Anons

Bu gün, 10:14- Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

Bu gün, 09:24- “Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

Bu gün, 09:00- “Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

Dünən, 22:52- Bu gecə ilk Qədr gecəsidir

Dünən, 22:11- İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

Dünən, 21:44- Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Dünən, 21:25- Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

Dünən, 19:03- Papanın səhhəti yaxşılaşıb

Dünən, 18:40- Putin seçki üçün 317 milyon pul xərcləyib

Dünən, 18:17- Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

Dünən, 17:05- Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

Dünən, 16:33- Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

Dünən, 15:51- Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

Dünən, 15:23- İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

Dünən, 14:02- Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Dünən, 12:04- Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

Dünən, 11:30- Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

Dünən, 10:52- Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

Dünən, 09:58- Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

Dünən, 09:28- Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Haqqımızda Əlaqə

LATIN AMERİKASI ÖLKƏLƏRİNDƏ PREZİDENTLİK İNSTİTUTU MODELLƏR

Tarix:19-02-2020, 14:24

LATIN AMERİKASI ÖLKƏLƏRİNDƏ PREZİDENTLİK  İNSTİTUTU MODELLƏR Siyasi elmin müasir inkişaf mərhələsində hakimiyyət institutu kimi prezidentlik institutunun, prezidentli idarə üsulu parametrlərinin öyrənilməsinə xüsusi əhəmiyyət verilir. “Prezident” termini latın mənşəli “praesidens” sözündən götürülmüş və hərfi mənada “irəlidə oturan” mənasını daşıyır. Antik dövrdə müxtəlif yığıncaqlarda sədrlik edənləri prezident adlandırırlar. Bu ilkin mənada işlədilən “prezident” sözündən sonralar, məsələn, senatın prezidenti vəzifəsi yaranmışdır. Müasir dövrdə bu termin respublika idarəçilik formasına malik olan dövlətlərdə öz səlahiyyətlərini seçki yolu ilə əldə edən dövlət başçısı vəzifəsinin qeyd edilməsi üçün işlədilir.

Məlum olduğu kimi, tarixən prezidentlik institutu siyasi sistemin vacib institutu kimi ilk dəfə olaraq Amerika Birləşmiş Ştatlarında tətbiq edilmiş, bu ölkədə prezident vəzifəsi bir şəxsdə dövlətin və hökumətin başçısını birləşdirmişdir. Prezident vəzifəsi siyasi-hüquqi mənada bu ölkənin 1787-ci il Konstitusiyasında təsbit olunmuşdur. Bu zaman ondan çıxış edilirdi ki, prezident ölkənin idarə olunmasına dair kifayət qədər geniş səlahiyyətlərə malik olmalıdır, çünki zəif prezidentin olması hökümətin zəif işləməsi deməkdir. Dövlət hakimiyyəti orqanları sistemində prezident müstəqildir, ABŞ Konqresinə hesabat vermir və təkcə xalq qarşısında məsuliyyət daşıyır. Bununla belə ABŞ prezidentinin hakimiyyəti mütləq xarakterli deyil, hakimiyyətlərin bölgüsü mexanizmində onun bərabərhüquqlu partnyorları kimi prezidentdən asılı olmayan Konqres və eləcə də müstəqil olan Ali Məhkəmə çıxış edir.

