Anons

28-05-2020, 10:09- Azərbaycan Xalq Cümhuriyyətinin 102 yaşı tamam olur

26-05-2020, 18:41- Sosial Psixoloq Aytac Çingizqızı boşanmalar barədə danışdı

26-05-2020, 16:08- Son 1 il ərzində “Nar”ın 4G istifadəçilərinin sayı 66% artıb

18-05-2020, 16:26- Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova yeni şeirini kitabxanaya təqdim etdi

15-05-2020, 16:33- Azərbaycanda SMS icazə sistemi ləğv olunur.

14-05-2020, 17:15- Azərbaycanda koronavirusa yoluxanların sayı 2879 nəfərə çatdı

14-05-2020, 13:22- Sahibkarlar "Asan İmza" ilə Azərbaycan Beynəlxalq Bankında onlayn hesab aça biləcəklər

14-05-2020, 12:34- Azərbaycan ərəb ölkələrinə soğan ixracına başladı

14-05-2020, 11:09- Dünyada koronavirusa ən çox yoluxma ilk dəfə Amerika qitəsində qeydə alınıb

13-05-2020, 20:15- Stilist Şəhla İbrahimova: "Bu yerə öz gücümlə gəlmişəm"

11-05-2020, 23:20- Sübut Əsədov: Korrupsiyaya və rüşvətə son qoyulmalıdır.

8-05-2020, 18:17- “Nar” koronavirusla mübarizə məqsədilə təxirəsalınmaz addımlar atır” – Baş İcraçı direktor Q.Panke

8-05-2020, 17:15- Operativ Qərargahın məlumatı – Bakı Metropoliteni fəaliyyətini bərpa edir

8-05-2020, 12:03- Quba Suvarma Sistemləri İdarəsində dövlətin pulu belə “yuyulur”-NONSES

8-05-2020, 11:30- Ötən il övladlığagötürmə ilə bağlı 200 müraciət olub

8-05-2020, 10:15- Şuşasız 28 il...

6-05-2020, 12:47- BDU-DA BEYNƏLXALQ VİRTUAL ELMİ KONFRANS KEÇİRİLİR

5-05-2020, 22:34- Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının ilk iclası keçirilib

5-05-2020, 13:27- Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyi Rəyasət Heyyətinin vatcap və FB üzərindən növbəti onlayn toplantısı keçirildi.

5-05-2020, 13:21- Ceyhun Zeynallı niyə həbs olunub?-Rəna Ağarzayeva 397 min manatı kimə və niyə verib?

Haqqımızda Əlaqə

Yaşasaydı 48 yaşı tamam olacaqdı- şəhid Malik Məmmədov

Tarix:23-04-2020, 18:36

Yaşasaydı 48 yaşı tamam olacaqdı- şəhid Malik Məmmədov
Məmmədov Malik Bəhmən oğlu 1972-ci ildə Qafan rayonunun Yuxarı Gödəkli kəndində anadan olub. 1990-cı ildə hərbi xidmətə çağırılıb. Uzaq Samara vilayətində 1 il 6 ay qulluq etdikdən sonra erməni quldurlarının Azərbaycan torpaqlarına təcavüzü Malikdə hiddət doğurur, düşməndən qisas almaq üçün, çətinliklə də olsa, uzaq Samaradan qaçıb Azərbaycana gəlməyə nail olur. Bu torpaqlarımız uğrunda gedən müharibənin şiddətləndiyi dövr idi.
Malik Azərbaycan torpaqlarını azğın düşmən caynağından xilas etmək üçün 1992-ci ilin aprel ayında könüllü olaraq cəbhəyə yola düşüb. İlk döyüşə Füzuli bölgəsindən başladı. Füzulinin Qacar, Divanlılar və başqa kəndləri uğrunda gedən döyüşlərdə fəallıq göstərib düşmənə ağır zərbələr vurdu. Döyüş bacarığına görə onu taqım komandirinin müavini təyin etdilər.
Həmin vaxt Malikin qulluq etdiyi tabor Məngələnata yüksəkliyini quldurlardan təmizləyir. Bu döyüşdə Malik düşmənin 1 ədəd "PK" pulemyotunu və döyüş sursatını ələ keçirir. Hərbi hissəyə qayıdarkən, qəflətən minaya toxunub ayağından və çənəsindən yaralanır. Buna baxmayaraq, ələ keçirdiyi silahları gətirib tabor kamandirinə təhvil verir. Malik müalicə olunmaq üçün hospitala göndərilir. Bakı hospitalında müalicə olunduqdan sonra, 1993-cü ilin dekabr ayında yenidən cəbhə bölgəsinə qayıdır.
Cəbhənin ən qaynar nöqtəsinə, Füzuli rayonuna qayıdan Malik Kürdmahmudlu, Şükürbəyli, Bəhmənli, Seyidəhmədli, Alxanlı kəndlərinin düşməndən təmizlənməsində böyük hünər göstərib. Bu döyüşlərdə Malik düşmənin bir neçə canlı qüvvəsini və texnikasını məhv edib. Cəbhə dostlarının söylədiklərinə görə, Malik dəstənin önündə getməyi xoşlayırdı və şəxsi igidlik göstərmədən geri dönmürdü.
1994-ci il yanvar ayının 13-ü Malikin axırıncı döyüş günü oldu. Həmin gün Malikin qulluq etdiyi tabor Aşağı Əbdülrəhmanlı kəndini düşməndən azad etmək üçün hücuma keçdi. Gecədən başlayan döyüş səhərə yaxın daha da şiddətləndi. Səhər xeyli itki verən düşmən Əbdülrəhmanlı kəndini tərk etdi. Malikin dəstəsi qaçan düşməni təqib edib 8 kilometr geriyə qovdu. Malik təkbaşına 12 düşməni və düşmənin 2 snayperini məhv etdi. Üçüncü snayperi vurmaq üçün irəliyə atıldı. Lakin bu zaman mənfur düşmən gülləsi Malikin başından dəydi. Malik son dəfə cəbhə yoldaşlarının üzünə baxıb, canından çox sevdiyi Vətən üçün son nəfəsini verdi.
Cəsur döyüşçü 1994-cü il yanvarın 14-də Şəhidlər Xiyabanında dəfn olundu. Ölümündən sonra döyüşlərdə göstərdiyi igidlik və şücaətinə görə Bakının Nərimanov rayonundakı küçələrdən birinə Malik Məmmədovun adı verildi. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2010-cu il sərəncamı ilə Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə baş çavuş Məmmədov Malik Bəhmən oğlu "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub.

Yaşasaydı 48 yaşı tamam olacaqdı- şəhid Malik Məmmədov
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...