Anons

Dünən, 18:00- Bakıda sərbəst gəzmək üçün saxta icazə arayışı hazırlayan şəxs tutulub

Dünən, 17:24- Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

Dünən, 14:06- #Evdəqal kampaniyası çərçivəsində oxuculara virtual xidmətlər göstərilir

Dünən, 13:48- Dünyanın bu 9 ölkəsində koronavirus yoxdur – SİYAHI

Dünən, 12:04- Azərbaycanda koronavirusa yoluxanların sayı 600-ü ötdü

5-04-2020, 18:37- Bakıda xüsusi karantin rejiminin ilk günü: 500-dən artıq sürücü saxlanıldı - VİDEOREPORTAJ

4-04-2020, 18:06- Vaqif Əsədovdan küçəyə çıxma qadağası ilə bağlı AÇIQLAMA

4-04-2020, 14:32- “Google” karantin zamanı insanların hərəkətini izləyəcək saytı istifadəyə verib

4-04-2020, 13:20- Sabunçuda koronovirusun yaratdığı şəraitdən sui-istifadə edən vəzifə sahibi kimdir - ​FOTO/VİDEO

4-04-2020, 13:09- Gülnarə Abdullayeva internatda uşaqlara sudan başqa nə verir?

4-04-2020, 12:38- Gömrük Akademiyasında onlayn tədrisə tam keçid təmin olunub

2-04-2020, 17:23- Xüsusi karantin rejimi müddətində ünvanlı sosial yardım dayandırılmayacaq

2-04-2020, 15:17- Çin Azərbaycana 5 min koronavirus test dəsti təqdim edib

2-04-2020, 14:25- Azərbaycan maska istehsalına başlayır

2-04-2020, 12:21- Abşeronda “Böyüklərimizi qoruyaq!” askiyası çərçivəsində yaşlılara xidmət göstərilməsi davam edir

1-04-2020, 17:07- NAXÇIVANDA KORONOVİRUS PANDEMİYASINA DAHA CİDDİ YANAŞILIR-Fotolar-Video

30-03-2020, 22:48- Sabahdan insanların evdən çıxması məhdudlaşdırıldı

30-03-2020, 19:47- Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyi koronavirusla bağlı məlumat yaydı

30-03-2020, 13:22- Azərbaycan Sahibkarlar Konfederasiyası təkliflərini hökumətə təqdim edib

30-03-2020, 12:46- “INNOLAND”də virtual tədbir keçirilib

Haqqımızda Əlaqə

87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsindən narazılıq var - Namizəd Ayaz Qocamanov etiraz edir

Tarix:15-02-2020, 00:16

87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsindən narazılıq var - Namizəd Ayaz Qocamanov etiraz edir


Bu gün, 87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsindən deputatlığa namizəd Ayaz İlyas oglu Qocamanov Azərbaycan Nəşriyyatında seçki zamanı baş vermiş ciddi saxtakarlıqlarla əlaqədar mətbuat konfransı keçirib. Konfransa giriş nitqiylə başlayan Ayaz Qocamanov bildirib ki, 87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsindən deputatlığa gənc namizəd kimi qatılıb:

87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsindən narazılıq var - Namizəd Ayaz Qocamanov etiraz edir


“Bizldiyimiz kimi, ölkədə bütün sahələrdə ciddi islahatların həyata keçirildiyini görürük. 9 fevral növbədənkənar seçkiləri də bu islahatların tərkib hissəsidir. Bu islahatlara, xalqın və Prezidentin ortaya qoyduğu siyasi iradəyə dəstək məqsədilə seçkilərə bir gənc iqtisadçı, mütəxəsis olaraq qatıldım.
Namizədliyimin qeydə alınması, təbliğat-təşviqat mərhələsində heç bir maneə ilə rastlaşmadım. Böyük bir komanda ilə heç bir qanunları, seçki məcəlləsinin heç bir bəndinin tələblərini pozmadan təşviqat kampaniyasını yüksək səviyyədə həyata keçirtdik.
Amma çox təəssüflər olsun ki, səsvermə günü ilə bağlı bunu deyə bilməyəcəm. Yenə təəssüflə deyirəm ki, 87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsinin seçki məntəqələrində qanun pozuntularına yol verildi.
Bildirim ki, seçkini bütün məntəqələrdə 7 vəkilim və 63 müşahidəçim izləyirdi. Çalışırdıq ki, məntəqə sədrlərinə, onların sərbəst fəaliyyətinə də qətiyyən mane olmayaq. Bir sözlə bizim komandamız səsvermə günü seçki məcəlləsinin bütün maddələri üzrə hərəkət edirdi.

