Anons

Dünən, 22:52- Bu gecə ilk Qədr gecəsidir

Dünən, 22:11- İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

Dünən, 21:44- Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Dünən, 21:25- Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

Dünən, 19:03- Papanın səhhəti yaxşılaşıb

Dünən, 18:40- Putin seçki üçün 317 milyon pul xərcləyib

Dünən, 18:17- Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

Dünən, 17:05- Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

Dünən, 16:33- Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

Dünən, 15:51- Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

Dünən, 15:23- İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

Dünən, 14:02- Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Dünən, 12:04- Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

Dünən, 11:30- Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

Dünən, 10:52- Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

Dünən, 09:58- Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

Dünən, 09:28- Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

27-03-2024, 21:08- İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

27-03-2024, 20:40- Ramazanın 18-ci gününün DUASI

27-03-2024, 19:14- Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

Haqqımızda Əlaqə

Dəm qazından ölümə görə “Azəriqaz” 50 min manat cərimələndi

Tarix:12-12-2019, 20:04

Dəm qazından ölümə görə “Azəriqaz” 50 min manat cərimələndi Hər il Azərbaycanda onlarla insan dəm qazının qurbanı olur. Bu hallardan birinə görə «Azəriqaz» İstehsalat Birliyi 50 min manat cərimələnib.
"Yeni Sabah" Virtualaz.org-a istinadən bildirir ki, amma «Azəriqaz» bununla razılaşmır.

Hərçənd, zərərçəkmiş tərəf də bu məbləğlə razı deyil. Dəm qazından zəhərlənmə nəticəsində yeganə oğlunu itirdiyini vurğulayan ata hesab edir ki, ona və ailəsinə dəymiş ziyanın qarşılığında bu məbləğ çox azdır.

Hacı Mirzəyi Şahdust İran vətəndaşı olsa da, ailəsiylə Bakıda yaşayır. Onun oğlu Şervin paytaxtın Yasamal rayonu, Abdulla Şaiq küçəsindəki 179 saylı evin 5-ci mənzilində dəm qazından zəhərlənərək vəfat edib. Hadisə ilə əlaqədar cinayət işi başlanıb, «Azəriqaz»ın Yasamal rayon Qaz İstismar İdarəsinin sahə rəisi Bəkir Əliyev cinayət məsuliyyətinə cəlb olunub. B.Əliyev CM-in 314-cü (səhlənkarlıq) maddəsiylə təqsirli bilinib, ona məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkmək şərtilə, 2 il həbs cəzası kəsilib.

Ancaq Hacı Mirzəyi Şahdust bununla kifayətlənmir. O, məhkəmədə «Azəriqaz»a qarşı 1 milyon təzminat tələbiylə iddia qaldırıb. Xətai rayon Məhkəməsi iddianı qismən təmin edib – «Azəriqaz»ın zərərçəkmişə 50 min manat kompensasiya ödəməsinə qərar verilib. Tərəflərin hər ikisi qərardan narazı qalaraq apellyasiya şikayəti verib. İran vətəndaşı məbləğin artırılmasını istəyib, «Azəriqaz» isə, ümumiyyətlə, kompensasiya ödəmək öhdəliyini ədalətsiz sayır.

Bakı Apellyasiya Məhkəməsi onların heç birinin şikayətini təmin etməyib – birinci instansiyanın qərarı olduğu kimi saxlanılıb. İş gəlib bugünlərdə Ali Məhkəməyə çatıb. Bu instansiyaya isə ancaq «Azəriqaz» şikayət edib. Bu qurumun nümayəndəsi məhkəmədə də deyib ki, işçinin qanunsuz hərəkətinə görə «Azəriqaz»ın cəzalandırılması doğru deyil.

Qarşı tərəf isə Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsaslanır. Bu maddədə göstərilib ki, «hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır, əmək vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir».

Dekabrın 9-da işə baxan Ali Məhkəmə də qərarı dəyişməyib. Beləliklə, «Azəriqaz» dəm qazından çoxsaylı ölüm hallarından birinə görə zərərçəkmiş tərəfə 50 min manat təzminat ödəməlidir.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...