Anons

Bu gün, 18:17- Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

Bu gün, 17:05- Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

Bu gün, 16:33- Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

Bu gün, 15:51- Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

Bu gün, 15:23- İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

Bu gün, 14:02- Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bu gün, 12:04- Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

Bu gün, 11:30- Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

Bu gün, 10:52- Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

Bu gün, 09:58- Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

Bu gün, 09:28- Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Dünən, 21:08- İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

Dünən, 20:40- Ramazanın 18-ci gününün DUASI

Dünən, 19:14- Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

Dünən, 18:43- Pedaqoji Universitetin Şəki filialına yeni direktor təyin olunub - ƏMR

Dünən, 16:04- Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Dünən, 15:29- Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

Dünən, 14:43- İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

Dünən, 14:17- Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

Dünən, 13:08- Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

Haqqımızda Əlaqə

Ruhumu titrədən kənd!.

Tarix:23-01-2020, 20:43

Ruhumu titrədən kənd!. Seçicilərlə görüşmək üçün Göygöl rayonunun Şəhriyar kəndinə üz tutanda içimdə boğduğum qəhər dizlərimi titrədirdi. Çünki,1988-ci ildə doğma yurd yerlərimizdən didərgin düşəndə bizə ilk qucağını açan bu kənd qarşısında illərdi özümü borclu hesab edirəm. O vaxt bu kəndə nənəli-babalı, analı-atalı bütöv gəlmişdik. İndi də xatirəmdə o kadrlar bitkin və bütöv qalıb. Hər dəfə bu kəndə gələndə gözüm onların son dəfə Göyçədən ayaqqabilarında gətirdiklıri bir ovuc torpağı axtarır. O torpaq ki, indi hardasa Şəhriyar kəndinin torpağına qarışıb. O torpaq ki, indi həsrəti içimizi şəhid edir...

Ruhumu titrədən kənd!.


Bu düşüncələrlə Şəhriyar kəndində ilk qapısını açdığım 1994-cü ilin aprelin 24-də şəhid olmuş Mehdiyev Vahidin ata-baba evi oldu.Şəhid anası Gülbahar nənə ilə görüşüm heç zaman xarirəmdən silinməyəcək. Yataq xəstəsi olan Gülbahar nənə dərdlərindən, xəstəliyindən danışdı, oğul həsrətinin ağır olduğunu bildirdi. Söylədi ki, ay bala, əlbət oğullar Vətən üçün doğulur, şəhid anası olmaq isə hər anaya qismət olmur Bizim umacağımız nədi ki, diqqət, məhəbbət!. "Gedin, Allahın diqqəti, məhəbbəti üstünüzdə olsun. Deputat olsan kəndimizə su çəkdirərsən, camahat da səndən razı qalar" - deyib gözlərini yenidən şəhid balasının ucaldığı Tanrı məqamına dikdi!.. Şəhid anasının bu sözü, gizlətməyə cəhd etsəm də gözlərimdə iki damla suya çevrildi...

Ruhumu titrədən kənd!.


Şəhriyar kəndinin mərkəzindəki görüşdə isə növbəti şəhid anası uşaqlıqdan bir yerdə böyüdüyüm Əminə bacımız oldu .”Saçına bacın qurban nə tez belə ağartmısan deyib, içindəki övlad ağrısını Göyçəli günlərimizin xöş xatirələrini bölüşməklə ovudurmağa çalışdı.Bir anlığa hansı məsuliyyətin altına girməyimin ağırlığını hiss etdim. İlahi, görəsən şəhid balasını ağlamaqdan səsi batmış Anadan mənə səs ver deməyə nə qədər mənəvi haqqımız çatır ?!.. Ətrafda danışılanları artıq eşitmirdim. Hər iki şəhid anasının içərisində çəkdiyi övlad harayı onların səsini, mənim isə qulaqlarımı batırmışdı!...
Bir anlıq demək istədimki, Siz ey Şəhid Anaları, neçəki, torpaqlarımız düşmən tapdağından azad olunmayıb, səsvermə məntəqələrinə gəlməyiniz belə bizə halal deyil. Bizə səs verməyin, çünki Azərbaycanın qulağı batar!
Əziz Şəhid anaları, qarşınızda baş əyirəm... Hələlik bu baş qarşınızda dik dura bilməz(((

Ruhumu titrədən kənd!.
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...