Anons

Bu gün, 15:36- Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub

Bu gün, 15:27- Keçən il ölkədə 192 min yeni iş yeri açılıb

Bu gün, 15:14- Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsində mobil səyyar hospital xidmətə başlayıb

Bu gün, 15:05- Fevralın 1-nə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 188,9 min nəfər olub. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, onların 4 milyon 937,3 min nəfərini məşğul əhali təşkil edib.

Bu gün, 14:53- VI beynəlxalq müsabiqəsinə ərizə qəbulu başlayıb

Bu gün, 14:41- Xəzərdə dalğanın hündürlüyü 2,8 metrə çatıb - FAKTİKİ HAVA

Bu gün, 14:32- Kliniki Tibbi Mərkəzə daha 4 nəfər yerləşdirilib - RƏSMİ

Bu gün, 14:19- Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub

Bu gün, 14:08- XİN: Azərbaycan əsgərinin qətlə yetirilməsinin məsuliyyəti Ermənistan tərəfinin üzərindədir

Bu gün, 13:56- Azərbaycanda turizm bələdçiləri üçün sertifikatın alınması məcburi olacaq

Bu gün, 13:47- Sabahın hava proqnozu açıqlandı

Bu gün, 12:41- Koronavirus artıq 37 ölkəyə yayılıb, ölənlərin sayı artır

Bu gün, 12:28- Sahibkarlar arasında “Zavod” biznes-oyunu təşkil edilib

Bu gün, 12:19- Azərbaycanın şəhid əsgəri dəfn olunub

Bu gün, 12:10- Koronavirusla əlaqədar Xəzər Dəniz Gəmiçiliyinin gəmilərində dezinfeksiya işləri aparılıb

Bu gün, 12:00- Bakıda bu marşrut xətlərinin yolu dəyişdiriləcək - SİYAHI

Bu gün, 11:53- Polis qardaşı tərəfindən qətlə yetirildi

Bu gün, 11:41- Türkiyə Azərbaycanla sazişi ratifikasiya edib

Bu gün, 11:32- Bakıda bəzi ərazilərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bu gün, 11:09- Şəkidə “ASAN Peşə” kurslarını uğurla bitirən şəxslərə sertifikatlar təqdim olunub

Haqqımızda Əlaqə

Prezidentin tapşırıqları ilə bağlı nazirlikdə müşavirə keçirilib

Tarix:5-02-2020, 13:14

Prezidentin tapşırıqları ilə bağlı nazirlikdə müşavirə keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına dair konfransda Prezident İlham Əliyev tərəfindən verilən tapşırıqların icrası sahəsində qarşıdan duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin güclü sosial siyasəti sayəsində ölkədə sosial inkişaf sahəsində də ardıcıl və ciddi irəlilləyişlərin əldə olunduğunu vurğulayıb.

Nazir bildirib ki, xüsusilə ötən il dövlət başçısının təşəbbüsü və tapşırığı ilə əmək haqları və pensiyalarda, müavinət və təqaüdlərdə, ümumilikdə əhalinin 42 faizini əhatə edən sosial ödənişlərdə artımların edilməsi istiqamətində inqilabi addımlar atılıb. Bu böyük vəsait tələb edən geniş miqyaslı islahatlar cənab Prezidentin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayandığını, eyni zamanda, dövlət başçısının siyasətinə uyğun olaraq, uğurlu iqtisadi islahatlardan əldə olunan gəlirlərin bütünlüklə əhalinin rifahına yönəldildiyini bir daha təsdiq etdi.

S.Babayev konfransda Prezident İlham Əliyev tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri ilə bağlı verilmiş tapşırıqların yüksək səviyyədə icrasının nazirliyin əsas fəaliyyət prinsipləri olduğunu diqqətə çatdırıb.

Müşavirədə həmin tapşırıqlara uyğun olaraq yeni “DOST” mərkəzlərinin yaradılması, bu il şəhid ailələri və müharibə əlillərinə ən azı 1500 mənzilin təqdim edilməsi, özünüməşğulluq proqramının daha da genişləndirilməsi, ödənişli ictimai iş yerləri üzrə nəzarətin gücləndirilməsi məsələləri müzakirə olunub. Habelə iş yerlərində qeyri-formal məşğulluğun qarşısının alınması və işçilərin əmək hüquqlarının qorunması istiqamətində fəaliyyətin gücləndirilməsi, ünvanlı dövlət sosial yardımı proqramının aztəminatlı ailələrə əlçatanlığının və proqramın əhatə dairəsinin artırılması ilə bağlı müzakirələr aparılıb. Qeyd edilən sahələrdə qarşıda duran vəzifələr ətraflı müzakirə olunub və aidiyyəti struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.

Nazir bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 40 minə yaxın ödənişli iş yerinin açılması işsizliyin azaldılmasında, işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təminatı yolu ilə onların rifahına dəstək verilməsində xüsusi əhəmiyyəti olan sosial layihədir. Dövlət başçısının tapşırığına uyğun olaraq, bu sahədə ciddi nəzarətin həyata keçirilməsi və şəffaflığın təmin edilməsi nazirliyin başlıca vəzifələrindən olacaqdır. Müşavirədə bununla əlaqədar xüsusi monitorinq qrupunun yaradılması da qərara alınıb.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...