Anons

Bu gün, 13:23- Makron Dağlıq Qarabağda hərbi əməliyyatlarla bağlı Putin və Trampla danışıqlar aparmağı planlaşdırır

Bu gün, 12:50- Azərbaycanda daha 7 şagird koronavirusa yoluxub

Bu gün, 10:40- Silahlı Qüvvələrə Yardım Fondu üzrə ödənişlər “ASAN ödəniş” sisteminə inteqrasiya olunub

Dünən, 14:57- Azərbaycanda daha 10 şagird koronavirusa yoluxub

Dünən, 14:14- Xalq artisti Arif Babayev insult keçirib

Dünən, 12:22- UEFA: Hərbi vəziyyət Azərbaycan yığmasının oyununa təsir etməyəcək

Dünən, 11:05- Türkiyənin Səhiyyə naziri: Azərbaycana hər bir tibbi ehtiyacda yardım etməyə hazırıq

26-09-2020, 17:30- Bu gün Bakıda 553 küçə dezinfeksiya edilib

26-09-2020, 16:09- Azərbaycanda son sutkada 108 nəfər COVID-19-a yoluxub, 131 nəfər sağalıb, 2 nəfər vəfat edib

26-09-2020, 14:22- İstirahət gününün havası açıqlanıb

26-09-2020, 10:08- Bu gündən sentyabrın 28-dək Bakı, Sumqayıt və Abşeronda ictimai nəqliyyat işləməyəcək

25-09-2020, 17:30- WEF: 2021-ci ildə Dünya İqtisadi Forumu Davosda keçirilməyəcək

25-09-2020, 16:47- “Nar”ın baş sponsorluğu ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir

25-09-2020, 13:18- Prokurorluq Bakıda ərini dərman verib yatızdıraraq öldürən qadınla bağlı məlumat yaydı

25-09-2020, 12:31- Bakıda məktəbəhazırlıq qruplarına 27 mindən çox uşaq cəlb olunacaq

25-09-2020, 12:05- Müfəttişlik: İşləyən əlillər üçün qısaldılmış iş saatı tətbiq edilməlidir

25-09-2020, 11:46- Azərbaycan Kubada səfirlik açacaq

25-09-2020, 10:22- Bu ilin 8 ayında 10113 nəfərə yaşa görə pensiya elektron qaydada təyin olunub

24-09-2020, 18:53- Millət vəkili Səbinə Xasayeva gənc yazıçı Leyla Şahla görüşdü

24-09-2020, 15:55- Azərbaycan Novosibirsk vilayətindən buğda idxal edən ölkələrin ilk beşliyinə daxil olub

Haqqımızda Əlaqə

Azərbaycan Respublikasında prezidentlik institutunun konstitusion əsasları və xüsusiyyətləri

Tarix:3-02-2020, 11:04

Azərbaycan Respublikasında prezidentlik institutunun  konstitusion əsasları və xüsusiyyətləri
Ulu öndər Heydər Əliyevin milli inkişaf strategiyasına uyğun olaraq həyata keçirdiyi dövlət quruculuğunun ən vacib addımlarından biri Azərbaycan Respublikası Konstitusiyasının işlənilməsi üçün Dövlət Komissiyasının yaradılması və onun özünün birbaşa rəhbərliyi ilə Konstitusiya mətninin hazırlanıb xalqın müzakirəsinə təqdim edilməsi olmuşdur. Məhz Ümummilli liderimiz Heydər Əliyevin böyük səyləri nəticəsi olaraq Azərbaycan Respublikasının Konstitusiyası 12 noyabr 1995-ci il tarixində keçirilmiş ümumxalq səsverməsində (referendumda) qəbul edilmişdir. Prezidentlik institutunun dövlət hakimiyyəti sistemində yerinin müəyyən edilməsi baxımından Konstitusiyanın 7-ci maddəsi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, bu maddənin III bəndində Azərbaycan Respublikasında dövlət hakimiyyətinin hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edildiyi təsbit olunmuşdur:

- qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir;

- icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur;

- məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir.

Azərbaycan Prezidentinin konstitusion-hüquqi statusu ilə bağlı Konstitusiyanın 8-ci maddəsinə görə Azərbaycan Respublikasının Prezidenti Azərbaycan dövlətinin başçısıdır, o, ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir. Konstitusiyanın 9-cu maddəyə görə isə Prezident Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali baş komandanıdır. Prezidentin dövlət başçısı və icra hakimiyyətinin başçısı kimi səlahiyyətləri 109-cu maddədə təsbit edilir və onun parlamentlə bir sıra istiqamətlər üzrə əlaqələrini, hökumətlə münasibətlərini, milli təhlükəsizliyin təmin edilməsi, xarici siyasət fəaliyyəti və digər sahələri əhatə edir. Göründüyü kimi, bu səlahiyyətlər həmçinin Prezidentin digər hakimiyyət qolları ilə qarşılıqlı münasibətlərini də müəyyən edir. Hakimiyyət qollarının qarşılıqlı münasibətləri baxımından 7-ci maddənin dördüncü bəndi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, burada göstərilir: Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fәaliyyәt göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər. Beləliklə, Azərbaycan Respublikasında dövlət hakimiyyəti sisteminin real təşəkkülü hakimiyyətlərin bölünməsi prinsipi əsasında baş verir. Həmin prinsipin dəyəri ondan ibarətdir ki, onun tətbiqi funksiya və səlahiyyətlərin hakimiyyət qolları arasında bölüşdürülməsinə, dövlətin demokratik idarə olunmasına imkan verir, çəkindirmələr və tarazlamalar sistemi vasitəsilə isə avtoritar hakimiyyətin qurulmasına mane olur.

