Anons

Bu gün, 15:23- İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

Bu gün, 14:02- Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bu gün, 12:04- Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

Bu gün, 11:30- Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

Bu gün, 10:52- Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

Bu gün, 09:58- Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

Bu gün, 09:28- Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Dünən, 21:08- İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

Dünən, 20:40- Ramazanın 18-ci gününün DUASI

Dünən, 19:14- Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

Dünən, 18:43- Pedaqoji Universitetin Şəki filialına yeni direktor təyin olunub - ƏMR

Dünən, 16:04- Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Dünən, 15:29- Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

Dünən, 14:43- İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

Dünən, 14:17- Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

Dünən, 13:08- Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

Dünən, 12:24- Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

Dünən, 11:44- “Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

Dünən, 10:37- Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

Dünən, 09:58- 6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

Haqqımızda Əlaqə

“Pərdə arxasında bir sizsiniz, bir də vicdanınız” - Gənc namizəd

Tarix:7-02-2020, 22:56

“Pərdə arxasında bir sizsiniz, bir də vicdanınız” - Gənc namizəd
Ölkə başçısı İlham Əliyevin “Ümid edirəm ki, gənclər də növbədənkənar parlament seçkilərinə çox fəal qoşulacaqlar” çağırışından sonra demək olar ki, hər dairədən namizədliyini irəli sürən gəncləri görmək olur. Bəs, görəsən, bu gənclər parlament seçkilərinə nə qədər hazırdırlar və onlar parlamentdə təmsil hüququ qazanarsa, hansı addımları atacaqlar?! Nəriman Nərimanov rayonu, 19 saylı seçki dairəsindən namizədliyini irəli sürmüş Kənan Məmmədov deyir ki, o, bu seçkilərə inamla hazırlaşıb və inanır ki, parlamentdə təmsilçilik hüququ əldə etdikdən sonra faydalı işlərlə yadda qalacaq. Bu hazırlıqların və yeniliklərin nə olduğunu, eyni zamanda gənc namizədin öz kampaniyasını hansı fərqli eləmentlərlə həyata keçirdiyini öyrənmək üçün Kənan Məmmədovla söhbətləşdik.

Kənan bəy əvvəlcə platformanızda hansı məsələləri gündəmə gətirdiyiniz barədə oxucullarımıza məlumat verə bilərsinizmi?

- Burada, ilk növbədə, müəllim və həkimlərin təqaüd yaşının qadın və kişilərdə müvafiq olaraq 58 - 60 yaş kimi qərarlaşdırılmasını təklif edəcəyəm. Digər qaldırdığım məsələ isə uşaq pulları ilə əlaqədardır. Növbəti addım kimi ali təhsil müəssisələrində illik təhsil haqqının yarıya qədər azaldılaraq tələbələr və ailələri üçün əlçatan miqdarda olmasını təmin etməkdir. Burada müəyyən gəlirlər və kateqoriyalar nəzərə alınacaqdır. Texnologiyanın inkişafı sayəsində təəssüf ki, orta yaşdan yuxarı insanların işsizlik problemi meydana gəlib. Həmin şəxslərin işlə təmin edilməsi üçün addımlar atılacaq. Bundan əlavə, deputat seçiləcəyim təqdirdə seçicilərlə onların yaşadığı qəsəbə və məhəllədə görüşlər keçirəcək, insanları qərargaha toplamaq ənənəsini dəyişəcəyəm. Onlar üçün daim əlçatımlı olacağam.



- Bildiyimiz qədər artıq seçicilərlə bir neçə dəfə görüşlər keçirmisiniz. Bu görüşlər necə keçir? Seçicilər əsasən hansı məsələlər barədə danışır?

