Anons

Bu gün, 13:23- Makron Dağlıq Qarabağda hərbi əməliyyatlarla bağlı Putin və Trampla danışıqlar aparmağı planlaşdırır

Bu gün, 12:50- Azərbaycanda daha 7 şagird koronavirusa yoluxub

Bu gün, 10:40- Silahlı Qüvvələrə Yardım Fondu üzrə ödənişlər “ASAN ödəniş” sisteminə inteqrasiya olunub

Dünən, 14:57- Azərbaycanda daha 10 şagird koronavirusa yoluxub

Dünən, 14:14- Xalq artisti Arif Babayev insult keçirib

Dünən, 12:22- UEFA: Hərbi vəziyyət Azərbaycan yığmasının oyununa təsir etməyəcək

Dünən, 11:05- Türkiyənin Səhiyyə naziri: Azərbaycana hər bir tibbi ehtiyacda yardım etməyə hazırıq

26-09-2020, 17:30- Bu gün Bakıda 553 küçə dezinfeksiya edilib

26-09-2020, 16:09- Azərbaycanda son sutkada 108 nəfər COVID-19-a yoluxub, 131 nəfər sağalıb, 2 nəfər vəfat edib

26-09-2020, 14:22- İstirahət gününün havası açıqlanıb

26-09-2020, 10:08- Bu gündən sentyabrın 28-dək Bakı, Sumqayıt və Abşeronda ictimai nəqliyyat işləməyəcək

25-09-2020, 17:30- WEF: 2021-ci ildə Dünya İqtisadi Forumu Davosda keçirilməyəcək

25-09-2020, 16:47- “Nar”ın baş sponsorluğu ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir

25-09-2020, 13:18- Prokurorluq Bakıda ərini dərman verib yatızdıraraq öldürən qadınla bağlı məlumat yaydı

25-09-2020, 12:31- Bakıda məktəbəhazırlıq qruplarına 27 mindən çox uşaq cəlb olunacaq

25-09-2020, 12:05- Müfəttişlik: İşləyən əlillər üçün qısaldılmış iş saatı tətbiq edilməlidir

25-09-2020, 11:46- Azərbaycan Kubada səfirlik açacaq

25-09-2020, 10:22- Bu ilin 8 ayında 10113 nəfərə yaşa görə pensiya elektron qaydada təyin olunub

24-09-2020, 18:53- Millət vəkili Səbinə Xasayeva gənc yazıçı Leyla Şahla görüşdü

24-09-2020, 15:55- Azərbaycan Novosibirsk vilayətindən buğda idxal edən ölkələrin ilk beşliyinə daxil olub

Haqqımızda Əlaqə

Səməd Seyidov: "Avropa Şurasında Azərbaycana qarşı bu qədər qəzəb hardandır?"

Tarix:30-01-2020, 19:31

Səməd Seyidov: "Avropa Şurasında Azərbaycana qarşı bu qədər qəzəb hardandır?"
Avropa Şurasının bəzi üzvləri açıq-aşkar Azərbaycanda xaos və qarışıqlıq yaratmağa çalışır. Belə bəyanatla virtualaz.org və haqqin.az saytlarına açıqlamasında Strasburqdan AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edib. Xatırladaq ki, bu gün AŞPA Azərbaycanla bağlı məsələyə baxıb, siyasi məhbus hesab edilən şəxslərlə bağlı məruzə ətrafında müzakirələr olub.

“Bu adamlar qarşılarına məqsəd qoyublar ki, nə yolla olursa olsun ölkəmizdəki stabilliyi pozmaq lazımdır. Azərbaycana dair bu günkü dinləmələr onu göstərdi ki, bu beynəlxalq təşkilat hansı dərin böhranla üzləşib. Bir neçə ay əvvəl Azərbaycan Avropa Şurası ilə konstruktiv dialoqa can atdı, əl uzatdı. Bəs onlar bizə necə cavab verirlər? Avropa Şurasının müəyyən hissəsi Azərbaycanın uğurlarını az qala quduzcasına qarşılayırlar, bizim uğurlarımızı gözdən salmaq, aşağılamaq üçün ölkəmizlə bağlı müxtəlif şeylər uydururlar”,-Səməd Seyidov deyib.

Səməd Seyidov: "Avropa Şurasında Azərbaycana qarşı bu qədər qəzəb hardandır?"


Onun sözlərinə görə, məsələ absurda qədər çatıb. Azərbaycan üzrə məruzəçi Stefan Şennax Azərbaycanda hər ölüm faktının araşdırılmalı olduğu barədə düzəlişi təqdim edib. Düzdür, görəndə ki, bu təklif gülüş doğurub, Şennax onu geri çəkib. “Görün bir vaxtlar nüfuz sahibi olan təşkilatda hansı sərsəm iddialar ortaya atırlar. Bunun məqsədi odur ki, təzyiqlər yolu ilə Azərbaycanı Strasburqdan idarə etsinlər. Lakin onlarda alınmayacaq. Ötən illərdə olduğu kimi biz bu qeyri-konstruktiv qüvvələrə öz cavabımızı verəcəyik. Hər halda aydın deyil, bizə qarşı bu qəzəb haradandır? Bəlkə elementar paxıllıqdır? Axı Azərbaycan stabil inkişaf edir, belə bir vaxtda hər yan od tutub yanır, iqtisadiyyatlar çökür. Bununla belə biz bu təşkilatla əməkdaşlığı hələ davam etdiririk, amma onu deyirik ki, səbrimizin sonu var. Heç kimə bizə öz şərtlərini diqtə etməyə imkan vermərik”,-Seyidov bildirib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...