Anons

Bu gün, 12:28- Pandemiya dövründə Azərbaycanda ünvanlı sosial yardım alanların sayı 14 min nəfər artıb

Bu gün, 11:42- Bakı Nəqliyyat Agentliyi paytaxta yeni avtobuslar gətirəcək

Dünən, 15:31- “Nar” və TƏBİB “Günün Qəhrəmanları” müsabiqəsinə start verir

Dünən, 13:10- Bakı–Tbilisi–Ceyhan neft boru kəmərinin istismara verilməsindən 14 il keçir

Dünən, 12:20- Dünyada şirkətlərin borcu bu il 9,3 trln. dollara çatacaq - PROQNOZ

Dünən, 11:48- Azərbaycanda hazırda süni nəfəs aparatına 58 nəfər qoşulub

12-07-2020, 17:50- TƏCİLİ - 2 hərbçimiz ŞƏHİD OLDU - Yaralılar var

10-07-2020, 13:30- Xüsusi karantin rejimi tətbiq olunan 16 şəhər və rayon üzrə 190 manat birdəfəlik ödəmənin verilməsi başa çatdırılıb

10-07-2020, 12:19- Pandemiyadan zərər çəkmiş sahibkarlara veriləcək 300 milyon manatadək kreditlər dövlət zəmanəti ilə təmin ediləcək

9-07-2020, 14:22- Azərbaycanda Turizm Təlim və Sertifikasiya Mərkəzi yaradılıb

9-07-2020, 12:16- İyulun 1-dək 120 min şəxsə elektron qaydada fərdi hesab açılıb

9-07-2020, 11:41- Prezident İlham Əliyev Bakıda yarımstansiyasının açılışında iştirak edib

9-07-2020, 10:38- Dünyada koronavirusa yoluxanların sayı 12 milyon nəfəri keçib

8-07-2020, 13:50- Bakıda tədrisi digər dillərdə olan bölmələrin I sinfə qəbul üçün məktəb seçiminə başlanılıb

8-07-2020, 12:27- Azərbaycan şahmatçısı Qran-Pridə dünya çempionu ilə oynayacaq

8-07-2020, 11:45- AQTA: Yay aylarında qida zəhərlənmələrinə daha çox təsadüf edilir

8-07-2020, 10:20- Bakının rabitə operatoru 3 min LTE modem alır

7-07-2020, 14:13- ETSN durğun hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib

7-07-2020, 12:28- "Google" və "Deutsche Bank" əməkdaşlıq edəcək

7-07-2020, 11:50- Avropada tarix yazan məşqçilərin adı açıqlanıb: Fatih Terim ən çox uduzan mütəxəssisdir

Haqqımızda Əlaqə

Əli Həsənovun BBC News-a verdiyi müsahibə “Gündəm Xəbər”də ifşa olundu

Tarix:6-02-2020, 11:19

Əli Həsənovun BBC News-a verdiyi müsahibə “Gündəm Xəbər”də ifşa olundu
"Əgər bu gün Azərbaycan dövləti yardım ayırırsa, "Kaspi" qəzeti niyə bu yardımı almasın? Bilirsiz ki, "Kaspi" qəzeti tarixi, ənənəsi olan və kifayət qədər də sanballı qəzetdir, oxucularına baxsaz, özəl qəzetlər sırasında seçilən qəzetdir," keçmiş prezident köməkçisi Əli Həsənov deyib.

Əgər Əli Həsənovun dediklərini nəzərə alsaq görərik ki, “Kspi” qəzeti Həsənovun yüksək vəzifədə işlədiyi dövrdə məcburi abunə etdirib və sadəcə tirajı artırılıb. Hansı ki, bu qəzetin ictimai rəyə heç bir təsiri olmayıb. Onu da nəzərə alaq ki, bu qəzet rus və azərbaycan versiyaları üçün, ildə 240 000 manat KİVDF-nun vasitəsilə büdcədən gəlir əldə edib. Eyni zamanda qeyd olunan məbləğin 3-4 qat artığını da məcburi abunə və reklamlardan əldə edib. Əgər sabiq köməkçinin dedikləri doğrudursa, o halda bu qəzet satışla özünü saxlaya bilər. Amma, hər kəs bilir ki, “Kaspi” və “Kaspiy” qəzetlərinin nüfuzu buna imkan vermir ki, heç 2 faiz də satış əldə edə bilsin.

“KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu hər il 3 kateqoriya üzrə bəzi qəzetlərə maliyyə dəstəyi verir. Müəyyən şərtləri ödəyən qəzetlər kateqoriyasından asılı olaraq, hər ay 20 min, 10 min və 5 min manat yardım alır. Bu ilki yardım alacaq qəzetlərin siyahısında "Kaspi" və "Kaspiy" qəzetlərinin adı yoxdur.” Əli Həsənov qeyd edib.

Qeyd edək ki, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşən qəzetlərin hamısını Əli Həsənovun özü müəyyən edib və budəfəki pul ayırmadan məhrum edilən yeganə qəzet “Kaspi” olub. Buna görə də, bu şəxsin əvvəllər yüksək postunda oturduğu hakimiyyəti qınamağa dəyməz.

Əli Həsənov BBC News Azərbaycancaya açıqlamasında ailə üzvlərinə məxsus olan "Kaspi" və "Kaspiy" qəzetlərinin dövlət yardımından məhrum edilməsinə münasibət bildirmək istəmədiyini deyir: "Çünki bu sahədə çalışan məmur olmuşam, xüsusilə də KİV-ə Dəstək Fondunu, o yardımları edən məmur olmuşam, ona görə də buna münasibət bildirməyi məqbul hesab etmirəm".