- Bəli, mən artıq dəfələrlə sakinlərlə görüşlər keçirmişəm. Bu görüşlərdə sakinlər Nərimanov rayonu ərazisindəki binalarda mövcud liftlərin nasazlığı, istirahət parklarının şəraitsizliyi, xüsusilə, Şəhriyar parkının işıqlandırma və təmirə ehtiyacı olması, uşaqlar üçün meydançaların kifayət qədər olmaması kimi problemlərini qeyd edibdilər. Hər dəfə seçkilərdən öncə əvvəlki namizədlər belə narahatlıqların aradan qaldırılması üçün söz versələr də bu barədə hələ də tədbir görülməyib. Mən deputat seçiləcəyim təqdirdə aidiyyatı qurumların bu məsələlərin həllinə yönəlməsi üçün əlimdən gələni edəcəyəm.

- Son olaraq seçicilərinizə nə demək istərdiniz?

- Əziz seçicilər, təşviqat prosesinin sonuna yaxınlaşırıq. Bu keçən müddətdə Sizin dəstəyinizi, mənə olan inamınızı hiss etdim, Sizlərin dualarınızı, alqışlarınızı aldım, dəstəyinizdən güc aldım. Problemlərinizdə yanınızda olmaq, Sizə alnı açıq, üzü ağ xidmət edə bilmək, Sözünüzü, səsinizi çatdıracaq vəkiliniz olmaq üçün bu yola çıxdıq. Sizdən xahişim odur ki, mütləq 9 fevralda daha çox aktivliklə seçkilərə gəlib, Sizin üçün ayrılmış bülletenlərə sahib çıxasınız. Sizin seçim etdiyiniz bülletenlərə mən şəxsən komandamla birgə seçki məntəqələrində nəzarət edib, səslərinizin qorunması üçün çalışacağam. Özünüzü heç bir kənar təsirə məruz hiss etməyin, pərdə arxasında bir sizsiniz, bir də vicdanınız. Müəllimlər, həkimlər, dövlət büdcəsindən maliyyələşən şəxslər, işlilər, işsizlər - sözüm hər kəsədir. Gəlin! Seçkidə iştirak edin! Səsinizin haqqını verəcək insana - mənə dəstək olun! Seçkiyə gəlib mənə verəcəyiniz Səs mənim üstümdə olan haqdır! O Səsin haqqını vermək üçün varam! Bu bizim növbəti 5 ildə daha səmərəli fəaliyyətimiz, qanunvericilik prosesində iştirakımız, yaşadığımız rayonun sosial problemlərinin həllində yaxından iştirakımız üçün vacibdir. Mənim Dəstəyim Sizin Səsinizdir.

Qeyd edək ki, Kənan Məmmədov 2010-cu ildə Prezident yanında Dövlət İdarəçlik Akademiyasından məzun olub, 2012-2015-ci illərdə İqtisad Universitetin Biznesin İdarə Olunması fakültəsində magistr dərəcəsi alıb. Hazırda ölkənin qabaqcıl banklarının birində Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəridir. Analitika və İnvestisiya üzrə tanınmış CFA sertifikatının ikinci dərəcə namizədidir. Ailəlidir, iki övladı var.

“Pərdə arxasında bir sizsiniz, bir də vicdanınız” - Gənc namizəd
“Pərdə arxasında bir sizsiniz, bir də vicdanınız” - Gənc namizəd
“Pərdə arxasında bir sizsiniz, bir də vicdanınız” - Gənc namizəd
“Pərdə arxasında bir sizsiniz, bir də vicdanınız” - Gənc namizəd
“Pərdə arxasında bir sizsiniz, bir də vicdanınız” - Gənc namizəd
“Pərdə arxasında bir sizsiniz, bir də vicdanınız” - Gənc namizəd
“Pərdə arxasında bir sizsiniz, bir də vicdanınız” - Gənc namizəd
“Pərdə arxasında bir sizsiniz, bir də vicdanınız” - Gənc namizəd
“Pərdə arxasında bir sizsiniz, bir də vicdanınız” - Gənc namizəd
“Pərdə arxasında bir sizsiniz, bir də vicdanınız” - Gənc namizəd
“Pərdə arxasında bir sizsiniz, bir də vicdanınız” - Gənc namizəd
“Pərdə arxasında bir sizsiniz, bir də vicdanınız” - Gənc namizəd
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...