ABŞ prezidentlik modelini tətbiq edən ilk ölkələr kimi Latın Amerikası ölkələrini göstərmək olar. Həmin ölkələrdə sosial-iqtisadi inkişafın xüsusiyyətləri siyasi həyatın qeyri-sabitliyi və davamsızlığını şərtləndirirdi. Siyasi mübarizə kəskin xarakter daşıyırdı və bu mübarizədə zorakılıq ənənəsi kök salmışdı. Müstəqilliyini qazanmış Latın Amerikası dövlətlərinin prezidentli respublikalar kimi konstitusiyalarının bir çox müddəaları xüsusilə Şimali Amerika nümunələrini təkrarlayaraq, hakimiyyətlərin bölünməsi və əhalinin demokratik hüquq və azadlıqlarını nəzərdə tuturdu. Onları xarakterizə etmək üçün "super-prezidentlik" termini daha uyğun gəlir. Belə ki, XX əsrin 90-cı illərinə qədər regionun əksər ölkələrində icra hakimiyyəti üstünlük təşkil edir. Müasir şəraitdə bu ölkələrdə formalaşmış prezidentlik institutları müəyyən təkamül yolu keçmiş və özünəməxsus xüsusiyyətləri ilə fərqlənir. Bütün bunlar Latın Amerikası ölkələrində təşəkkül tapmış prezidentlik institutu modellərinin, müqayisələr əsasında onların xüsusiyyətlərinin araşdırılmasını zəruri edir.

Aparılan təhlillər çərçivəsində ABŞ timsalında göstərmək olar ki, prezidentli respublikalarda dövlət başçısı eyni zamanda icra hakimiyyətinin başçısı olur və bu hakimiyyət bütövlükdə ona mənsubdur. Prezident hökumətin formalaşması və fəaliyyətinə həlledici təsir edir. Qanunvericilik prosesində prezidentin iştirakı əsasən veto hüququ və Konqresə illik müraciətlər vasitəsilə reallaşır. ABŞ-n prezidentli idarəçilik sisteminin qurulması təcrübəsini tətbiq edən ilk ölkələrə Latın Amerikası ölkələri aid edilir. Belə ki, artıq XIX əsrin birinci yarısında ABŞ-da baş verən siyasi proseslərin təsiri altında bir çox Latın Amerikası ölkələrində prezident vəzifəsi təsis edilmişdir. Bu ölkələrdə prezidentlik institutunun konkret siyasi sistemdə təşəkkülü özünəməxsus xüsusiyyətləri ilə fərqlənir. Əgər ABŞ-da güclü prezident hakimiyyətinə tələbat İngilis monarxından müstəqillik uğrunda mübarizədə zərurət olaraq bir-birindən ayrı olan ştatların vahid dövlətdə birləşdirmək tələbatı olmuşdursa, Latın Amerika ölkələrində prezident modelinin seçilməsi məntiqi daha çox mərkəzləşmiş dövlət şəraitində avtoritar rejimin legitimləşdirilməsi ilə bağlı olmuşdur. Başqa sözlə, həmin ölkələr prezident idarəetmə formasını ABŞ-dan götürsələr də, bu heç də ABŞ modelinin onların siyasi həyatına sadəcə köçürülməsi deyildi. Bu, inkişaf etmiş dövlətlərdə formalaşmış xüsusi dövlət institutunu parlament ənənələrinə malik olmayan zəif inkişaf etmiş dövlətlərin tamamilə yeni sosial-iqtisadi və siyasi şəraitlərinə uyğunlaşdırmaq cəhdi idi. Buna görə də, belə bir cəhd faktiki olaraq yeni idarəetmə formasının yamsılanması deyil, formal olaraq prezidentli respublika olan, mahiyyətinə görə isə ondan əhəmiyyətli dərəcədə fərqlənən bir formanın yaranmasına gətirib çıxardı. Başqa sözlə, Latın Amerikası dövlətlərində prezident hakimiyyətinin spesifikliyi ondan ibarətdir ki, bu ölkələrdə prezidentlik institutunun əsası kimi Şimali Amerika modeli götürülsə də, tarixi şərait səbəbindən bu dövlətlər bir çox çətinliklərlə üzləşərək həmin modelin üstünlüklərindən tam şəkildə istifadə edə bilməmişlər. Göstərilən əlamətlər bu formanı adi prezidentli respublika çərçivələrindən çıxararaq, onu xüsusi “fövqəlprezidentli və ya superprezidentli” respublika kimi adlandırmağa imkan verir. Əgər prezidentli respublikanın Şimali Amerika modeli “çəkindirmə” və “tarazlaşdırma” sistemi tətbiq olunan sərt hakimiyyətlər bölgüsü sistemi üzərində qurulubsa, Latın Amerikası modeli hakimiyyətlər bölgüsü prinsipinin və onların bir-birindən müstəqilliyini formal olaraq tanıyır, lakin “çəkindirmə və tarazlaşdırma” prinsipinə söykənmir, qanunvericilik və məhkəmə hakimiyyətləri icra hakimiyyətindən asılı vəziyyətə qoyulur, prezident hakimiyyətinin muxtariyyatı isə əksinə, xeyli genişdir. Beləliklə də, siyasi prosesdə əhəmiyyətli rola malik olan prezident bütün dövlət mexanizminin aparıcı həlqəsinə çevrilir.

