Anons

Bu gün, 16:33- 109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

Bu gün, 16:06- "Bura bildiyiniz bazardır..." - GİLEY

Bu gün, 15:40- Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

Bu gün, 14:44- Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

Bu gün, 12:55- "Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

Bu gün, 11:03- Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

Bu gün, 10:27- Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

Bu gün, 09:48- DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

Bu gün, 09:25- Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

Dünən, 20:55- MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

Dünən, 19:08- Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

Dünən, 18:40- Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

Dünən, 16:31- Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

Dünən, 15:11- Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

Dünən, 14:19- 285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

Dünən, 13:45- "Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

Dünən, 12:42- Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Dünən, 12:05- İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

Dünən, 10:49- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

Dünən, 10:08- «AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

Haqqımızda Əlaqə

190 manatla bağlı çox insan ümidsiz qaldı - "Nazirlik isə əlləzinə oxuyur"

Tarix:3-05-2020, 12:45

190 manatla bağlı çox insan ümidsiz qaldı - "Nazirlik isə əlləzinə oxuyur" Baş nazir Əli Əsədov mayın 2-də “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli Qərarında dəyişiklik edilməsi barədə əmr imzalayıb.

Təqdir ediləsi addımdır. İnanırıq ki, bu qərar əhalinin az təminatlı hissəsinin sosial müdafiəsindəki bürokratik əngəlləri aradan qaldıracaq. Çünki COVİD-19 pandemiyası ilə bağlı elan olunan karantin dövründə əhalinin sosial müdafiəsi ilə əlaqədar Respublika Prezidentinin göstərişlərinin icrası zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) fəaliyyətində ciddi nöqsanlar üzə çıxdı.

Təbii ki, bu da yerlərdə haqlı narazılığa səbəb oldu. VƏTƏNDAŞ – DÖVLƏT münasibətləri Nazirliyin səbatsız fəaliyyəti sayəsində zərər gördü. Karantin dövründə əhali ilə işləməli olan əsas dövlət qurumlarından biri ƏƏSMN birmənalı şəkildə qapılarını vətəndaşlarının üzünə bağladı. Baxmayaraq ki, Nazirlər Kabinetinin 31 mart 2020-ci il tarixli 122 nömrəli qərarına əsasən bir çox dövlət qurumlarının, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarına hərəkət sərbəstliyi verildi. Bu qərardan sonra gözlənilirdi ki, Nazirlik və onun yerli qurumları gücləndirilmiş iş rejiminə çalışacaq.

Çox təəssüfki, belə olmadı. Nazirlik əməkdaşları bağlı qapılar arxasına çəkildi. Ölkə başçısının göstərişlərinə inanıb-sevinənlər üz tutdular Nazirliyin yerli qurumlarına. Yerli qurumlarda isə vətəndaşları Nazirlik əməkdaşları yox, çoxsaylı polis əməkdaşları qarşıladı. Onların da gələnlərə tək bir cavabı var – “mayın 5-dək idarə işləmir”.

Maraqlıdır, bəs onda Nazirlər Kabinetinin 122 saylı qərarı niyə bir kənara atılıdı?! Axı qərara əsasən bu qurumların bütün əməkdaşları saat 9-00-dan 18-00-dək iş başında olmalı, vətəndaşların xidmətində durmalıydılar. Amma belə olmadı. Nazirlik ilk gündən mühafizəkarlıq etdi. Əhaliyə bildirildi ki, bütün müraciətlər elektron qaydada aparılır. Edilən müraciətlərə isə əsasən başdansovdu cavablar verildi. Bir qism insanlara dedilər ki, sənin adına maşın var. Bir qisminə dedilər ki, vergi ödəyicisisən. Bir qism müraciətlərə isə, ümumiyyətlə, cavab verilmədi. Və yaxud cavab verməyi artıq bildilər. Halbuki aprelin əvvəlində hökumət tərəfindən hansı insanların müavinət ala biləcəyi aydın şəkildə izah edilmişdi.

Həmin izahda VEÖN, maşın və digər uydurma bəhanələr yox idi. Bir sözlə, ƏƏSMN son vaxtlar nümayiş etdirdiyi mövqe nə dövlət işçisinin əxlaq kodeksinə, nə də insanlığa sıgır. Mərhəmət və barışıq ayı olan Ramazanda belə möqe nümayiş etdirmək isə heç müsəlmançılığa yaraşmır. Belə həssas məqamda Nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıblının məntiqsiz və bayağı açıqlamaları da əhali arasında az hiddət doğurmadı.

Yeri gəlmişkən, deyək ki, Fazil müəllimin bu gün əsas işlərindən biri sosial şəbəkələrdə Nazirlik haqqında hiddətlə yazılan fikirləri və şərhləri bloklamaqdır. Lakin görünən dağa bələdçi lazım deyil. Hami hər şeyi çox gözəl bilir. Milli Məclisin Regional məsələlər komitəsininn sədri Siyavuş Novruzov bu günlərdə belə hallara qarşı iqtidarın mövqeyini çox aydın ifadə etdi. Hörmətli millət vəkili bildirdi ki, “Karantin dövründə gördük ki, nazir qalıb kənarda, bunun mətbuat xidməti xalqa əlləzinə oxuyur. Əgər xalqın qarşısına çıxmağa üzü yoxdursa və ya qabiliyyəti çatmırsa, getsin otursun evdə. Nazirin vəzifəsi ictimaiyyət qarşısına çıxmaq və ictimaiyyəti birbaşa məlumatlandırmaqdır”.

Nəhayət, Azərbaycan Prezidenti İlham Əliyevin mayın 1-də Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edərkən söylədiyi fikirlər ƏƏSMN üçün də son xəbərdarlıq kimi qiymətləndirilməlidir. Ölkə başçısı videoqəbulda bir daha bəyan etdi: “Xoşagəlməz hallara qarşı Azərbaycanda çox ciddi mübarizə aparılır. Mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişdim. Bütün dövlət məmurlarını xəbərdar etmişdim və hətta demişdim ki, əgər hansısa dövlət məmuru öz işində düzəlişlər edə bilmirsə, yaxud da ki, istəmirsə, qoy özü könüllü şəkildə dövlət işindən istefa versin”.

190 manatla bağlı çox insan ümidsiz qaldı - "Nazirlik isə əlləzinə oxuyur"

Surxay Atakişiyevскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...