Prezidentin Azərbaycan dövlətini ölkənin daxilində təmsil etməsi onun dövlət başçısı kimi hakimiyyət orqanlarının uzlaşdırılmış fəaliyyətinə və qarşılıqlı əlaqələrinə təminat yaratması, eyni zamanda cəmiyyətdə siyasi həmrəyliyə nail olmaq üçün arbitr funksiyasını yerinə yetirməsi ilə bağlıdır. Prezidentin Azərbaycan dövlətini xarici münasibətlərdə təmsil etməsi isə onun xalqın maraqlarına əsaslanaraq beynəlxalq müqavilələr və normalarla bağlı məsələləri həll etməsindən irəli gəlir. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün, təhlükəsizliyinin və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının təminatçısıdır. Bu öhdəlik Prezidentin həm də Ali Baş Komandan kimi səlahiyyətlərini müəyyənləşdirir və ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun gəlməyən istənilən qanuna “veto” qoymaq, icra hakimiyyəti orqanlarının, siyasi institutların, təşkilatların və digər qurumların xalqın iradəsinin əleyhinə yönəlmiş aktlarını ləğv etmək hüququnu yaradır.

Azərbaycan Respublikasında prezidentlik institutunun xüsusiyyətlərinin araşdırılması, dövlət idarəçilik sistemində yerinin müəyyənləşdirilməsi üçün onun hansı səlahiyyətlərə malik olması və digər hakimiyyət qolları ilə qarşılıqlı əlaqələr qurmasının nəzərdən keçirilməsi məqsədəmüvafiq olardı. Belə ki, Konstitusiyanın 109-cu maddəsinə görə Azərbaycan Prezidenti aşağıdakı səlahiyyətlərə malikdir: Milli Məclisə seçkiləri təyin edir; qanunları imzalayır və dərc edir; Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Ali Məhkəməsi və Apellyasiya məhkəmələri hakimlərinin vəzifəyə təyin edilməsi haqqında Milli Məclisə təqdimatlar verir; Azərbaycan Respublikasının Baş prokurorunu Milli Məclisinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir; Azərbaycan Respublikasının hərbi doktrinasını Milli Məclisinin təsdiqinə verir; Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin seçilməsi haqqında Milli Məclisə təqdimat verir; referendum təyin edir, dövlət büdcəsini Milli Məclisin təsdiqinə təqdim edir; Milli Məclisin razılığı ilə Azərbaycan Respublikasının Baş nazirini vəzifəyə təyin edir; Baş naziri vəzifədən azad edir və s..

Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunduğu vaxtdan onun mətnində ölkəmizdə aparılan konstitusiya islahatları çərçivəsində keçirilmiş referendumlarda (2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da) bir sıra dəyişiklik və əlavələr edilmişdir. Həyata keçirilmiş bu konstitusiya islahatları, əlbəttə, ölkəmizdə təşəkkül tapmış prezidentlik institutu modelinin təkmilləşdirilməsinə də yönəlmişdir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 26 sentyabr 2016-cı il tarixində keçirilmiş referendum nəticəsində Konstitusiyanın mətnində edilmiş sonuncu düzəlişlər də xüsusi əhəmiyyət kəsb edir. Onu da qeyd etmək lazımdır ki, həmin referendumda əldə edilən nəticələr dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən, ölkəmizin davamlı və innovativ inkişafına və sosial rifahın təmin olunmasına yönələn siyasətin Azərbaycan xalqı tərəfindən birmənalı dəstəkləndiyini bir daha nümayiş etdirmişdir. Bütövlükdə, dövlət idarəçiliyi sisteminin daha da inkişaf etdirilməsi məqsədilə Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər onun Preambulasında əksini tapan niyyətlərin və prinsiplərin həyata keçirilməsinə yönəlmişdir. Ümumiyyətlə, son referendumda Konstitusiyaya əlavə və dəyişikliklər insan və vətəndaş hüquqlarına daha etibarlı təminat mexanizmləri formalaşdırmaq; dövlət idarəçiliyi sistemini təkmilləşdirmək; sosial-iqtisadi inkişafın davamlılığını təmin etmək kimi əsas məqsədlərin reallaşmasına yönəlmişdir. Azərbaycan Prezidenti seçkilərinin əsasları isə ölkə Konstitusiyasının 101-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddədə göstərildiyi kimi, Prezident ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilir. Azərbaycan Respublikasının Prezidenti növbədənkənar prezident seçkilərini elan edə bilər. Göründüyü kimi, Azərbaycan Respublikasının Prezidenti birbaşa seçkilərdə seçilir, bundan fərqli olaraq, məsələn, ABŞ prezidenti dolayı seçkilər yolu ilə hər bir ştatdan olan senator və nümayəndələr palatası üzvlərinin ümumi sayına bərabər sayda seçkiçilər vasitəsilə seçilir. Konstitusiyanın 100-cü maddəsinə əsasən ölkə ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Prezident seçilə bilər.