87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsindən narazılıq var - Namizəd Ayaz Qocamanov etiraz edir


Lakin seçki başlayan ilk dəqiqələrdən müşahidəçilərim ciddi problemlərlə bağlı məlumatlar verir, bu barədə DSK sədri Azad Dursunəliyev mütəmadi məlumatlandırılırdı. Müşahidəçilərim və vəkillərim rayon icra nümayəndələrinin, idarə müdirlərinin, MnSK sədrlərinin ciddi təzyiqləri ilə üzləşirdi.
Əsasən “karusel”, yəni eyni adamların şəhər məntəqələrinə avtomobillərlə daşınıb təkrar səsvermənin peşəkarlıqla təşkili, səyyar qutularla kütləvi saxtakarlıq, məntəqə sədrlərinin və üzvlərinin topa bülletenləri qutulara atması, səs sayma zamanı heç bir müşahidəçi və vəkillərimin yaxına buraxılmamsı, bilərəkdən səssaymanın MSK-nın kamerası qarşısından uzaqlaşdırılması və sairə hallar bütün məntəqələrdə baş verirdi.
Mən hesab edirəm ki, seçkinin qeyri şəffaf şəraitdə keçirilməsi, DSK sədri və rayon rəhbərliyinin bu addımı dövlətin apardığı islahatlar prosessinə müsbət rəy yaratmır. Həmçinin burdan bildirmək istəyirəm ki, 9 fevral tarixində, axşam saatlarında mənə etimad göstərib səs verən minlərlə şəhər və kənd sakinləri kütləvi şəkildə Tahir Kərimli ilə bağlı DSK-nın MSK-ya göndərdiyi ilkin nəticələrə etiraz olaraq qərargaha toplaşdılar. Bu nəticələrə öz etirazını bildirdilər. Əlavə problemlərin yaranmaması üçün insanları sakitləşdirdim və haqqımı qanuni yollarla tələb edəcəyimə söz verdim. Bu insanlar kütləvi şəkildə mənə səs veriblər. İnsanlar səslərinin qorunmasını, haqqlarının tapdanmaması üçün məndən kömək istəyirlər. Mən isə qətiyyən xaosun yaranmasına imkan vermərəm, dövlətimizin nifuzunun aşağılanmasına şərait yaratmaram.

87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsindən narazılıq var - Namizəd Ayaz Qocamanov etiraz edir


Ona görə də, qanunların imkan verdiyi qaydada müraciətlərimi etmişəm. Azərbaycan Prezidenti İlham Əliyevə, MSK sədri Məzahir Pənahova, Baş prokuror Zakir Qaralova rəsmi müraciət etmişəm və videogörüntüləri təqdim etmişəm. İnanıram ki, yaxın günlərdə müraciətlərimə baxılacaq, günahkarlar cəzalandırılacaq.
Gənc namizəd olaraq 87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsində digər namizədlərdən, əsasən də Tahir Kərimlidən daha çox səs faizi ilə qalib mən olmuşam. Bunu əlimizdə olan materiallar tam olaraq təsdiqləyir.
Mən, bu seçkilərdə Azərbaycan Prezidenti İlham Əliyevin islahatlar prosessinə dəstək vermək üçün qoşulmuşam. Ölkəmizin bütün uğurlarını dəstəkləyirəm, bu həmişə də belə olaraq qalacaq. İnanıram ki, şikayətim araşdırılacaq, günahkarlar cəzalandırılacaq və 87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsinin ilkin nəticələri ilə bağlı lazımı qərar veriləcək. Bir daha bildirirəm ki, bu faktların araşdırılacağına, aidiyyatı qurumların bu şəxslər barədə ciddi ölçü götürəcəyinə inanıram”.
Tədbir zamanı video-faktlar media nümayəndələrinə nümayış olunub.
Sonda Ayaz Qocamanov tədbir iştirakçılarına öz təşəkkürünü bildirib.

87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsindən narazılıq var - Namizəd Ayaz Qocamanov etiraz edir
87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsindən narazılıq var - Namizəd Ayaz Qocamanov etiraz edir


скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...