Anons

Dünən, 19:42- “Nar” abunəçilərinin nəzərinə!

Dünən, 18:32- "Ümid yeri" uşaq sığnacağında yol hərəkəti təhlükəsizliyinə həsr olunmuş tədbir - FOTO - VİDEO

Dünən, 17:09- Məşhur filmimizin "Zaur"u evində ölü tapıldı (TƏFƏRRÜAT)

Dünən, 16:58- Prezident İlham Əliyev "20 Yanvar faciəsinin 30-cu ildönümü haqqında" sərəncam imzalayıb

Dünən, 16:43- Bu il xarici münaqişə zonalarında döyüşmüş 6 Azərbaycan vətəndaşı saxlanılıb

Dünən, 16:21- AFFA danışılmış oyunlara görə 25 nəfəri diskvalifikasiya edib

Dünən, 16:12- Qadının məzarı kişininkindən niyə dərin qazılır? - Din xadimi SƏBƏBİ açıqladı

Dünən, 15:58- Dillər Universitetində “İnsan alverinə qarşı maarifləndirmə işi” mövzusunda seminar-mühazirə keçirilib

Dünən, 15:46- Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi münasibətilə tədbir keçirilib

Dünən, 15:39- Analığı və atası tərəfindən işgəncəyə məruz qalan azyaşlılarla bağlı məsələ hərtərəfli araşdırılır - Komitə sədri

Dünən, 15:17- Prezident İlham Əliyev Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tankerin istismara verilməsi mərasimində iştirak edib

Dünən, 15:08- Vilayət Eyvazov Novruz Məmmədovun oğluna yüksək VƏZİFƏ VERDİ

Dünən, 14:54- ADU-nun uğurlu layihəsi: universitetin vəzifəli şəxslərini tələbələr əvəzləyib

Dünən, 14:45- İordaniyanın Azərbaycandakı yeni səfiri ilə görüş keçirilib

Dünən, 14:33- Azərbaycanın investisiya imkanları Səudiyyə Ərəbistanında təqdim olunub

Dünən, 14:21- Azərbaycan millisinin baş məşqçisi istefaya göndərildi

Dünən, 14:12- Ombudsman Türkiyənin Azərbaycandakı səfirini qəbul edib

Dünən, 14:00- Sabahın havası - çiskinli yağış yağacaq

Dünən, 13:49- Dillər Universitetinin nümayəndələri Çində keçirilən konfransda iştirak ediblər

Dünən, 13:26- Bakıda qadın sahibkarlar üçün akselerasiya proqramı təqdim olunub

Haqqımızda Əlaqə

Beynəlxalq Bankda “sular hələ də durulmayıb”?!... – Yeni rəhbərliyin baş verənlərdən xəbəri varmı? - Şikayət