Artıq ilkin inkişaf mərhələlərindən etibarən Latın Amerikasında prezidentli respublikalar dövlət aparatının yüksək dərəcədə mərkəzləşməsi, fövqəladə və ya xüsusi vəziyyət institutunun hipertrofik inkişafı, cəmiyyətin siyasi həyatında ordunun böyük rolu, hakimiyyətin əldə edilməsində zorakı metodların üstünlük təşkil etməsi kimi spesifik xüsusiyyətlərlə səciyyələnən xüsusi növə aid idi. Bu formaları fərqləndirən başlıca xüsusiyyətlərdən biri də hakimiyyətin prezidentin əlində daha çox cəmləşməsi və icra hakimiyyətinin rolunun mütləqləşdirilməsi idi.

Qanunverici hakimiyyətdən müstəqil güclü prezident hakimiyyəti Latın Amerikası ölkələrində diktaturaların qurulmasına gətirib çıxarmışdır. Bu proses yalnız XIX əsrdə deyil, XX əsrdə də baş verirdi. Bölgə ölkələrində 1980-ci illərində hərbi-diktator rejimlərinin devrilməsindən sonra mövcud qanunvericilik bazasının da yenidən nəzərdən keçirilməsi zərurəti yarandı. Bir sıra ölkələrdə hərbi qiyamlara qədər fəaliyyətdə olan Konstitusiyalar ya bərpa edildi, ya da onlar əsas götürülək yeni Konstitusiyalar hazırlandı, Mərkəzi Amerika ölkələri və Paraqvayda isə demokratik institutları faktiki olaraq yenidən yaratmaq lazım gəldi. Yeni Konstitusiyalar Hondurasda 1982-ci ildə, Salvadorda 1983-cü ildə, Qvatemalada 1985-ci ildə, Surinamda 1987-ci ildə, Haitidə 1987-ci ildə, Nikaraquada 1987-ci ildə, Braziliyada 1988-ci ildə, Kolumbiyada 1991-ci ildə, Paraqvayda 1992-ci ildə, Peruda 1993-cü ildə, Argentinada 1994-cü ildə, Uruqvayda 1997-ci ildə, Ekvadorda 1998-ci ildə, Venesuelada 1999-cu ildə, Dominikan Respublikasında 2010-cu ildə qəbul edilmişdir. Panama (1978, 1983 və 1994), Nikaraqua (1995, 2000 və 2005), Boliviya (1994, 2002, 2004 və 2005), Qvatemala (1993), Braziliya (1997 və 2005), Salvador (2000), Uruqvay (2004), Kolumbiya (2005) və xüsusilə də Çilinin (1989, 1991, 1997, 2000 və 2005) Əsas Qanunları əhəmiyyətli dərəcədə islahatlara məruz qalmışdır.

