Anons

Bu gün, 11:03- Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

Bu gün, 10:27- Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

Bu gün, 09:48- DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

Bu gün, 09:25- Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

Dünən, 20:55- MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

Dünən, 19:08- Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

Dünən, 18:40- Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

Dünən, 16:31- Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

Dünən, 15:11- Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

Dünən, 14:19- 285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

Dünən, 13:45- "Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

Dünən, 12:42- Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Dünən, 12:05- İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

Dünən, 10:49- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

Dünən, 10:08- «AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

Dünən, 00:21- İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

17-04-2024, 23:33- CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

17-04-2024, 19:11- İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

17-04-2024, 18:48- "Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

17-04-2024, 18:35- Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

Haqqımızda Əlaqə

Rövnəq Abdullayevin maliyyələşdirdiyi saytlar taekvondo ustası Fəridə Əzizovadan nə istəyirlər? Çirkin kampaniyanın arxasında kimlər dayanır? – Araşdırma (III hissə)

Tarix:24-01-2020, 12:53

Rövnəq Abdullayevin maliyyələşdirdiyi saytlar taekvondo ustası Fəridə Əzizovadan nə istəyirlər? Çirkin kampaniyanın arxasında kimlər dayanır? – Araşdırma (III hissə) Tərəqqi medallı, tanınmış taekvondoçu Fəridə Əzizovaya qarşı uzun müddətdir aparılan çirkin kampaniyanın səbəbkarı olan saytlar barəsində araşdırmalarımızın nəticəsini oxucularımızın və müvafiq dövlət qurumlarının diqqətinə çatdırmağı özümüzün peşə borcumuz hesab edirik. Heç kimə sirr deyil ki, ölkədə azad mətbuatın, söz və ifadə azadlığının təmin olunması üçün yetərincə imkanlar yaradılıb. Eyni zamanda bu proseslər qəbul edilmiş qanunvericilik aktlarında hüquqla tənzimlənir. Indi isə kimlərin bu şəraitdən necə bəhrələnməsi barədə faktlara istinad edən fikirlərimizi diqqətə çatdırırıq. Məlumat üçün bildirək ki, Open.az saytı Rövnəq Abdullayevin rəhbərlik etdiyi SOCAR tərəfindən maliyyələşdirilir. Bu saytın Rəvan və Gülnar adlı əməkdaşları Fəridə Əzizova və onun yaxın qohumu, həm də rəfiqəsi olan Aysel Akçimen haqqında həqiqətə uyğun olmayan, şəxsiyyəti alçaldan məqalənin ilk müəllifləridirlər. Yazının Open.az saytında dərcindən sonra Fəridə Əzizova adıçəkilən sayta zəng edərək, xəbərin dərhal siliməsini və təkzib verilməsini tələb edib. Lakin, yazının müəlliflərindən biri olan Rəvan yazını silməyəcəyini və təkzib verməyəcəyini bildirib. Bu azmış kimi xanım idmançıya məhkəməyə müraciət etməyi də məsləhət görüb. Bunun ardınca Rövnəq Abdullayevin maliyyələşdirdiyi saytların böyük bir hissəsi Open.az saytında gedən xəbəri öz internet resurslarına yerləşdirərək Fəridə Əzizovaya və Aysel Akçimenə qarşı total hücumlar təşkil edirlər. Çox böyük çətinliklərlə Open.az saytından adıçəkilən məqalənin sildirilməsinə və təkzib verilməsinə nail olandan sonra, hər iki xanım hücumların digər dalğasına məruz qalırlar. SOCAR-ın saytları Fəridə Əzizovaya qarşı “müharibə” elan edərək bütün resurslarını işə salmaqla onu nüfuzdan salmağa cəhd göstərirlər. Məcburiyyət qarşısında qalan xanımlar məhkəməyə müraciət edirlər və onların Open.az saytına qarşı qaldırdıqları iddia təmin olunur, sayt cərimələnir. Məhkəmə gedən ərəfədə sosial şəbəkələr və trollar vasitəsilə hələ də davam edən əxlaqsız kampaniya məhkəmə qərarından sonra daha da şiddətlənir. Bu kampaniyada aktiv rol oynayan Report.az saytı da daxil olmaqla digər saytların sırasına Qaynarinfo.az da qoşulur. “Gözlərini qan örtmüş” şəbəkə, iddiaçıların tələblərini qismən təmin edən Nəsimi rayon Məhkəməsinin hakimi Solmaz Mustafayevanı savadsızlıqda və qərəzlilikdə ittiham etməyə başlayır.

