Anons

Bu gün, 21:44- Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Bu gün, 21:25- Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

Bu gün, 19:03- Papanın səhhəti yaxşılaşıb

Bu gün, 18:40- Putin seçki üçün 317 milyon pul xərcləyib

Bu gün, 18:17- Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

Bu gün, 17:05- Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

Bu gün, 16:33- Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

Bu gün, 15:51- Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

Bu gün, 15:23- İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

Bu gün, 14:02- Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bu gün, 12:04- Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

Bu gün, 11:30- Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

Bu gün, 10:52- Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

Bu gün, 09:58- Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

Bu gün, 09:28- Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Dünən, 21:08- İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

Dünən, 20:40- Ramazanın 18-ci gününün DUASI

Dünən, 19:14- Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

Dünən, 18:43- Pedaqoji Universitetin Şəki filialına yeni direktor təyin olunub - ƏMR

Dünən, 16:04- Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Haqqımızda Əlaqə

Nəsimidə ağac soyqırımını kim həyata keçirir? – Etiraz + Video

Tarix:20-02-2020, 22:42

Nəsimidə ağac soyqırımını kim həyata keçirir? – Etiraz + Video Bakının Nəsimi rayonu, Bakıxanov küçəsi 42 ünvanında yerləşən yaşayış binasının sakinləri binanın həyətində yeni tikinti işlərinin aparılmasından narazıdır.

"Yeni Sabah" xəbər verir ki, binanın sakinləri "Report"a bildirib ki, həyətdə abadlıq-quruculuq işlərinin həyata keçiriləcəyini nəzərdə tutduqları halda qəfildən orada yeni tikilinin başlaması onlar üçün gözlənilməz olub.

Təxminən, 500 nəfərə yaxın sakinin yaşadığı binanın birinci mərtəbəsində 5 saylı Şəhər poliklinikası və Bakı şəhər Təcili Tibbi Yardım Stansiyası yerləşir.

Şam və zeytun ağacları ilə yaşıllaşan həyət sakinlərlə yanaşı, həm də poliklinikada müalicə alan xəstələrin istirahət etməsi üçün istifadə olunur. Sakinlərin sözlərinə görə, həyətdə uşaqlar üçün nəzərdə tutulmuş mini futbol meydançası, təxminən, 60 il bundan əvvəl düzəldilib.

Binanın sakini Rəhman Səmədov bildirib ki, sözügedən həyət tarixi binanın balansındadır: "Bizim yaşadğımız binanın bünövrəsi 1951-ci ildə qoyulub. Bu bina daş bina olduğuna görə Mədəniyyət Nazirliyində xüsusi qeydiyyatdadır. Həyət də binaya daxildir. Qapalı həyətdir və hasarlanıb. Burada uşaqlar, qocalar, hətta poliklinikada müalicə alan xəstələr də istirahət edir. Bir neçə gün öncə gəlib burada həyətdə ölçü işləri aparıblar".

Digər sakin Leyla Məmmədovanın sözlərinə görə, binanın həyətində tikinti işlərinin aparılması ekoloji cəhətdən mənfi təsir göstərəcək: "Çünki bir neçə gün öncə də gəlib ağaclara baxdılar və kəsəcəkləri ağacların sayını müəyyənləşdirdilər. Biz yaşıllığı burada qorumalıyıq. Ailələr var ki, uşaqlarını bu ağacların altında gəzdirirlər. Körpə uşaqlar var ki, onlara təbii hava lazımdır. Biz burada abadlıq işlərini gözləyirdik, kiçik meydançalar, səliqəli həyət arzulayırdıq. Amma gəlib burada nəsə tikmək istəyirlər".

Peykər Quliyeva isə həyətdə tikinti işlərinin aparılması sakinlərin və 70 illik yaşı olan binanın təhlükəsizliyinin pozulmasına zəmin yarada bilər: "Çünki əgər burada tikinti işləri aparsalar, biz həyətə hardan daxil olaub və ya çıxacağıq?. Bundan əlavə, düz binanın həyətində tikinti işləri binamızın da qəzalı vəziyyətə düşməsinə səbəb ola bilər. Tanımadığımız şəxslər gəlib həyəti ölçüb-biçiblər. İllərdir qoruduğumuz ağacların sayını götürüblər. Ümumiyyətlə, binanın həyətində yaşıllıqları məhv edib icazəsiz tikinti işləri aparmaq yolverilməzdir. Biz hətta həyətdə avtomobillərin saxlanılmasının qadağan olunmasını istəyirik. Çünki hər maşından çıxan tüstü sağlamlığa ziyandır. İnsan havasız yerdə yaşaya bilərmi?".

Nəsimi Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, məsələ araşdırılır.

"Yeni Sabah" bildirir ki, son vaxtlar paytaxt rayonları içərisində ağacların məhv edilməsinə daha çox Nəsimi rayonu ərazisində rast gəlinir. Demək olar ki, hər gün internet resurslarda bu rayonun müxtəlif ünvanlarında ağacların qanunsuz kəsilməsi haqda sakinlərin şikayətlərinə, foto və video faktlara rast gəlmək mümkündür. Amma hələ ki, bununla bağlı heç bir ciddi tədbir görülməyib.

скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...