Ümumiyyətlə, Latın Amerikası ölkələrində icra və qanunverici hakimiyyətlər arasında səlahiyyətlərin bölüşdürülməsindən asılı olaraq prezidentli idarəetmənin müxtəlif modelləri formalaşmışdır. Çox güclü prezident hakimiyyəti ”hiperprezidentlik” anlayışı ilə ifadə olunur. Bu modelin çatışmazlıqlarını müəyyən edən amillər sırasında hökumətin əhalinin dəstəyi olmadan formalaşdırılması, prezidentin nüfuzunun aşağı düşməsi zamanı yeni siyasi konsensus şəraitində yeni nazirlər kabinetinin yaradılmasının qeyri-mümkünlüyü, siyasi partiyalar arasında konfrantasiya, qanunverici və icra

hakimiyyətləri arasında yaranan münaqişəli vəziyyət, koalisiyaların yaradılması yolunda maneələr və ya onların siyasi cəhətdən məqsədyönlü olmaması, hakimiyyətin yüksək dərəcədə şəxsiləşdirilməsi və s. göstərmək olar.

Bu regionun ölkələrində müstəqillik elan edildikdən sonra avtoritarizmdən demokratiyaya keçid prosesində aparılmış islahatlar nəticəsində bu və ya digər prezidentli respublika forması bərpa edilmişdir. Müvafiq qərarın qəbul edilməsinə hakimiyyətin şəxsiləşdirilməsi və siyasi məsuliyyət ilə bağlı olan tarixi ənənələr və siyasi mədəniyyətin xüsusiyyətləri, şübhəsiz ki, öz təsirini göstərmişdir. Bundan başqa, təhlillər göstərir ki, həmin proseslərdə sosial-iqtisadi amillər də vacib rol oynamış, Çili istisna olmaqla, əksər ölkələrdə demokratiyaya keçid iqtisadi böhran şəraitində həyata keçirilirdi. Bu ölkələrdə prezidentlik institutu modellərinin ortaq xüsusiyyətlərindən biri odur ki, onların hamısında prezident icra hakimiyyətinin başçısı və konstitusiyanın təminatçısıdır, daxili və xarici siyasətin əsas istiqamətlərini müəyyən edir, bir sıra yüksək vəzifəli şəxsləri - baş prokuroru, mərkəzi bankın sədrini və s. vəzifəyə təyin edir, silahlı qüvvələrin ali baş komandanıdır. Dövlət başçısı fərmanlar imzalamaqla və qanunlara münasibətdə tətbiq edilən prezident vetosu vasitəsilə qanunverici hakimiyyətə təsir göstərə bilər. O, parlamentə dövlət büdcəsini təqdim edir, sosial proqramların icrasını təmin edir.

Latın Amerikası ölkələrində aparılan islahatlardan sonra prezident idarəetmə formasının əsasında dayanan və əvvəllər yalnız kağız üzərində mövcud olan hakimiyyətlərin bölünməsi prinsipi və qarşılıqlı çəkindirmə və tarazlaşdırma sisteminə daha ciddi riayət olunmağa başlanılmış, bir çox hallarda bu, həmin ölkələrdə parlamentlərin rolunun artması səbəbindən baş vermişdi. Ümumiyyətlə, qanunverici hakimiyyətin rolunun güclənməsi tendensiyası regiounun bir sıra ölkələrində impiçment prosedurunun real şəkildə tətbiq edilməsindən başlayaraq, prezidentin iradəsinin əksinə qəbul edilmiş qanunvericilik aktlarının çoxalmasına qədər ən müxtəlif formalarda, ifadə olunur.

Həmin region ölkələrindən Braziliyada müasir prezidentli respublika mexanizminin formalaşmasının əsasını 1988-ci ildə qəbul edilmiş (1994 və 1997-ci ildə düzəlişlər edilmiş), prezidentin səlahiyyətlərini məhdudlaşdırmış və Milli Konqresin səlahiyyətlərini genişləndirmiş ölkə Konstitusiyası təşkil edir. Qeyd etmək lazımdır ki, Braziliya hiperprezidentlikdən dövlət başçısının bir qədər üstünlüyü şəraitində əvvəlki variantla müqayisədə hakimiyyət qollarının daha balanslaşdırılmış səlahiyyətlərini nəzərdə tutan mülayim prezident idarəetmə formasına keçid etmişdir. Onun Konstitusiyasında ölkə prezidenti və vitse-prezidenti, millət vəkilləri, senatorları, qubernatorları, ştatların qanunvericilik assambleyası üzvləri, şəhər merləri və hakimlərin birbaşa, gizli və ümumi seçkilər əsasında seçilməsi təsbit edilmişdir.