SOCAR-ın saytları tanınmış taekvondo ustası, ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil edən, Prezident İlham Əliyevin “Tərəqqi” medalı ilə təltif etdiyi Fəridə Əzizovadan nə istəyirlər? Çirkin kampaniyanın dalında kimlər dayanır? Respublikada idmanı prioritet sahəyə çevirən Prezident İlham Əliyevin siyasətinə qarşı çıxaraq tanınmış idmançıları ləkələyən və nüfuzdan salan informasiyaların ictimailəşdirilməsini kimlər təşkil edir? Bəlkə bu yollarla Fəridə Əzizova da daxil olmaqla gənc və perspektivli idmançılarımızı ölkədən didərgin salaraq, başqa dövlətlərin bayraqları altında çıxış etmələrinə nail olmaqdır?...

Suallar çoxdur! Hələ də anlaya bilmirik ki, Prezidentin və Birinci Vitse-Prezidentin daim diqqət və qayğı göstərdiyi Fəridə Əzizovaya qarşı bu formada aşağılayıcı və çirkin kampaniya başladanların və israrla bunu davam etdirənlərin arxasında kimlər dayanır?

Araşdırmalarımız nəticəsində məlum oldu ki, Open.az saytında çalışan Rəvan adlı müxbir əsasən şou-biznes üzrə ixtisaslaşıb. Əslən Cənubi Azərbaycandandır.

Rövnəq Abdullayevin maliyyələşdirdiyi saytlar taekvondo ustası Fəridə Əzizovadan nə istəyirlər? Çirkin kampaniyanın arxasında kimlər dayanır? – Araşdırma (III hissə)

Rəvan - Open.az-ın əməkdaşı

Yəqin dünyadan təcrid olunmuş və qapalı mühitdə dünyaya göz açan Rəvan, söz və ifadə azadlığının bərqərar olduğu demoratik ölkəmizdəki ictimai-siyasi vəziyyətdən “vəcdə” gəlib. Görəsən belə bir yazı ilə gündəmə gələn jurnalistin başına İranda hansı oyunları açarlar? Təəssüf doğuran hal odur ki, yazının müəllifi kimi Gülnar adlı bir xanımın da adı çəkilir. Rəvanı başa düşdük, bəs Gülnar xanım da daxil olmaqla, bu yazıları “həvəslə” tirajlayan saytlarda çalışan digər əməkdaşlar hara baxırlar? Bəlkə bu proseslərin arxasında “gözəgörünməz” qüvvə mövcuddur və ustalıqla hər şeyə nəzarət edir? Qaranlıq məqamlar çoxdur. Gəldiyimiz qənaət ondan ibarətdir ki, bizim də cavablarını tapmaqda çətinlik çəkdiyimiz sualların cavablarını yalnız hüquq-mühafizə orqanları verə biləcəklər. Biz yazdıq və ictimailəşdirdik, günahkarların tapılaraq qanunlar çərçivəsində cəzalandırılması isə hüquq-mühafizə orqanlarının səlahiyyətlərinə aiddir. Üç hissəli məqalələrimizdə bu şəbəkənin bütün konturlarını cızmağa çalışdıq, danılmaz faktlarla və sübutlarla kimin kim olduğunu ortaya qoymağa cəhd etdik. Hətta, peşə qaydalarımıza uyğun olmayaraq, digər saytların adlarını hallandıraraq, iradlarımızı bildirdik. Başqa cür ola da bilməzdi. Çünki ortada aparılan çirkin kampaniyanın nəticəsində dünyaya gəlməyə macal tapmayan körpəsini bətnində itirən azərbaycanlı qadını, baş verənlərə dözməyərək , beyninə qan sızması nəticəsində ölümlə çarpışaraq yataq xəstəsinə çevrilən ata, gənc yaşlarından Azərbaycan bayrağını dünyada dalğalandırmağa nail olan və perspektivli idmançımızın taleyi var. Ümid edirik ki, digər həmkarlarımız da, apardığımız ədalətli mübarizədə bizə dəstək olacaqlar. Biz də öz növbəmizdə sona qədər bu məsələlərin arxasınca gedəcəyik və bunu özümüzə vətəndaşlıq, insanlıq, həm də peşə borcu hesab edirik.

Araşdırma qrupuскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...