Anons

Dünən, 20:55- MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

Dünən, 19:08- Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

Dünən, 18:40- Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

Dünən, 16:31- Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

Dünən, 15:11- Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

Dünən, 14:19- 285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

Dünən, 13:45- "Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

Dünən, 12:42- Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Dünən, 12:05- İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

Dünən, 10:49- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

Dünən, 10:08- «AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

Dünən, 00:21- İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

17-04-2024, 23:33- CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

17-04-2024, 19:11- İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

17-04-2024, 18:48- "Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

17-04-2024, 18:35- Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

17-04-2024, 18:24- Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

17-04-2024, 16:48- Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

17-04-2024, 16:18- “Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

17-04-2024, 15:39- Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

Haqqımızda Əlaqə

Əli Həsənovun “mogikan”larının başı dərddə - VÜQAR SƏFƏRLİ “GETDİ”, NÖVBƏ KİMİNDİR…

Tarix:6-04-2020, 16:53

Əli Həsənovun “mogikan”larının başı dərddə - VÜQAR SƏFƏRLİ “GETDİ”, NÖVBƏ KİMİNDİR… Aprelin 4-də prezident İlham Əliyevin Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) İcraçı direktoru Vüqar Səfərlini vəzifəsindən azad etməsi ölkə mediası üçün gözlənilən olsa da, bəzi sullar da doğurub. Xüsusən də illərdir KİVDF-dən “qidalanan” qəzet redaksiyaları bu qurumun rəhbərliyində baş verən dəyişikliyin nə ilə nəticələnəciyini həyacanla gözləməkdədir. Məsələn, KİVDF-nin yeni İcraçı direktoru Əhməd İsmayılovun media sahəsində həyata keçirəcəyi islahatlar, qəzet redaksiyaları ilə ənənəvi əməkdaşlıq prinsipilərinin dəyişib-dəyişməyəcəyi və bu yeniliklərin onlara təsirsiz ötüşüb-ötüşməyəcəyi haqda narahatçılıqlar artmaqdadır. Lakin yeni İcraçı direktora ölkə başçısı tərəfindən hansı təlimatların verildiyi hazırda çox məhdud çevrəyə bəll olduğundan, bizim indidən bu haqda fikir söyləməyimiz doğru olmaz.
Heç şübhəsiz, doğru olan 2009-cu ildən KİVDF-yə rəhbərlik edən Vüqar Səfərlinin istefaya göndərilməsi oldu. Bu fikrimiz “yıxılana balta vurmaq” kimi anlaşılmasın deyə, oxucularımıza xatırladaq ki, biz bu qurumun medianın inikişafına dəstək vermək əvəzinə, sipər olduğu, ölkə başçısının mətbuata ayırdığı pulların bir qrup şəxs arasında talan edildiyi haqda illərdir yazmaqdayıq. Sonuncu dəfə “Əli Həsənov “getdi”, media siyasəti dəyişməz qalıb”, “Azərbaycanın “vüqarlı” mətbuatı” sərlövhəli yazılarımızda da bu məsələyə toxunmuş, KİVDF-nin bir qrup baş redaktoru oliqarxa çevirməkdən başqa heç bir media nümayəndəsinə fayda vermədiyini vurğulamışdıq. Onu da qeyd etmişdik ki, prezidentin keçmiş köməkçisi, vəzirovçu Əli Həsənov 28 noyabr 2019-cu ildə vəzifəsindən çıxarılsa da, onun mətbuat sahəsində “at oynadan” adamları hələ də öz vəzifəsinin başındadır…
Ölkə başçısının 4 aprel sərəncamı onu göstərdi ki, bizim düşündüyümzdən fərqli olaraq, dövlət heç də medianı nəzarətsiz buraxmayıb, bu sahədə daha ciddi islahatlar hələ qarşıdadır. Belə görünür ki, “Əli Həsənov məktəbi”nin yetirmələri media sahəsində KİVDF rəhbərinin istefaya göndərilməsi ilə başlayan islahat çərçivəsində bir-bir öz postlarını təhvil verməli olacaqlar. Çünki, əks halda bu sahədə köklü islahat aparmaq mümkün deyil. Yəni nə qədər ki, Ə.Həsənovun mediadakı “əsgərləri” öz vəzifələrini icra edirlər, hətta KİVDF-nin yeni rəhbərinin də fəaliyyətinə əngəl olmağa çalışacaqlar.