Digər Latın Amerikası ölkəsi - Argentinada prezidentli idarəetmə sistemi prinsipləri 1853-cü ildə qəbul edilmiş Konstitusiya ilə təsbit edilmişdir. Bu sistem hakimiyyətin onun üç qolu arasında bölünməsinə əsaslanır, onların münasibətləri isə qarşılıqlı çəkindirmə və tarazlaşdırma prinsipləri ilə tənzimlənir. Bu çərçivələrdə ölkənin konstitusiya quruluşu siyasi sistemdə prezidentə mərkəzi mövqe verir, faktiki olaraq, 1853-cü ildə konstitusiyanı tərtib edənlər prezidentliyi hökumətin aparıcı qüvvəsi hesab edirdilər. Birincisi, prezidentə qanunvericilik təşəbbüsü hüququ verilmiş, bu isə prezidentin hökumətin qanunyaradıcılıq prosesinin rəhbəri olması demək idi. İkincisi, veto səlahiyyətləri haqqında konstitusiya müddəaları prezidentin Konqresin təsdiqindən sonra qanunvericilik prosesində iştirak etməsinə imkan verirdi. Bundan başqa, prezident özündə dövlət, hökumət, dövlət administrasiyası və silahlı qüvvələrin başçısı mövqelərini də birləşdirir. Argentina prezidentinin dövlət hakimiyyəti sistemindəki yeri və rolunu təhlil edən bir sıra tədqiqatçılar icra hakimiyyətinin Konsitusiyada təsbit edilmiş üstünlüyünü qeyd edərək, bu ölkədəki siyasi rejimi hiperprezidentli adlandırırlar. Bu fikrin əksinə olaraq, digər qrup tədqiqatçılar göstərirlər ki, prezidentin güclü hakimiyyətə malik olmasına baxmayaraq qarşılıqlı çəkindirmə və tarazlaşdırma mexanizmi çərçivəsində qanunyaradıcılıq prosesində Konqresin rolunu kiçiltmək düzgün deyil. Onların fikrincə, Konqresin icra hakimiyyətinin qanunvericilik təşəbbüslərini təsdiqləmək, saxlamaq, dəyişmək və ya rədd etmək kimi səlahiyyətlərə malik olması səbəbindən Argentina sistemini məhdud mərkəzləşdirilmiş sistem adlandırmaq daha düzgün olar. Həqiqətən də Konstitusiya prezidentin fəaliyyəti üçün geniş hüquq və səlahiyyətlər müəyyənləşdirir, lakin bu hüquq və səlahiyyətlər institusional strukturda qüvvələr balansı imkan verdiyi çərçivələr daxilindədir.

Argentina Konstitusiyasına görə ölkə prezidenti aşağıdakı səlahiyyətlərə malikdir: dövlətin və hökumətin başçısıdır və dövlət idarəetməsinin ümumi vəziyyətinə görə siyasi məsuliyyət daşıyır;milli qanunların icrası üçün zəruri olan reqlament və göstərişlər dərc edir; Konstitusiyaya uyğun olaraq qanunların təsdiqlənməsində iştirak edir, onların elanını və yayımını təmin edir;Senatın razılığı ilə Ali məhkəmə hakimlərini təyin edir;Senatın razılığı ilə səfirləri və səlahiyyətli nazirləri vəzifəyə təyin və vəzifədən azad edir;Respublika Silahlı Qüvvələrinin ali baş komandanıdır, onlara rəhbərlik edir, Silahlı Qüvvələrin ölkənin ehtiyaclarına uyğun şəkildə bölüşdürülməsini və təşkil edilməsini təmin edir və s..

Nurəddin İBRAHİMOV
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti kafedrası”nın müəllimİ,
siyasi elmlər üzrə fəlsəfə doktoruскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...