Anons

Dünən, 18:00- Bakıda sərbəst gəzmək üçün saxta icazə arayışı hazırlayan şəxs tutulub

Dünən, 17:24- Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

Dünən, 14:06- #Evdəqal kampaniyası çərçivəsində oxuculara virtual xidmətlər göstərilir

Dünən, 13:48- Dünyanın bu 9 ölkəsində koronavirus yoxdur – SİYAHI

Dünən, 12:04- Azərbaycanda koronavirusa yoluxanların sayı 600-ü ötdü

5-04-2020, 18:37- Bakıda xüsusi karantin rejiminin ilk günü: 500-dən artıq sürücü saxlanıldı - VİDEOREPORTAJ

4-04-2020, 18:06- Vaqif Əsədovdan küçəyə çıxma qadağası ilə bağlı AÇIQLAMA

4-04-2020, 14:32- “Google” karantin zamanı insanların hərəkətini izləyəcək saytı istifadəyə verib

4-04-2020, 13:20- Sabunçuda koronovirusun yaratdığı şəraitdən sui-istifadə edən vəzifə sahibi kimdir - ​FOTO/VİDEO

4-04-2020, 13:09- Gülnarə Abdullayeva internatda uşaqlara sudan başqa nə verir?

4-04-2020, 12:38- Gömrük Akademiyasında onlayn tədrisə tam keçid təmin olunub

2-04-2020, 17:23- Xüsusi karantin rejimi müddətində ünvanlı sosial yardım dayandırılmayacaq

2-04-2020, 15:17- Çin Azərbaycana 5 min koronavirus test dəsti təqdim edib

2-04-2020, 14:25- Azərbaycan maska istehsalına başlayır

2-04-2020, 12:21- Abşeronda “Böyüklərimizi qoruyaq!” askiyası çərçivəsində yaşlılara xidmət göstərilməsi davam edir

1-04-2020, 17:07- NAXÇIVANDA KORONOVİRUS PANDEMİYASINA DAHA CİDDİ YANAŞILIR-Fotolar-Video

30-03-2020, 22:48- Sabahdan insanların evdən çıxması məhdudlaşdırıldı

30-03-2020, 19:47- Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyi koronavirusla bağlı məlumat yaydı

30-03-2020, 13:22- Azərbaycan Sahibkarlar Konfederasiyası təkliflərini hökumətə təqdim edib

30-03-2020, 12:46- “INNOLAND”də virtual tədbir keçirilib

Haqqımızda Əlaqə

Tarixin qara ləkəsi, qara ləkənin tarixi – Prezident Administrasiyasının rəsmisi Qafar Əliyev kimdir?... – Araşdırma (III hissə)

Tarix:11-02-2020, 14:25

Tarixin qara ləkəsi, qara ləkənin tarixi – Prezident Administrasiyasının rəsmisi Qafar Əliyev kimdir?... – Araşdırma (III hissə)
Əli Həsənovun sədaqəti 20 min manata “çat” verir, xanımı dövlətə “meydan” oxuyur, Qafar Əliyevin dövlətin pulları hesabına formalaşdırdığı “qoçular” isə bizə hədə-qorxu gəlməkdə, şantaj etməkdə və təxribata çəkməkdə davam edirlər. Nə baş verir ölkədə?... Doğrudanmı Dövlət bir qrup təxribatçının əlində aciz qalıb?... Təbii ki, yox. Hər şeyin zamana ehtiyacı var. “Azad Azərbaycan” qəzetinin keçmiş əməkdaşı, Xəbərinmərkəzi.az saytının baş redaktoru, “Dünyanı insanlıq xilas edəcək” kitabının müəllifi Şamil Şamilov da zamanın yetişdiyini düşünərək, redaksiyamızın qonağı oldu. İnsanlığın dünyanı xilas edəcəyinə inanan Şamil Şamilov insanlığa sığmayan hadisələrlə zəngin keçmişə qısa nəzər salıb. Onun fikirlərini vergülünə və nöqtəsinə toxunmadan, olduğu kimi dərc edirik:

“İlkin olaraq qeyd edim ki, mən Heydər Əliyev siyasətinə həmişə sədaqətli olmuşam və bundan sonra da təbii ki, əqidəmi dəyişmək fikrim yoxdur. Təkcə onu deməyim kifayət edər ki, 1998-ci ilin oktyabrındakı prezident seçkilərində Rusiyanın regionlarında, xüsusilə də Saratov vilayətində Ümummilli liderimiz Heydər Əliyevin seçki kampaniyasını öz şəxsi vəsaitim hesabına keçirmişəm. Qeyd edim ki, bu heç də asan məsələ deyildi. Seçki kampaniyamız zamanı o vaxtkı Saratovun qubernatoru Dmitriy Fyodoroviç Ayaskovla belə görüşmüşdüm. Bu insan şəxsən “Heydər Əliyev mənim müəllimimdir” deyərək göstəriş vermişdi ki, seçki kampaniyasının təşkil olunmasında heç bir problem olmasın. Həmçinin Saratov vilayətinin Beynəlxalq və Xarici İqtisadi Əlaqələr Naziri Leonid Şençukla görüşümüzü təşkil etmişdi. Saratov Administrasiyasının mətbuat rəhbəri, əslən Bakıdan olan Gennadiy Viktoroviç Qeymorla birlikdə bacardığımız qədər sözügedən kampaniyanı təşkil etmişdik. Bildirim ki, həmin videokasetlər hal-hazırda AzTV-nin arxivində qorunub saxlanılır. Bütün bunları deməkdə məqsədim odur ki, ilk növbədə oxucularımızda mənim keçmişimlə və əqidəmlə bağlı dürüst fikirlər formalaşsın. Əgər başqa fikirlərim olsaydı, yəni bundan mənfəət güdsəydim bir çox yerlərdə bu məsələni əldə bayraq edərdim. Sadəcə hesab edirəm ki, əqidə və vətəndaşlıq borcumu yerinə yetirmişəm.

“Azad Azərbaycan” qəzetində olan fəaliyyətimə gəldikdə isə, burada fasiləsiz olaraq 19 il çalışmışam. Yazılarımın demək olar ki, hamısını öz şəxsi arxivimdə qoruyub saxlayıram. Bu qəzetdə başlanğıcda uzun zaman sınaq müddəti keçmişdim. Sonra 50 manatdan başlayaraq 160, son zamanlar isə 180 manata qədər maaş-qonorar almışam. Ancaq bir məqamı deməmək mümkün deyil. Belə ki, Preziden Administrasiyası rəsmisi Qafar Əliyevdən məvacibimizi alana qədər zülm çəkirdik. Bu adamın nə vaxt gəlib redaksiyamızda haqqımızı verəcəyini bilməzdik. Elə olurdu ki, hətta axşam saat 9-dan sonra eşidirdik ki, gəlib maaşlarımızı verib. Ondan sonra bir də gələn aya qədər ona maaşla bağlı nəsə demək mümkün olmurdu. Əlavə edim ki, məsələn, mənə maaşı Qafar Əliyev vermirdi. İzah edim necə. Bu şəxs qarşımızda mütləq şərt qoymuşdu ki, qəzetə abunə etdirməliyik. İlk zamanlar bunun təbliğat məqsədilə edildiyini fikirləşsəm də, kökündən yanılmışdım. Burda yeganə məqsəd pul qazanmaq idi. Beləliklə, mən də əvvəlki abunəçilərin sırasına qoşularaq abunə yazdırırdım ki, həmin pullar maaş formasında özümüzə qaytarılsın. Bir şeyi də xüsusilə qeyd edim ki, mən bir az ehtiyatlı idim. O səbəbdən də abunə üçün müqavilə kağızım olsa da, köçürülmələrə üstünlük verərdim. Nağd pul almaqdan həmişə çəkinmişdim. Çünki təcrübədə bunun acı nəticələrini görmüşdüm. Qəzet nə az, nə çox, düz iki dəfə “reket qəzetlər” siyahısına düşmüşdü. Redaksiyada iclas zamanı Qafar Əliyev adətincə hamıya çox abunə edənləri nümunə göstərib, mənim kimi az abunə edənlərə irad bildirəndə mən ona dedim ki, “mən hər sayımızda yazı yazan jurnalistəm. Abunə etmək üçün vaxtım qalmır”. Həmçinin soruşdum ki, abunə edən zaman anlaşılmaz situasiya yaranarsa bizim hüquqlarımızı qoruyacaqsınızmı? Cavab verdi ki, “YOX”.

