Anons

Dünən, 19:38- Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

Dünən, 19:10- İlham Əliyev 4 kəndi də qaytardı

Dünən, 16:33- 109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

Dünən, 16:06- "Bura bildiyiniz bazardır..." - GİLEY

Dünən, 15:40- Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

Dünən, 14:44- Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

Dünən, 12:55- "Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

Dünən, 11:03- Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

Dünən, 10:27- Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

Dünən, 09:48- DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

Dünən, 09:25- Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

18-04-2024, 20:55- MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

18-04-2024, 19:08- Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18-04-2024, 18:40- Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

18-04-2024, 16:31- Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

18-04-2024, 15:11- Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

18-04-2024, 14:19- 285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

18-04-2024, 13:45- "Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

18-04-2024, 12:42- Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

18-04-2024, 12:05- İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

Haqqımızda Əlaqə

Azərbaycanda “reket jurnalistlər"i “küçə jurnalistləri” əvəz edir – MEDİANIN “QARA YARASINA” ÇEVRİLƏN BU ŞƏBƏKƏ NECƏ İDARƏ OLUNUR...

Tarix:1-04-2020, 19:44

Azərbaycanda “reket jurnalistlər"i “küçə jurnalistləri” əvəz edir – MEDİANIN “QARA YARASINA” ÇEVRİLƏN BU ŞƏBƏKƏ NECƏ İDARƏ OLUNUR... Media hər bir dövlətin strateji sahələrindən biri hesab olunur. Təsadüfi deyil ki, bütün dünyada medianı “dördüncü hakimiyyət” adlandırırlar. Bu isə o anlama gəlir ki, istənilən dövlətdə media kimin əlindədirsə, hakimiyyət də onda olacaq. Təsadüfi deyil ki, mərhum rus milyonçusu Boris Berezovskinin illər öncə səsləndirdiyi “Mənə bir televiziya verin, bir dənə də at, o atı Rusiya prezidenti edim”, - fikri hələ də dillər əzbəridir.
Təbii ki, medianın önəmi və gücü haqqında dünyada böyük nüfuz sahibi olan ictimia-siyasi xadimlər tərəfindən bu kimi çox sayda fikirlər səsləndirilib. Bütün bunlar isə hansı səbəblərdən mediaya böyük pullar xərcləndiyini, hakimiyyətdə olan və hakimiyyətə gəlmək istəyən insanların nüfuzlu jurnalistləri öz ətrafına toplamağa cəhd etməsinin səbəblərini ortaya qoyur.
Azərbaycanda da mediaya nəzarət üzərində zaman-zaman nüfuz savaşı getdiyinin şahidi olmaqdayıq. Belə ki, dövlət qurumları ilə yanaşı, müxtəlif məmurların, oliqarxların çox sayda qəzet və saytları maliyyələşdirdiyi çoxlarına sirr deyil. O cümlədən, müəyyən xarici qüvvələrin də Azərbayacanda media üzərində nəzarətə sahib olmaq cəhdləri haqqında dəfələrlə qeyd etmişik...
Əlbəttə, dövlət müxtəlif yollarla media üzərində nəzarəti öz üzərində saxladığından, əksər hallarda kənardan bu sahəyə daxil olmaq cəhdləri uğursuz olub. Bununla belə, son illər Azərbaycanda “media” adı altında fəaliyyət göstərən müəyyən şəbəkə də formalaşıb ki, hazırda küçə və meydanlarda onlara daha çox rast gəlmək olur. Təsadüfi deyil ki, onlar media nümayəndələri arasında elə “küçə jurnalistləri” adlanır...
Hazırda Azərbaycan mediasının çox rəngarəng olduğunu qeyd edə bilərik. Belə ki, ölkədə peşəkar media nümayəndələri ilə yanaşı, “reket jurnalistlər”, “küçə jurnalistləri” və s. adlar altında fəaliyyət göstərən qruplar mövcuddur. Xatırladaq ki, 2017-ci ildə dövlət səviyyəsində “reket jurnalistikası”na qarşı ciddi mübarizə başlamışdı. Hətta həmin ərəfədə ölkədə ciddi rezonansa səbəb olan bir neçə baş redaktor həbs edilmiş, müxtəlif jurnalistlər barəsində cinayət işi başladılmışdı. Qısa müddət sonra bu əməliyyatlara ara verilsə də, “reket jurnalistlər”ə qarşı mübarizənin müəyyən zaman kəsimində müsbət nəticə verdiyini qeyd etmək olar...
Bəs, “küçə jurnalistləri” necə meydana çıxdı? Suala cavab verməzdən öncə qeyd edim ki, bu haqda aylar öncə yazmağı düşünürdüm. Hər dəfə müəyyən səbəblərdən bu yazını təxirə salsam da, bir neçə gün əvvəl həmin “jurnalist”lərdən biri ilə təsadüfi görüşdən sonra bu barədə yazmağı qətiləşdirdim.
