Anons

Bu gün, 09:00- “Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

Dünən, 22:52- Bu gecə ilk Qədr gecəsidir

Dünən, 22:11- İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

Dünən, 21:44- Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Dünən, 21:25- Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

Dünən, 19:03- Papanın səhhəti yaxşılaşıb

Dünən, 18:40- Putin seçki üçün 317 milyon pul xərcləyib

Dünən, 18:17- Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

Dünən, 17:05- Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

Dünən, 16:33- Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

Dünən, 15:51- Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

Dünən, 15:23- İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

Dünən, 14:02- Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Dünən, 12:04- Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

Dünən, 11:30- Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

Dünən, 10:52- Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

Dünən, 09:58- Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

Dünən, 09:28- Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

27-03-2024, 21:08- İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

27-03-2024, 20:40- Ramazanın 18-ci gününün DUASI

Haqqımızda Əlaqə

İstehsalın inkişafı təhlükədədir - Mütəxəssis danışdı

Tarix:9-12-2019, 14:33

İstehsalın inkişafı təhlükədədir - Mütəxəssis danışdı Son illər Azərbaycanda həyata keçirilən ciddi iqtisadi islahatlar, xüsusən də qeyri-neft sektorunun inkişafı istiqamətində reallaşdırılan layihələr ölkə iqtisadiyyatını stimullaşdıran əhəmiyyətli addımlardandır. Və sözsüz ki, bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da bu sahədə böyük paya malik olan qida sektorunun inkişafı da əsas prioritetlərdən biridir. Sirr deyil ki, hazırda yerli istehsalın genişlənməsi üçün dövlət tərəfindən ciddi addımlar atılır ki, buna sahibkarlara kreditlərin ayrılmasını, sənaye zonalarının yaradılmasını və s. misal göstərmək olar. Bununla belə qida sənayesinin inkişafını ləngidən bir sıra səbəblər var ki, onların həlli diqqətdən kənarda qalmamalıdır.

KONKRET.az-a müsahibəsində bu barədə təcrübəsini bölüşən istehsal sahəsi üzrə mütəxəssis Mahir Balasıyev hesab edir ki, hazırda qida sektorunun inkişafını ləngidən və bu sahədə fəaliyyət göstərən sahibkarlara ciddi çətinliklər yaradan ən başlıca səbəblərdən biri peşəkar kadr çatışmazlığıdır:

İstehsalın inkişafı təhlükədədir - Mütəxəssis danışdı

Mahir Balasıyev


– Hazırda yerli istehsalın inkişafı üçün kadr probleminin həlli istiqamətində demək olar ki, iş görülmür və ya çox az görülür. Xüsusən də ölkəmizdə peşəkar qida mühəndislərinin azlıq təşkil etməsi istehsalçıları böyük çətinliklərlə üz-üzə qoyub. Əgər yerli istehsalçılar arasında qısa sorğu aparsaq, hər kəsin bu sahədə hansı ciddi problemlər yaşadığının şahidi olarıq. Düşünün ki, indi əksər istehsalçılar təcrübəli qida mühəndisi kimi xarici mütəxəssislərin əməyindən istifadə edir və bunun qarşılığında böyük məbləğdə pul ödəyirlər. Xaricdən mütəxəssis gətirmək imkanı məhdud olan istehsalçılar isə bu problemi həll edə bilmir və nəticədə inkişafdan geri qalır və ya bu işi tərk edirlər.

Ona görə də hesab edirəm ki, bu sahəyə ciddi diqqət yetirilməlidir. Və əgər bu problemin həlli istiqamətində ciddi addımlar atılmasa, istehsalatda sürətli inkişafdan söhbət belə gedə bilməz. Unutmaq lazım deyil ki, ixracatın göstəricisi istehsalın səviyyəsindən asılıdır. Keyfiyyətli istehsal üçünsə savadlı və bacarıqlı qida mühəndislərinin olması ən vacib şərtdir. Fikrimi dünyanın ən inkişaf etmiş ölkələrindən olan Almaniyadan bir misal gətirməklə əsaslandırmaq istəyirəm. İllik ixracat miqdarı 250 milyard dollar olan bu ölkə niyə kadrlara və xüsusən mühəndislərə böyük diqqət yetirir? Bu ölkədə universitetlərlə bərabər xüsusi akademiyalar var ki, mühəndislər yetişdirir, müntəzəm olaraq treyninq və elmi-praktiki toplantılar təşkil edirlər. Bu tip mərkəzlər düşünən beyinləri toplayır, istedadlı kadrları aşkarlayır və onları yerli istehsalın inkişafı üçün yönləndirirlər. Bu kadrların bəziləri həmçinin böyük məbləğdə ödəniş müqabilində xarici ölkələrə təcrübəyə göndərilirlər. Hətta təqaüdə çıxmış mühəndislər də diqqətdə saxlanılır və onların əməyindən istifadə edilir, yeri gələndə xarici ölkələrə də ezam edilirlər. Mən iş təcrübəmdə belə mütəxəssislərlə birgə işləmiş və Almaniya, Avstriya, Hollandiya, İtaliya və s. ölkələrin bir neçə məşhur şirkətində olmuş, orada xüsusi təcrübə keçmişəm. Bunlara Almaniyanın Paktech, Solich, Vinkler, Ritter Sport, Avstriyanın Haas, İtaliyanın Karl Montanari və digər şirkətləri misal çəkə bilərəm. Qeyd edim ki, bunlar qida avadanlığı və qida istehsal edən dünya səviyyəli məşhur şirkətlərdir. Və əlavə edim ki, bu şirkətlərdə təcrübə keçən zaman orada inkişafın məhz mühəndislərdən asılı olmasının şahidi olmuş, onlara xüsusi diqqət yetirilməsini və qiymət verilməsini görmüşəm. Təsadüfi deyil ki, Almaniya dövləti fərqli yaradıcı təklif irəli sürən istənilən şəxsə ölkəsində yaşamaq hüququ da verir.

Amma təəssüf edirəm ki, dünya təcrübəsinə rəğmən ölkəmizdə qida mühəndisi kadrlarının hazırlanması işinə ciddi yanaşılmır. Bəzi tədris müəssisələrində belə fakültələr mövcud olsa da, peşəkarların hazırlanmasında onların ciddi səyləri hiss olunmur. Ona görə də zənnimcə, bu problemə dövlət tərəfindən xüsusi diqqət yetirilməli və sistemli addımlar atılmalıdır.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...