Anons

Bu gün, 15:36- Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub

Bu gün, 15:27- Keçən il ölkədə 192 min yeni iş yeri açılıb

Bu gün, 15:14- Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsində mobil səyyar hospital xidmətə başlayıb

Bu gün, 15:05- Fevralın 1-nə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 188,9 min nəfər olub. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, onların 4 milyon 937,3 min nəfərini məşğul əhali təşkil edib.

Bu gün, 14:53- VI beynəlxalq müsabiqəsinə ərizə qəbulu başlayıb

Bu gün, 14:41- Xəzərdə dalğanın hündürlüyü 2,8 metrə çatıb - FAKTİKİ HAVA

Bu gün, 14:32- Kliniki Tibbi Mərkəzə daha 4 nəfər yerləşdirilib - RƏSMİ

Bu gün, 14:19- Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub

Bu gün, 14:08- XİN: Azərbaycan əsgərinin qətlə yetirilməsinin məsuliyyəti Ermənistan tərəfinin üzərindədir

Bu gün, 13:56- Azərbaycanda turizm bələdçiləri üçün sertifikatın alınması məcburi olacaq

Bu gün, 13:47- Sabahın hava proqnozu açıqlandı

Bu gün, 12:41- Koronavirus artıq 37 ölkəyə yayılıb, ölənlərin sayı artır

Bu gün, 12:28- Sahibkarlar arasında “Zavod” biznes-oyunu təşkil edilib

Bu gün, 12:19- Azərbaycanın şəhid əsgəri dəfn olunub

Bu gün, 12:10- Koronavirusla əlaqədar Xəzər Dəniz Gəmiçiliyinin gəmilərində dezinfeksiya işləri aparılıb

Bu gün, 12:00- Bakıda bu marşrut xətlərinin yolu dəyişdiriləcək - SİYAHI

Bu gün, 11:53- Polis qardaşı tərəfindən qətlə yetirildi

Bu gün, 11:41- Türkiyə Azərbaycanla sazişi ratifikasiya edib

Bu gün, 11:32- Bakıda bəzi ərazilərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bu gün, 11:09- Şəkidə “ASAN Peşə” kurslarını uğurla bitirən şəxslərə sertifikatlar təqdim olunub

Haqqımızda Əlaqə

68-dən olan namizədlər prezidentə müraciət etdi-"...total saxtakarlıqlar, ciddi qanun pozuntuları,..."

Tarix:11-02-2020, 15:24

68-dən olan namizədlər prezidentə müraciət etdi-"...total saxtakarlıqlar, ciddi qanun pozuntuları,..."
68 saylı Cəlilabad kənd seçki dairəsindən deputatlığa namizədlər -Sakit Mirişov, Əfqan Quliyev, Davud Qurbanov, Mirbağır Bünyatov, Tacəddin Sücəddinov, Elnur Şükürov, Məhəmməd Əliyev, Fuad Əsgərov Prezident İlham Əliyevə birgə müraciət ünvanlayıb.

Surəti yenixeber.org-a daxil olmuş müraciətdə deyilir:

"Cənab Prezident! Biz yuxarıda adları çəkilən deputatlığa namizədlər Sizin çağırışınızla 9 fevral seçkilərinə böyük həvəs və coşqu ilə qatılsaq da, seçkiqabağı təbliğat və təşviqat dövründə qeyri-bərabər rəqabət mühitinin olması və seçki günü baş verən total saxtakarlıqlar, ciddi qanun pozuntuları, icra strukturlarının, dövlət məmurlarının seçkiyə müdaxiləsi nəinki ədalətli seçkilərə, ümumiyyətlə ölkədə müşahidə olunan islahatlara da inamımızı ciddi şəkildə sarsıtdı və bu islahatlara kölgə saldı.

Cənab Prezident! Yenə də ənənəvi üsullarla 68 saylı Cəlilabad kənd Seçki Dairəsində seçicilərin iradəsinin ziddinə olan nəticə elan olundu ki, bu da biz namizədlər və seçicilər tərəfindən etiraz ilə qarşılanmaqdadır. Bütün seçki məntəqələrində müşahidə olunan saxtakarlıq faktlarına etiraz etməyimizə baxmayaraq iradlarımız heç bir halda MnSK rəhbərləri tərəfindən qəbul olunmadı, ciddiyə alınmadı. Əksinə olaraq müşahidəçilərimiz təhqir olundu, alçaldıldı. Bəziləri isə polis zoru ilə məntəqələrdən uzaqlaşdırılmağa çalışıldı. Cənab Prezident! Ölkə başçısı kimi, konstitusion hüquqlarımızın qarantı olaraq biz namizədlərin və seçicilərin hüquqlarının bərpası üçün köməklik göstərməyinizi xahiş edirik.

Cənab Prezident! Biz bu məsələni ədalətlə həll edəcəyinizə ümidvar olaraq, bizim bu çağırışımıza dövlət başçısı kimi lazımi hüquqi addımlar atacağınıza əminik. Inanırıq ki, 68 saylı Cəlilabad kənd Seçki Dairəsinin nəticələrinin xalqın iradəsinə zidd olduğunu nəzərə alaraq seçkinin nəticələrinin ləğv olunması üçün lazımi hüquqi addımlar atacaqsınız".скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...