Yadımdadır, “küçə jurnalistləri”nin fəaliyyəti ilk dəfə Milli Şuranın 19 oktyabr 2019-cu ildə “28 May” metrosu ətrafında keçirdiyi icazəsiz aksiya zamanı diqqətimi cəlb etmişdi. Həmin aksiyanı işıqlandırmaq üçün metronun qarşısında iqtidar və müxalifət mediasını təmsil edən çox sayda jurnalist olsa da, tanımadığım simaların “aktivliyi” daha çox gözə çarpırdı. Belə ki, əyinlərində jurnalist geyimi olan, mobil telefonla çəkiliş aparan bu şəxslər “mən jurnalistəm, sən mənə toxuna bilməzsən” deyə hətta polisin işinə də müdaxilə edirdi. Ən qəribəsi o idi ki, uzun illər media sahəsində can qoymuş peşəkarlar bəzi hallarda özlərini jurnalist kimi təqdim etməyə cəsarət etməsələr də, yağışdan sonra çıxan göbələklər kimi artan bu məxluqlar “mən jurnalistəm” deyib, az qala polisin gözünü basıb çıxarmaq istəyirdi...
Sonradan bu çəkilişlərin hər birinə xaricdən yayımlanan internet telekanallarında rast gəldikdə, “küçə jurnalistləri”nin haradan idarə edildiyi aydın oldu. Və həmin aksiyadan sonra onların sayı artmaqla yanaşı, Azərbaycana mediasının peşəkarlığına kölgə salan, jurnalist adına ləkə gətirən daha iyrənc əməllərinin də şahidi olmaqdayıq. Məsələn, 9 fevral növbədənkənar parlament seçkilərindən sonra, narazı namizədlərin Mərkəzi Seçki Komissiyasının (MSK) qarşısında keçirdiyi aksiyalar zamanı məlum sifətlərin biabırçı hərəkətlər etməsi hər kəsin xatirindədir: polisi təxribata çəkmək, üstünə qışqırmaq, üzünə əl atmaq, küçə qadınlarına xas hərkətlər və s. Bu zaman bir daha öz-özümə sual vermişdim, bütün bunlar məqsədli şəkildə Azərbaycan mediasını gözdən salmağa xidmət etmirmi?!
Yuxarıda qeyd etdiyim kimi, bir neçə gün əvvəl təsadüf nəticəsində “küçə jurnalistləri”nin “parlaq” simalarından biri ilə söhbətləşməli oldum. Media işçisi olduğumdan xəbərsiz olan bu xanım dərhal mənə jurnalistikadan “dərs keçməyə” başladı. Xeyli özünü və işini təriflədikdən sonra, ondan nə vaxtdan jurnalist fəaliyyəti ilə məşğul olduğunu, hansı universiteti bitirdiyini soruşdum. Bu sahədə 2 ilə yaxındır “külüng vurduğunu” və ali məktəbdə oxumadığını bildirdi. Üstəlik, mənə “başa saldı” ki, jurnalist olmaq üçün ali təhsil almağa ehtiyac yoxdur. Daha sonra isə, “yazı yazmaq mənlik deyil, mənim işim çəkiliş aparmaqdır”, - deyə əlavə etdi. Onu da bildirdi ki, bütün çəkilişləri xaricə ötürür və qarşılığında yaxşı qonorar alır.
Yeri gəlmişkən, həmsöhbətim çalışdığı internet televiziyasının Bakının mərkəzində ofisi, müasir avadanlıqları və s. olduğunu da diqqətə çatdırdı...
Bu xanımla söhbət zamanı onun təhsil səviyyəsinin ibtidai dərəcəni aşmadığı, jurnalistikadan xəbərsiz və yüngül əxlaq sahib olduğu mənə bir daha aydın oldu. Sonradan “Facebook” profilinə baxdıqda da yazdığı statusların hər cümləsində ən azı 5-6 ədəd orfoqrafik səhv və fikirlərinin anlaşılmaz olduğunu gördükdə isə, bir anlıq “mən jurnalistəm, sən mənə toxuna bilməzsən”, - deyə polisin üzünə əl atdığı səhnə gözümün önündə canlandı...
Əlbəttə, “küçə jurnalistləri”nin bir çoxunun savadsız, jurnalistikadan xəbərsiz və yüngül əxlaq sahibi olan insanlardan seçilməsi heç də təsadüf deyil. Çünki heç bir peşəkar jurnalist xaricdən verilən tapşırığı onlar kimi “ləqayətlə” icra edə bilməz. Bu insanlar isə, əxlaqdan kasad, müstəqil jurnalistika anlayışından xəbərsiz olduqlarından, onlara verilən istənilən tapşırığı yerinə yetirməyə hər an hazırdırlar. Şübhəsiz, bu tapşırıqlar da ancaq neqativləri axtarıb ortaya çıxarmaqdan ibarətdir. Ən maraqlısı isə odur ki, bunlar bir çox hallarda peşəkar mediadan belə, operativ davranırlar. Yəni narada neqativ bir olay varsa, həmin yerdə birinci “küçə jurnalistləri”ni görmək olar...
Dəyərli oxuculara bəllidir ki, biz Muxalifet.az olaraq son 3 il ərzində reket jurnalistikasına qarşı mübarizə aparmaqdayıq. Bu müddət ərzində topladığmız təcrübəyə və gəldiyimiz qənaətə əsasən deyə bilərik ki, “reket jurnalistlər” “küçə jurnalistləri”nin yanında, necə deyərlər, toya getməlidir.
Bizi düşündürən bir məsələ də odur ki, illərdir “reket jurnalistikası”na qarşı mübarizədə böyük enerji sərf etməsinə rəğmən, ciddi nəticələr əldə edə bilməyən Mətbuat Şurası getdikcə Azərbaycan mediasının “qara yarasına” çevrilən “küçə jurnalistikası”na qarşı necə mübarizə aparacaq?!скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...