Konstitusiya müddəalarına uyğun olaraq seçki qanunvericiliyinin təkmilləşdirilməsi, Seçki Məcəlləsinin qəbul edilməsi (2003-cü il) və onun təkmilləşdirilməsi ölkəmizdə seçkilərin yüksək səviyyədə, dünya standartlarına uyğun olaraq, demokratik, şəffaflıq şəraitində çoxpartiyalılıq və alternativlik əsasında keçirilməsinə xidmət. Bunu Azərbaycan Respublikası Konstitusiyası qəbul olunduqdan sonrakı dövrdə ölkədə keçirilən prezident seçkiləri, o cümlədən Ulu öndərimiz Heydər Əliyevin inamlı qələbəsi ilə başa çatmış 1998-ci il prezident seçkiləri, eləcə də 2003-cü ildən indiyədək Heydər Əliyev məktəbinin layiqli davamçısı, dövlətimizin başçısı İlham Əliyevin seçicilərin böyük əksəriyyətinin dəstəyi ilə həmişə inamla qalib gəldiyi prezident seçkiləri (2003,2008, 2013, 2018) də təsdiq edir. Azərbaycan xalqı 11 aprel 2018-ci il tarixində keçirilmiş prezident seçkilərində bir daha nümayiş etdirdi ki, Ümummilli lider Heydər Əliyevin layiqli siyasi varisi olan və onun dövlətçilik kursunu zamanın tələblərinə uyğun olaraq keyfiyyətcə zənginləşdirərək uğurla davam etdirən, müasir dövrümüzün ən uğurlu siyasi liderlərindən olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli maraqlara əsaslanan və ölkəni parlaq gələcəyə aparan daxili və xarici siyasətini dəstəkləyir və bu yolda onun ətrafında sıx birləşir.

Prezidentin birbaşa seçkilərdə seçilməsi daha demokratik üsul sayılır, çünki bu seçkilər birbaşa demokratiya əsasında, yəni seçicilərin iştirakı ilə, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə keçirilir, bu isə xalqın suveren iradəsinin ifadəsdir. Prezidenti xalq seçir, deməli, ona səlahiyyətlər dövlət hakimiyyətinin yeganə mənbəyi olan xalq tərəfindən verilir.

Azərbaycanda prezidentlik institutuna aid olan dəyişikliklərdən biri də ilk dəfə olaraq Vitse-prezidentlik institutunun tətbiq edilməsi ilə bağlıdır. Azərbaycan Respublikasının Vitse-prezidenti institutunun yaradılması dövlət idarəetməsi sahəsində yeni və vacib hadisə olmaqla, ölkəmizdə əsaslı iqtisadi islahatların aparıldığı müasir dövrdə idarəetmə sistemində səmərəliliyin artırılması, dövlət idarəçiliyi mexanizmlərinin daha da təkmilləşdirilməsi vəzifələrinin reallaşdırılması baxımından xüsusilə əhəmiyyətlidir. Konstitusiyaya əlavə edilmiş 103-1-ci maddəyə əsasən Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər. Vitse-prezident vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan vətəndaşı təyin edilir. 106-1-ci maddəyə görə isə səlahiyyət müddəti ərzində onun şəxsiyyəti toxunulmazdır.

Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti vəzifəsinə uzun illərdir ki, ölkəmizin ictimai-siyasi və mədəni həyatında mühüm və fəal rol oynayan, özünün səmimiliyi və işgüzarlığı ilə Azərbaycan xalqının böyük rəğbətini qazanmış, eləcə də Azərbaycanın dünyada tanıdılmasında böyük xidmətləri olan Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Arif qızı Əliyeva təyin olunmuşdur. Təhlükəsizlik Şurasının iclasında Birinci Vitse-prezidenti təqdim edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mehriban Əliyevanın uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynadığını, Milli Məclisin deputatı kimi çox böyük işlər gördüyünü, çox geniş beynəlxalq fəaliyyəti olduğunu, onun rəhbərliyi ilə Heydər Əliyev Fondunun nəinki Azərbaycanın, regionun ən böyük və nüfuzlu ictimai təşkilatına çevrildiyini, ölkəmizdə keçirilmiş bir sıra qlobal tədbirlərin təşkilində xüsusi rol oynadığını göstərmişdir. Ötən dövrdə Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Birinci Vitse-prezidentlik institutu uğurla fəaliyyət göstərir ki, bu da həmin institutun idarəetmənin çevikliyi və səmərəliliyinin artırılmasına artıq öz töhfəsini verdiyini təsdiqləyir.

Nurəddin İBRAHİMOV
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti kafedrası”nın müəllimİ,
siyasi elmlər üzrə fəlsəfə doktoruскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...