Əli Həsənov ötən ilin noyabrında Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi vəzifəsindən azad edilib.



Onu da qeyd edək ki, bu qəzet dövlətin balansında olan mətbu orqan olub. 1999-cu ildə Əli Həsənovun imkanları əsasında “Kaspi” qəzeti ailə qəzetinə çevrildi və dövlət büdcəsindən yüksək məbləğlərlə pullar silinib ailənin cibinə axmağa başladı. İndi isə həmin “darmavoy” pullardan əl çəkmək istəməyən ər və arvad hökumətə “od püskürürlər”.

"Qəzetin ailə olaraq mənə yaxınlığı yalnız onun təsisçisi ilə bağlıdır, "Kaspi"nin təsisçisi xanımımdır, digərinki Kaspi Təhsil Mərkəzidir. Amma, təsisçinin kimliyi mahiyyət təşkil eləmir. Əsas odur ki, qəzetlərin fəaliyyəti cəmiyyət tərəfindən necə qarşılanır, bu qəzetlər hansı fəaliyyətlə məşğul olur, Azərbaycan ictimaiyyəti, elitası, ziyalıları, elm-təhsil, mədəniyyət adamlar, yazarlar bu qəzetdən necə bəhrələnir, necə istifadə edir və bu qəzetin tarixi, ənənəsi, Azərbaycan dövlətinə, cəmiyyətinə lazımlılığı ilə ölçülür", Əli Həsənov deyib.

Bu media qurumu haqqında Azərbaycan ictimaiyyəti, elitası, ziyalıları, elm-təhsil, mədəniyyət adamlarI, yazarlar nifrətdən və söyüşdən başqa bir cümlə belə işlətmək istəmirlər. Hər kəsin fikiri odur ki, Əli Həsənovun dövlətin hesabına yaratdığı mafiya yox edilsin. Təəssüflər olsun ki, həmin mafiya bu gün də fəaliyyət göstərməkdə davam edir və bunu hökumətin siyasi naşılığının təzahürü kimi də qiymətləndirmək olar. Yəni, media adı altında “qara qüvvəli” mafiyanın fəaliyyətinə hələ də son qoyulmayıb.

Əli Həsənov "Kaspi" qəzetinə maliyyə yardımı ayırlmamasının məntiqini anlamadığını da dilə gətirib. Onun sözlərinə görə, bunun səbəblərini qəzetin kollektivi araşdırır: "Biz hələ araşdıra bilməmişik, - şəxsən mənim araşdırmaq fikrim yoxdur, amma qəzetin təsisçisi, kollektivi araşdırmağa çalışır ki, hansı mərhələdə, hansı məmurun təşəbbüsü ilə və yaxud da hansı strukturda bu qərar qəbul olunub. Ona görə də onlar yardımın başında dayanan ölkə prezidentinə və birinci vitse-prezidentə müraciət ediblər".

Onun fikrincə, qəzet kollektivinin belə bir müraciəti etməyə haqları var: "Əgər bu gün Azərbaycan dövləti pul ayırırsa, "Kaspi" qəzeti niyə bu yardımı almasın? Bilirsiniz ki, "Kaspi" qəzeti tarixi, ənənəsi olan və kifayət qədər də sanballı qəzetdir, oxucularına baxsaz, özəl qəzetlər sırasında seçilən qəzetdir," Əli Həsənov deyib. O düşünür ki, qəzet kollektivinin müraciəti ilə bağlı ölkə rəhbərliyi yalnız müsbət qərar qəbul edə bilər.

Xatırladaq ki, Əli Həsənov vəzifə başında olarkən müstəqil qəzetləri bir-bir sıradan çıxartmağa çalışdı. Belə bir addımın atılmasında da, bu şəxsin özünəməxsus planları oldu. Yəni, Əli Həsənov açıq-aşkar şəkildə olmasa da, üstüörtülü şəkildə müstəqil redaksiyaları öz təsir dairəsinə salmaq, sərbəst düşüncə sahibi olan hər kəsi öz diktəsi ilə oturub-durmağa vadar edirdi. Elə ki, bəzi müstəqil redaksiyalar belə bir diktəni, öhdəliyi qəbul etmədilər, o halda Əli Həsənovun “kəsən qılıncı” həmin redaksiyaların başı üstündə öz gücünü göstərdi. Belə bir mənzərə ilə üz-üzə qalan jurnalistlərin ölkə rəhbəliyinə ünvanladıqları müraciətlər isə, məhz onun rəhbərlik etdiyi ictimai-siyasi şöbədə “itbat edildi”. Ona görə də, o, qəbul etmədiyi media qurumunu müəyyən müddətə məhv edə bildi. Bu gün hər kəs dərk edir ki, ölkədə müstəqil çap mediasının sıradan çıxarılmasının yeganə baiskarı Əli Həsənovun şəxsən özüdür. Bu şəxs illər idi ki, media adı altında milyardlarla pulları büdcədən “sümürdü”, Avropadan ölkə rəhbərliyinə qarşı söyüş dalğasının təməlini qoydu. İndi də həmin pullardan əl çəkmək fikirində deyil. Hesab edirik ki, Əli Həsənovun “kurasiya”sında olan biznes imperiyası əlindən alınmalı və dövlət büdcəsinə vurduğu zərərlər, tam şəkildə onu özünə ödətdirilməlidir.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...