Anons

Bu gün, 10:55- Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

Bu gün, 10:14- Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

Bu gün, 09:24- “Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

Bu gün, 09:00- “Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

Dünən, 22:52- Bu gecə ilk Qədr gecəsidir

Dünən, 22:11- İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

Dünən, 21:44- Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Dünən, 21:25- Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

Dünən, 19:03- Papanın səhhəti yaxşılaşıb

Dünən, 18:40- Putin seçki üçün 317 milyon pul xərcləyib

Dünən, 18:17- Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

Dünən, 17:05- Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

Dünən, 16:33- Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

Dünən, 15:51- Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

Dünən, 15:23- İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

Dünən, 14:02- Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Dünən, 12:04- Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

Dünən, 11:30- Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

Dünən, 10:52- Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

Dünən, 09:58- Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

Haqqımızda Əlaqə

Şəxsiyyətə pərəstiş və mətbuatımızın Bulqakovları - MÖVQE

Tarix:3-12-2019, 12:48

Şəxsiyyətə pərəstiş və mətbuatımızın Bulqakovları - MÖVQE Əli Həsənovun vəzifəsindən azad edilməsi son günlər ən çox müzakirə olunan mövzulardan biridir. Diqqət çəkən məqam ondan ibarətdir ki, ölkədə aparılan islahatların fonunda vəzifəsindən ayrılan onlarla iri ranqlı məmurların barəsində heç bir münasibətin şahidi olmasaq da, Əli Həsənovla bağlı mənzərə fərqlidir. Hələ də özlərini Prezidentin keçmiş köməkçisinin yedəyində hiss edənlər Əli Həsənovu təntənəli şəkildə yola salmaq üçün növbəyə düzülüblər. Prezident İlham Əliyev son çıxışlarında ölkə mətbuatında acınacaqlı və dözülməz şəraitin yarandığını bəyan edir. Əli Həsənov və onun komandası isə, israrla bildirirlər ki, hər şey qaydasındadır, mətbuat bağında gül bülbülü, bülbül gülü çağırır. Nə baş verir?... Doğrudanmı Əli Həsənovun bu formada yayılan mədhiyyələrə ehtiyacı var? Yoxsa, “bəlkə qaytardılar” prinsipi ilə yaşayanlar ölkədə nələrin baş verdiyindən xəbərsizdirlər?... Mənzərə çox acınacaqlıdır!... Əli Həsənovu vəsf edən məqalələrlə tanış olarkən açıq-aydın hiss olunur ki, illərdir KİVDF və digər yollarla dövlətin vəsaitlərini geninə-boluna xərcləyənlər çox narahatdırlar. Narahatlıq başa düşüləndir... Həmin pul vəsaitlərinin dayandırılması təhlükəsi var. Əgər bu baş verərsə QHT rəhbərlərinin, qəzet və sayt baş redaktorlarının narazılıqları müxtəlif formalarda özünü büruzə verəcək. Qınamırıq onları. Heç bir əziyyət çəkmədən, dövlətin ayırdığı pullar hesabına ev-eşik, bahalı maşınlar, təmirli ofislər və dəbdəbəli həyat tərzindən qəfildən ayrılmaq asan məsələ deyil. Ələbaxımlılığa öyrəşmiş bu zümrənin gələcəkdə hansı çətinliklərlə üz-üzə qalacağını proqnozlaşdırmaq çətin deyil. Bu kateqoriyaya aid olanlar vəzifəsini itirmiş Əli Həsənova mədhiyyələr söyləməklə əslində mövcud hakimiyyətə mesaj göndərirlər ki, biz də varıq və aparılan islahatlar çərçivəsində bizləri nəzərə almalısınız. Əli Həsənovun ölkənin ictimai-siyasi həyatına məsul olan vəzifədəki fəaliyyəti media və QHT sahəsinə necə zərbə vurmuşdusa, onun gedişi qeyd edilən sahələrdə mövcud olan biabırçı mənzərəni çılpaqlığı ilə ortaya qoyur. Yuxarıda vurğuladığımız kimi vəzifəsindən çıxarılan onlarla məmur və hətta buraxılan Milli Məclis belə bu qədər müzakirə obyektinə çevrilmədi. Prezident köməkçisinin çoxillik fəaliyyəti ictimai rəyə elə sırındı