Əli Həsənovun “mogikan”larının başı dərddə - VÜQAR SƏFƏRLİ “GETDİ”, NÖVBƏ KİMİNDİR…

Nuşirəvan Məhərrəmli

Zənnimizcə, KİVDF-dən sonra Milli Televiziya və Radio Şurasının (MTRŞ) rəhbərliyində də analoji dəyişikliyə ehtiyac var. Əli Həsənovun tələbə yoldaşı, onun ən sadiq kadrlarından biri olan Nuşirəvan Məhərrəmlinin bu quruma rəhbərliyi dönəmində ölkə televiziyalarının, eləcə də radioların hansı səviyyədə olduğu hər bir vətəndaşımıza bəllidir. Əksər ekspertlərin və ziyalıların da dəfələrlə bəyan etdiyi kimi, bu gün Azərbaycan televiziyaları əxlaqsızlığı təbliğ etməkdən başqa heç bir iş görmür. Bu isə, şübhəsiz, prezidentin keçmiş köməkçisi Əli Həsənovun və MTRŞ sədri Nuşirəvan Məhərrəmlinin yarıtmaz, şəxsi ambisiyları, qrup maraqları üzərində qurulan fəaliyyətlərinin nəticəsidir.
Ən maraqlısı isə odur ki, Ə.Həsənov 4 aydan çoxdur vəzifəsindən uzaqlaşdırılsa da, N.Məhərrəmli onun qurduğu sistemdən bir addım da kənara çıxa bilmir. Bu isə ona gətirib çıxarıb ki, artıq vətəndaşlarımızın böyük əksəriyyəti ölkə telekanallarından üz çevirərək, Türkiyə və Rusiya telekanllarına baxmaqdadır. Halbuki, televiziyalar Azərbaycanın informasiya siyasətinin ən əsas sahəsi kimi vətəndaşlarımızın milli ruhda köklənməsi, saölam şəkildə maarifləndirilməsi üçün başlıca rol oynamalıdır. Bizdə isə, tamamilə əksini görürük…

Əli Həsənovun “mogikan”larının başı dərddə - VÜQAR SƏFƏRLİ “GETDİ”, NÖVBƏ KİMİNDİR…

Əflatun Amaşov

MTRŞ ilə yanaşı, Mətbuat Şurasının da yenilənməsinə ehtiyac olduğunu düşünürük. Doğruduru, bu təşkilat dövlət qurumu deyil, seçkili orqandır və rəhbər şəxsləri səsvermə ilə seçilir. Amma nəzərə alsaq ki, bu qurumun üzvlərinin böyük əksəriyyəti Əli Həsənovun nəzarətində olan qəzetlər olub, deməli, indiyədək keçirilən seçkilərin məhz Prezident Administrasiyasından gələn təlimatla baş tutduğu şübhə doğurmur. Üstəlik, Mətbuat Şurasının medianın fəaliyyətində heç bir ciddi rol oynamadığını, əsas işi hansısa məmurlarla müxtəlif qəzetlər, saytlar arasında vasitəçilik etmək, ya da ipə-sapa yatmayan media orqanlarını “qara siyashı”ya salmaq və onlar barəsində dövlət qurumlarına şikayət etməklə məhdudlaşdığından, bu qurumun da ciddi yenilənməyə ehtiyac olduğu qaçılmazdır. Bir halda ki, dövlət səviyyəsində Mətbuat Şurasına hər bir sahədə və yüksək səviyyədə dəstək göstərilir, demək, bu qurum medianın inkişafı istiqamətində çox iş görə bilər. Lakin bu günə qədər Mətbuat Şurasının jurnalistlərin peşəkarlığını artırmaq üçün hansısa treninqlər, seminarlar təşkil etdiyini kimsə görməyib. Görə də bilməz, çünki bu qurumun fəaliyyət prinsipləri tamamilə fərqlidir. Belə bir Mətbuat Şurası isə heç bir peşəkar jurnalistə gərək deyil. Axı medianın başı üzərində “uçastkovı” fəaliyyəti göstərmək kimə lazımdır və bu halda hansı inkişafdan danışmaq olar?!

Muxalifet.az

P.S. Bəs, Mətbuat Şurasının sədri Əflatun Amaşov Əli Həsənovun “sonuncu mogikanı”dırmı? Əlbəttə, yox!скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...