Anons

Dünən, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Dünən, 21:02- Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

Dünən, 19:50- Azərbaycanda yeni kollec yaradıldı

Dünən, 19:00- Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

Dünən, 18:38- İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

Dünən, 16:44- Məşhur pediatrın intihar səbəbi bu imiş

Dünən, 16:19- Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

Dünən, 15:52- "Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

Dünən, 15:26- Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

Dünən, 14:07- Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

Dünən, 13:34- `Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

Dünən, 12:43- Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

Dünən, 12:15- Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

Dünən, 11:38- Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

Dünən, 10:53- Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

Dünən, 10:15- Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

Dünən, 09:54- Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

Dünən, 09:10- Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

23-04-2024, 22:33- “Azərreyl” çempion oldu

23-04-2024, 20:16- Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

Haqqımızda Əlaqə

Mətbuat Şurasının “qara siyahı“sı ləğv olundu

Tarix:24-01-2020, 23:42

Mətbuat Şurasının “qara siyahı“sı ləğv olundu Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin (İH) iclası keçirilib.
"Yeni Sabah" xəbər verir ki, MŞ-dan verilən məlumata görə, iclasda MŞ-nin 2020-ci il üçün iş planı müzakirə edilib. Planda Şuranın Nizamnamə tələblərinə uyğun olaraq həyata keçirəcəyi fəaliyyətin konkret məqamları əksini tapıb. Bunlar başlıca olaraq komissiyaların və İdarə Heyətinin iclaslarının keçirilməsindən ibarətdir. Eyni zamanda təqvimdəki əlamətdar günlərlə bağlı toplantıların təşkili də planda əsas yer tutub.

İH üzvləri milli mətbuatımızın 145 illik yubileyinə hazırlıq məsələləri üzərində də dayanıblar. Bildirilib ki, mövcud istiqamətdə ayrıca fəaliyyət planının hazırlanmasına ehtiyac var. Həmin plana nəinki ölkəmizdə, habelə mətbuat tariximiz baxımından mühüm əhəmiyyət daşıyan xarici ölkələrdə tədbirlərin təşkili barədə müddəaların əlavə edilməsi məqbul qiymətləndirilib. Müzakirələrdən sonra MŞ-nin 2020-ci il üçün iş planı təsdiqlənib.

İclasda MŞ sədri Əflatun Amaşov tərəfindən İH üzvlərinə Şuranın 2019-cu ildəki fəaliyyətinin ayrı-ayrı tərəfləri barədə də məlumat verilib. Şura sədri bildirib ki, hesabat cəmiyyətə açıqlanıb. İH üzvləri verilən məlumatı məqbul qiymətləndiriblər. Onlar prosedur qaydalara uyğun olaraq reallaşdırılacaq fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı təkliflərini də səsləndiriblər.

İclasda MŞ-nin “qara siyahı”sı ilə bağlı məsələ də müzakirə edilib. Bildirilib ki, “qara siyahı”nın tətbiq edilməsi jurnalistikadan sui-istifadə hallarına qarşı tutarlı ictimai qınaq tədbiridir. Orada yer alan kütləvi informasiya vasitələrinin işində peşə prinsiplərinə zidd hallar olub. “Qara siyahı”nın cəmiyyətdə doğurduğu effekt isə onu deməyə əsas verir ki, Şuranın bu tədbiri lazımlı idi.

İH üzvləri eyni zamanda onu da nəzərə alıblar ki, məlum siyahıda yer alan KİV-lərin əksər hissəsi çap mediasıdır və onlar hazırda ya fəaliyyətlərini davam etdirmir, ya da barələrində şikayətlər daxil olmur. Elə media qurumları da var ki, həmin siyahıdan çıxmaq üçün Şuraya müraciətlər ünvanlayıblar və bu məqama həssas yanaşılmalıdır. Həssas yanaşılmalı məqamlardan biri də MŞ-nin missiyası ilə bağlıdır. Bu missiya media orqanlarının həm işlərinə məsuliyyətlə yanaşmalarını təmin etməyə, həm də yol verdikləri nöqsanlardan nəticə çıxararaq fəaliyyətlərinə davam etmələrinə şərait yaratmağa, reabilitasiya imkanlarının dəyərləndirilməsinə köklənib. Belə bir istək MŞ-yə ünvanlanmış müraciətlərdə əksini tapıb. Şuranın müxtəlif KİV-lərlə əlaqədar araşdırmaları da onların işlərində dönüş yaratdıqlarını deməyə əsas verir. Buna görə də “qara siyahı”dakı media orqanlarının adlarının həmin siyahıdan çıxarılmasına ehtiyac yaranıb. Məsələ müzakirə edildikdən sonra qəbul edilib.

İclasda o da bildirilib ki, internet informasiya resurslarının sayının sürətlə artdığı hazırkı şərait üçün yeni yanaşmalar tələb olunmaqdadır. Məsələyə münasibətdə daha adekvat mexanizmlərin seçilməsi vacibdir. Bununla bağlı təkliflər verilməsi üçün iş aparılması məqbul sayılıb.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...