Anons

Bu gün, 14:07- Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

Bu gün, 13:34- `Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

Bu gün, 12:43- Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

Bu gün, 12:15- Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

Bu gün, 11:38- Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

Bu gün, 10:53- Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

Bu gün, 10:15- Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

Bu gün, 09:54- Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

Bu gün, 09:10- Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

Dünən, 22:33- “Azərreyl” çempion oldu

Dünən, 20:16- Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

Dünən, 19:10- Azərbaycanda bu taksi şirkəti bağlanır

Dünən, 16:48- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

Dünən, 16:06- Bu il Qarabağa nə qədər vəsait xərclənib?

Dünən, 15:48- Sanksiya xəyalları, İbadoğlu nağılları... – Ermənilərin təşəbbüsünə sevinən daxili düşmənlərimiz KİMLƏRDİR?

Dünən, 15:25- "Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

Dünən, 13:47- EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

Dünən, 13:05- Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

Dünən, 12:34- İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

Dünən, 12:00- Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

Haqqımızda Əlaqə

9 saylı Binəqədi II seçki dairəsində gərgin mübarizə gözlənilir – Kəmaləddin Qafarov, yoxsa Orxan Mustafayev?!...

Tarix:15-01-2020, 11:41

9 saylı Binəqədi II seçki dairəsində gərgin mübarizə gözlənilir – Kəmaləddin Qafarov, yoxsa Orxan Mustafayev?!... Ötən yazılarımızda 9 saylı Binəqədi II seçki dairəsində YAP-ın namizədi olan Kəmaləddin Qafarovla bağlı qısa məlumat vermişdik. Məqaləmizin dərcindən sonra adıçəkilən ərazidən olan seçicilər redaksiyamıza telefon açaraq müxtəlif səpkili şikayət və iradlarını bildirdilər. Kəmaləddin Qafarovun nədən seçicilər tərəfindən qınaq obyektinə çevrilməsi barədə gələn yazılarımızda ətraflı məlumat verəcəyik. Seçicilərin müəyyən qismi ilə görüşlərimiz, apardığımız araşdırmalar və təhlillər onu deməyə əsas verir ki, 9 fevralda 9 saylı Binəqədi II seçki dairəsində gərgin mübarizənin şahidi olacağıq. Müxtəlifn mənbələrdən redaksiyamıza daxil olan məlumatlara görə, Kəmaləddin Qafarov seçki günü baş verə biləcək gözlənilməz nəticələrin qarşısını almaq üçün indidən bütün siyasi və maddi resurslarını işə salıb.

9 saylı Binəqədi II seçki dairəsində gərgin mübarizə gözlənilir – Kəmaləddin Qafarov, yoxsa Orxan Mustafayev?!...

Kəmaləddin Qafarov

Seçicilər arasnda nüfuzunun olmaması, eləcə də barəsində yayılan informasiyalara münasibət bildirməməsi səbəbindən qeyri-müəyyən situasiyanın yaranması K.Qafarovun ciddi başağrısına çevrilib. K.Qafarovu narahat edən digər məqam ondan ibarətdir ki, seçilmək istədiyi dairədən daha bir namizədlə qarşılaşıb. Apardığıız araşdırmalar zamanı məlum oldu ki, Ulu Öndər Heydər Əliyevin sadiq silahdaşı, YAP-ın tarixində sədaqəti və fəaliyyətilə bu günə qədər nüfuzunu qoruyub saxlayan, barmaqla sayılacaq ictimai-siyasi xadimlərdən biri olan mərhum Abbas Mustafayevin oğlu Orxan Mustafayev də K.Qafarovla eyni dairədə mandat uğrunda mübarizə aparacaq. Seçicilər arasında güclü nüfuza malik olan Orxan Mustafayevin YAP-çı və oliqarx namizədin ciddi rəqibinə çevrilmək şansı daha böyükdür. Müstəqil namizəd kimi seçkilərə qatılan Orxan Mustafayev digər namizədləri müxtəlif parametrlərdə üstələməyi bacarıb. Hər halda seçicilərlə müxtəlif formatlarda görüşlərimiz və söhbətlərimiz zamanı ortaya çıxan nəticə bunu deməyə əsas verir.

9 saylı Binəqədi II seçki dairəsində gərgin mübarizə gözlənilir – Kəmaləddin Qafarov, yoxsa Orxan Mustafayev?!...

Orxan Mustafayev

Bir sözlə, 9 saylı Binəqədi II seçki dairəsində seçki gününün müəyyən gərginliklərlə zəngin keçəcəyi müşahidə olunacaq. Məlumat üçün bildirək ki, K.Qafarov seçki qanunlarını pozaraq, sosial şəbəkələrdə və eyni zamanda öz tərəfdarları vasitəsilə bir müddət əvvəldən təbliğat və təşviqat kampaniyasına start verib. Bu halları sübut edən məqalələr mətbuatda yer alsa da, MSK tərəfindən baş verənlərə münasibət bildirilməyib. Ən kiçik bəhanələrlə namizədləri qeydiyyata almaqdan imtina edən MSK nədənsə Kəmaləddin Qafarovla bağlı olan ciddi məlumatlara susqunluqla reaksiya verir. Baş verənlər bir daha sübut edir ki, oliqarx deputat növbəti dəfə bu dairədən seçilməkdə israrlıdır. Bir tərəfdə siyasi güc və nəhəng maddi dayaqlar, digər tərəfdə isə seçicilərin gücünə arxalanan müstəqil namizəd.
9 feavralı gözləməyə dəyər. Bizi izləyin!скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...