xidməti istifadəsində olan alkotestr texniki avadanlığının dərc elədiyi çeklərin, çeklərin və həkim rəyinin qeydiyyat kitabı və rayon xəstəxanasında içkili vətəndaşların qeydiyyat kitabı üzləşdirilərsə dediklərim tam təfərüfatı ilə ziddiyətli hallar öz təsdiqini tapacaqdır. Xahiş edirəm mənim müraciətimi ictimailəşdirəsiniz."

Vətəndaşın müraciətindən belə aydın olur ki, Ağcabədidə qanunsuzluq baş alıb gedir. Bu qanunsuzluqlara hüquq-mühafizə orqanları da qoşulublar. Təsadüfi deyil ki, millət vəkili Siyavuş Novruzov bu günlərdə maraqlı təkliflə çıxış etmişdi. O bildirmişdi ki, rayonlarda fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının rəhbərləri də həbs olunmalıdır. Çünki onlar rayonlarda baş verən qanunsuz hallara göz yumublar. Indiki halda isə hüquq-mühafizə orqanının vəzifəli şəxsi qanunları tapdalamaqla məşğuldur.
Insafən qeyd olunmalıdır ki, Daxili İşlər Naziri Vilayət Eyvazov ilk günlərdən neqativ hallara qarşı ciddi mübarizə yolunu tutub. Qafur Verdiyev isə ,,dərə xəlvət,tülkü bəy" prinsipiylə Ağcabədidə at oynadır. Yəqin ki, Ağcabədi sakinləri səbirsizliklə ,,Qara maskalı oğlanlar"ın rayona gəlişini gözləyirlər. Şübhə etmirik ki, bu zaman Qafur Verdiyevin rüşvəti hansı yollarla aldığını əks etdirən video görüntülər maraqla izlənəcək.
Vətəndaşın müraciəti ilə bağlı Qafur Verdiyevlə əlaqə saxladıq. O bildirdi ki,şikayətçi sərxoş olduğu üçün cərimə olunub. Digər ittihamlar isə əsassızdır.
Maraqlıdır ki, vətəndaş Ağcabədi rayon Prokurorluğuna da müraciət edib. Əvvəlcə şikayətçini mehriban qarşılayan Prokurorluq əməkdaşı ona şikayətinin üstündə möhkəm dayanmağı tövsiyə etsə də, sonradan Ədalət Rəhimova göndərdiyi məktubda faktların təsdiqini tapmadığını bildirib. Ümid edirik ki, Yeni Baş Prokuror Kamran Əliyev Prezidentin tapşırıqlarına uyğun olaraq qanunçuluğun bərpa olunması üçün vətəndaşı qəbul edib dinləyəcək və tədbir görəcək. DYPB-nin rəisi Qafur Verdiyevlə bağlı Ağcabədidən daxil olan digər məlumatlar araşdırılma mərhələsindədir. Bu barədə gələn yazılarımızda tanış olacaqsınız. Ardı var...

Araşdırılma qrupu.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...