Abunə üçün köçürdüyümüz vəsaitdən bizə çatası 40 faizi almağımıza gəlincə isə, əsl zülm elə bu idi. Bu şəxs bizi aşağılıya-aşağılıya süründürürdü. Gah deyirdi hesaba oturmayıb, gah deyirdi hesabdan çıxarmamışam, min bir bəhanə ilə pulu bizə verməkdən yayınırdı. Burda o məqamı da qeyd etmək istəyirəm ki, bütün olanları öz vicdanım qarşısında hesabat verərək yazıram. Ancaq vicdanım mənə deyir ki, ay Şamilov, daha hanzı zülmləri çəkmisən, onları da yaz, çəkinmə. Təbii ki, yazacağam. Bu mənim Prezient Administrasiyasına Qafar Əliyevlə bağlı yazdığım şikayətlərin çox kiçik bir hissəsidir. Universitetlərin birindən köçürmə etdirmişdim və mənə düşən məbləği almalı idim. Həmin gün axır çərşənbə idi. Redaksiyadan tez çıxıb Prezient Administrasiyasının qarşısına qaça-qaça gəldim ki, Qafar Əliyevi gözləyim, ondan mənə çatacaq maaşımın heç olmasa bir hissəsini alım. Hörmətli oxucu həm də onu bilsin ki, mən həmin gün Qafar Əliyevlə rastlaşanda utandığımdan özümü elə apardım ki, guya bu təsadüfİ görüş idi. Qafar Əliyev elə vəziyyət yaratmışdı ki, hər dəfə halal pulumuzu istəyərkən şəxsiyyətimə sığışdırmayaraq xəcalət çəkirdim. Elə vəziyyət yaratmışdı ki, sanki Qafar Əliyevin bizə deyil, bizim ona borcumuz var. Bu məqamda ölənə qədər yaddaşımdan silinməyəcək, ibrətamiz bir hadisəni xüsusilə qeyd etmək istəyirəm. Belə ki, yuxarıda qeyd etdiyimiz kimi, 6 il öncə Novruz bayramı ərəfəsində Filarmoniya bağındakı görüşümüz zamanı utana-utana Qafar Əliyevdən evdəki körpə balalarımı sevindirmək üçün mənə çatası min manata yaxın köçürmədən və 1 ilə yaxındır ki, almadığım maaşdan heç olmasa 50 manat verməsini xahiş etdim. Çünki, bayramqabağı balalarımın hüzuruna əliboş getmək istəmirdim. Bütün bunları ona deməyimə baxmayaraq, yenə də bu pulu mənə verməkdən imtina etdi. Həyatımda ilk dəfə olaraq hiss etdim ki, özüm öz gözümdən düşürəm. Bundan ağır mənzərə ola bilməzdi. Ilk dəfə olaraq qapını açaraq evə daxil olarkən övladımın “ata, mənə meyvə aldınmı?” sualı qarşısında başımı aşağı salaraq aciz qaldım. Həmin gündən düşündüm ki, öz haqqımın Qafar Əliyev tərəfindən yeyilməsinə hardasa göz yuma bilərəm. Amma, balalarımın haqqına kimlərinsə girməyini bağışlaya bilmərəm. Məhz bu məsələ bir qədər sonra mənim Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin keçmiş müdiri Əli Həsənova müraciət etməyim üçün səbəb oldu. Üç dəfə Əli Həsənova etdiyim müraciətlərə nəinki cavab verilmədi, Qafar Əliyevin “tük”ü belə tərpənmədi. Şikayətlərimdən sonra yenidən Qafar Əliyevlə təsadüfən rastlaşan zaman əlini Prezident Administrasiyasına uzadaraq bildirdi ki, “get orada kimə istəyirsən şikayət elə”.
Xatırladım ki, Prezident Administrasiyasında ictimai-siyasi şöbədə xaricdə yaşayan azərbaycanlılarla iş üzrə bölmə müdiri, siyasi elmlər doktoru Qafar Əliyev heç bir xarici dil bilmir və hətta heç bir yerdə rus dilində belə çıxışına rast gəlinməyib. Belə olan halda, bu şəxsin diasporla iş üzrə bölməyə rəhbər təyin olunması hansı məntiqə sığır?

Bütün bu haqsızlıqlara baxmayaraq Dövlətimə və Prezidentimə həmişə güvənmişəm. Inanmışam ki, gec ya tez haqq-ədalət öz yerini tutacaq. Əminəm ki, həmin redaksiyada hüquqları və haqqları tapdalanan digər əməkdaşlar da səsimizə səs verərək, üzləşdikləri qanunsuzluqları danışacaqlar. Jurnalistlər üçün tikilmiş binalarda evlərin verilməsindən tutmuş, Qafar Əliyevin yaxınları tərəfindən bizə olunan ağlasığmaz təkliflərə qədər faktlarla zəngin olan məlumatlarla gələn yazılarımızda ətraflı çıxış edəcəyik.”

Ürək dağlayan mənzərədir, deyilmi?!... Bayramqabağı balalarına meyvə alaraq onları sevindirməyə nail olmayan ATAnın, 90-cı illərdən, heç nə ummadan Dövlətə və Prezidentə sədaqəti ilə seçilən vətəndaşın heç bir əxlaqa sığmayan, faciəli durumunun qısa hekayəsidir bu!... Bizə “Qafar Əliyevdən yazmaq kişilikdən deyil” ismarıcını göndərənlər bu sətirləri diqqətlə oxusunlar və bilsinlər ki, Şamil Şamilov haqqı mənimsənilənlərdən sadəcə biridir, onun söylədikləri isə baş verənlərin cüzi bir hissəsidir. Kişilikdən dəm vuranlar bir atanın, bir insanın həyat dramını sona qədər oxusunlar və özlərini onun yerində təsəvvür etməyə çalışsınlar. Əgər bacaracaqlarsa...

Ardı var...

Vasif Paşayevскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...