Tarix:26-11-2019, 11:41

Beynəlxalq Bankda “sular hələ də durulmayıb”?!... – Yeni rəhbərliyin baş verənlərdən xəbəri varmı? - Şikayət Ölkədə fəaliyyət göstərən bankların müştərilərin başına açdığı oyunlardan çox deyilib, çox yazılıb. Amma görünən odur ki, problemlər nəinki həllini tapıb, əksinə, daha da amansız xarakter alıb. Məsələnin ciddiliyi o həddə çatıb ki, Prezident İlham Əliyev dəfələrlə çıxışlarında bu mövzuya toxunaraq banklara iradlarını bildirir. Məlum Beynəlxalq Bank hadisələrindən sonra cəmiyyətdə belə bir rəy formalaşmışdı ki, bundan sonra adıçəkilən bankda mövcud olan problemlər həllini tapacaq. Lakin, son günlər ərzində qarşılaşdığımız problemlər onu deməyə əsas verir ki, Beynəlxalq Bankda digər formada qeyri-sağlam idarəçilik hökm sürür. Vaxtınızı çox almadan rastlaşdığımız problemin mahiyyətinə diqqət yetirək. Vətəndaş Beynəlxalq Bankdan 1000 manat dəyərində kredit götürmək qərarına gəlir. Bu məqsədlə Beynəlxalq Bankın Qaradağ filialına müraciət edir. Öz növbəsində bank filialı vətəndaşa göstərilən məbləğin ayrılmasına qərar verir. Bütün problemlər isə növbəti aylardan cərəyan etməyə başlayır. Sonrakı ayda kreditin ödənilməsi zamanı vətəndaşa Beynəlxalq Bankdan zəng edərək bildirirlər ki, sizin gecikmiş faiziniz var və təcili surətdə borcunuzu ödəyin. Bundan narahat olan vətəndaş vaxt itirmədən Beynəlxalq Bankın Mətbuat prospektində yerləşən filialına müraciət edir. Filialda vətəndaşa bildirilir ki, məlumat yanlışdır, kreditin ödənilməsində sizin heç bir gecikməniz və faiziniz yoxdur. Çünki, kredit ödənişi maaş kartı vasitəsilə həyata keçirilir. Aldığı cavabdan məmnun olan vətəndaş baş verənlərin anlaşılmazlıq olduğunu qəbul edərək rahat şəkildə filialı tərk edir. Xatırladırıq ki, hər ay təyin olunan vaxtda vətəndaşa məxsus maaş kartından kredit üçün ödənilən məbləğ silinərək tutulur. 25 noyabr 2019-cu il tarixində vətəndaşa Beynəlxalq Bankın problemli kreditlər şöbəsindən təhdid və hədə-qorxu ilə bol olan zəng gəlir. 077 277 13 43 nömrəsindən zəng edən şəxs vətəndaşa bildirir ki, onun Beynəlxalq Banka gecikmiş faizlərlə birlikdə borcu yaranıb və tələb olunur ki, həmin borc ödənilsin. Vətəndaş isə cavab olaraq həmin şəxsə bildirir ki, anoloji problemlə bağlı bir neçə ay bundan öncə Beynəlxalq Bankın Mətbuat prospektində yerləşən filialına müraciət edib. Filialdan ona bildiriblər ki, heç bir narahatçılığa əsas yoxdur. Problemli şöbədən zəng edən əməkdaş vətəndaşa israrla bəyan edib ki, filial səhv edib və yalan danışıb. O, bir az da irəli gedərək vətəndaşa məsləhət görüb ki, həmin filialdan rəhbərliyə şikayət edə bilər. Məlumat üçün bildirək ki, Beynəlxalq Bankın problemli kreditlər şöbəsinin əməkdaşı bütün bunlarla kifayətlənməyərək vətəndaşın iş yerinə, evinə və mobil nömrəsinə dəfələrlə zəng edərək əsassız şəkildə borcun ödənilməsini tələb edib. Bir daha baş verənlərdən narahatçılıq keçirən və əsəbləri tarıma çəkilən vətəndaş yenidən Beynəlxalq Bankın Mətbuat prospektində yerləşən filialına müraciət edərək bildirir ki, problemli şöbədən zəng edərək iş yerində, evində ciddi narahatlıqlar yaradırlar və xahiş edir ki, məsələni araşdırıb qaydasına salsınlar. Həmin şöbədən vətəndaşa bir daha bildirilir ki, onun nəinki gecikmiş faizi, hətta bu tarixə borcu da yoxdur. Çünki kredit ödənişləri maaş kartı vasitəsilə həyata keçirilir. Buna baxmayaraq, vətəndaş şəxsi vəsaitindən yenidən ödəniş edərək, onu narahat etməmələrini xahiş edir. Daha bir maraqlı məqam ondan ibarətdir ki, gün ərzində Beynəlxalq Bankın 493 00 91 nömrəli telefonuna zəng edən vətəndaş şikayətini bildirmək üçün bir nəfər şəxs tapa bilməyib. Dəstəyi qaldıran xanım operatorlar 7-8 dəfə vətəndaşın adını, soyadını, telefon nömrələrini qeyd edərək onunla əlaqə saxlayacaqlarını bildirsələr də, hazırki vaxta qədər heç kim onunla əlaqə saxlamayıb. Redaksiyadan dəfələrlə Beynəlxalq Bankın mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsilə əlaqə saxlamağa cəhd etsək də, heç kim bizi dinləmək istəmədi.

Nə baş verir?... Prezident İlham Əliyev ölkədə yeni islahatlara başladığı və islahatların bütün sferaları əhatə etdiyi halda Beynəlxalq Bank geriləməkdədir. Deyəsən islahatların dalğası Beynəlxalq Banka çatmayıb və yaxud məşhur “Cahangir Hacıyev” olayından sonra bank hələ də özünə gələ bilməyib. Bir bankın iki şöbəsi bir-birini təkzib edirsə, nəticə etibarilə vətəndaşlar əziyyət çəkirsə, həmin bankdakı sağlam iş mühitindən danışmağın mənası yoxdur. Ölkə başçısı əhali ilə birbaşa təmasa üstünlük verərərək vətəndaşların problemlərini onların dilindən qəbul edirsə, Beynəlxalq Bankın onuncu dərəcəli şəxsi ilə telefon əlaqəsi yaratmağın belə mümkün olmadığı göz önündədir. Əgər problemlə rstlaşmış vətəndaş dərdini söyləməyə Beynəlxalq Bankın bir nümayəndəsini belə tapa bilmirsə, hansı müştəri məmnunluğundan söhbət gedə bilər? Bəlkə Beynəlxalq Bank Cahangir Hacıyevin axırına çıxdığı milyardlarla vəsaiti gecikmiş faiz adı ilə kasıb müştərilərin cibindən çıxartmaq sevdasına düşüb? Vətəndaş ümid edir ki, növbəti aylarda onu bu məsələ ilə bağlı heç kim narahat etməyəcək. Amma, baş verənlər onu deməyə əsas verir ki, borcunu ödəyib qurtarana qədər “qara günləri” davam edəcək.
Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Araşdırma qrupuскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...