ki, sanki Azərbaycan dövləti bu insanın çiyinləri üzərində bərqərar oub. Əli Həsənovun illər ərzində yaratdığı “imperiya”nın törətdiyi əməllərin bununla yekunlaşacağı inandırıcı görünmür. Yazılan məqalələrdən, irəli sürülən fikirlərdən belə aydın olur ki, Əli Həsənov dövləti nəinki ictimai-siyasi, hətta iqtisadi, sosial, mədəni, bir az gülməli də çıxsa, hərbi müdaxilələrdən də hifz edən yeganə məmur olub. Ayıbdır, dostlar! İllərdir Əli Həsənovun sizlərə yaratdığı münbit şəraitdən bəhrələnməyinizin müqabilində təşəkkürlərinizi başqa formada bildirə bilərdiniz. Amma onu fetişləşdirərək əvəzolunmaz şəxsiyyət kimi ictimai rəyə sırımağınız xoşagələn hal deyil, daha doğrusu gerizəkalılığın təzahürüdür. Əli Həsənovun barəsində yazılan məqalələrdən biri diqqətimizi daha çox çəkdi. Nadir Qocabəyli tərəfindən yazılan həmin məqalədə müəllif özünü məşhur rus yazıçısı Mixail Bulqakovla, Əli Həsənovu isə İosif Stalinlə müqayisə edir. Bəri başdan deyək ki, Nadir Qocabəylinin qələminə və şəxsiyyətinə, eyni zamanda əqidəsinə hörmətlə yanaşırıq. Həmin məqalədə müəllif dolayısı ilə eks köməkçinin ölkədə sərgilədiyi media siyasətinin acınacaqlı mənzərəsini ortaya qoyur. Nadir Qocabəyli doğrudan da maraqlı və ibrətamiz müqayisə aparır. Məşhur rus yazıçısı Mixail Bulqakov xeyli müddət işsiz qalır və əsərləri çap olunmur. Yalnız, Stalinə müraciət etdikdən sonra problemlər aradan qaldırılır. Nadir Qocabəyli də işsizlikdən və əsərlərinin çap olunmamasından əziyyət çəkdiyi üçün Əli Həsənova müraciət edir. Yalnız bundan sonra onun yazıları çap olunur və qonorar almağa başlayır. Onun sözlərindən aydın olur ki, 52 yaşı var və iş üçün müxtəlif instansiyalara müraciət edib. Amma ona kömək edən tapılmayıb. Şəxsi tanışlığımız olmasa da, qələmə aldığı yazılardan hiss olunur ki, kifayət qədər savadlı və intelektual səviyyəsi yetərincə olan vətəndaşdır Nadir Qocabəyli. Amma 52 yaşında bu qədər müsbət keyfiyyətləri ilə işsiz qalaraq qapılar döyən Nadir Qocabəyli kimilər cəmiyyətimizdə yetərincədir. Onları bu hallara salan isə Stalinlə müqayisə olunan Əli Həsənovdur. Jurnalistikadan xəbəri olmayan kütbeyinləri redaksiyalara dolduraraq, onları qidalandıran Əli Həsənov yüzlərlə Azərbaycan mətbuatında böyük tövhələr verə biləcək Nadir Qocabəyli kimi insanları bir tikə çörəyə möhtac qoyub. Nəyə görə Nadir Qocabəyli beyninin məhsulunu ortaya qoyaraq, qonorar almaq üçün yalnız Əli Həsənovla görüşməli idi? Budurmu Əli Həsənovun və onun komandasının ölkə mətbuatının inkişafı barəsində ağızdolusu danışdıqları? Bəli, Əli Həsənov əyləşdiyi postda özünü Stalin kimi hiss edirdi. Represiyalar, həbslər, heç bir qayda-qanunlara sığmayan ideoloji mübarizə adıyla insanların alçaldılması və sındırılması uzun illər Azərbaycan mətbuatının Stalinsayağı idarə olunmasının təzahürləri idi.
Şübhə etmirik ki, aparılan islahatlar Azərbaycan mətbuatının inkişafı istiqamətinə böyük töhfələr verəcək. Stalinin ölümündən sonra SSRİ ictimaiyyəti hansı fəsadlarla üz-üzə qaldısa, mətbuatımız da o sayaq faciələri yaşamaq zorundadır. Şəxsiyyətə pərəstiş siyasəti Stalinə hansı “üstünlüklər”i verdisə, Əli Həsənov da gələcək həyatında o “üstünlüklərdən bəhrələnmək şansı”na malik olacaq. Ümid edirik ki, mətbuatımız ətalətdən çıxaraq, dövlətimizi və üç rəngli bayrağımızı beynəlxalq aləmdə layiqincə təmsil edəcək.
P.S. Məlumat üçün bildiririk ki, “yıxılana balta vurmaq” əxlaqımıza və əqidəmizə yaddır. Bu məqalənin müəllifi Əli Həsənovun qılıncının dalı və qabağı kəsən vaxtlarda ölkədə yürüdülən informasiya siyasətini kəskin tənqid edənlərdən və bunun nəticəsində saytı bloklanan, təhqirlərə, təhdidlərə və hədə-qorxulara məruz qalanlardan biridir.

Vasif Bayramoğluскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...