Anons

Dünən, 19:42- “Nar” abunəçilərinin nəzərinə!

Dünən, 18:32- "Ümid yeri" uşaq sığnacağında yol hərəkəti təhlükəsizliyinə həsr olunmuş tədbir - FOTO - VİDEO

Dünən, 17:09- Məşhur filmimizin "Zaur"u evində ölü tapıldı (TƏFƏRRÜAT)

Dünən, 16:58- Prezident İlham Əliyev "20 Yanvar faciəsinin 30-cu ildönümü haqqında" sərəncam imzalayıb

Dünən, 16:43- Bu il xarici münaqişə zonalarında döyüşmüş 6 Azərbaycan vətəndaşı saxlanılıb

Dünən, 16:21- AFFA danışılmış oyunlara görə 25 nəfəri diskvalifikasiya edib

Dünən, 16:12- Qadının məzarı kişininkindən niyə dərin qazılır? - Din xadimi SƏBƏBİ açıqladı

Dünən, 15:58- Dillər Universitetində “İnsan alverinə qarşı maarifləndirmə işi” mövzusunda seminar-mühazirə keçirilib

Dünən, 15:46- Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi münasibətilə tədbir keçirilib

Dünən, 15:39- Analığı və atası tərəfindən işgəncəyə məruz qalan azyaşlılarla bağlı məsələ hərtərəfli araşdırılır - Komitə sədri

Dünən, 15:17- Prezident İlham Əliyev Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tankerin istismara verilməsi mərasimində iştirak edib

Dünən, 15:08- Vilayət Eyvazov Novruz Məmmədovun oğluna yüksək VƏZİFƏ VERDİ

Dünən, 14:54- ADU-nun uğurlu layihəsi: universitetin vəzifəli şəxslərini tələbələr əvəzləyib

Dünən, 14:45- İordaniyanın Azərbaycandakı yeni səfiri ilə görüş keçirilib

Dünən, 14:33- Azərbaycanın investisiya imkanları Səudiyyə Ərəbistanında təqdim olunub

Dünən, 14:21- Azərbaycan millisinin baş məşqçisi istefaya göndərildi

Dünən, 14:12- Ombudsman Türkiyənin Azərbaycandakı səfirini qəbul edib

Dünən, 14:00- Sabahın havası - çiskinli yağış yağacaq

Dünən, 13:49- Dillər Universitetinin nümayəndələri Çində keçirilən konfransda iştirak ediblər

Dünən, 13:26- Bakıda qadın sahibkarlar üçün akselerasiya proqramı təqdim olunub

Haqqımızda Əlaqə

Sən hansı qapılara oynayırsan və kimlərin dəyirmanına su tökürsən, Azər Həsrət?... – Mövqe

Tarix:19-11-2019, 12:22

Sən hansı qapılara oynayırsan və kimlərin dəyirmanına su tökürsən, Azər Həsrət?... – Mövqe
Bu günlərdə təsadüf nəticəsində Azər Həsrətin Bəxtiyar Hacıyevə ünvanladığı məqalə ilə rastlaşdıq. Əslində, diqqətimizi cəlb edən məqalənin başlığı oldu. Maraq üstün gəldi və yorucu da olsa məqaləni sona qədər oxumaq qərarına gəldik. Əvvəlcədən qeyd etmək istəyirik ki, Bəxtiyar Hacıyev adlı şəxslə şəxsi tanışlığımız yoxdur, heç üz-üzə də gəlməmişik. Eyni zamanda Azər Həsrət də bizim üçün o qədər də maraqlı persona deyil. Məqalədən hiss olunur ki, Azər Həsrətin Bəxtiyar Hacıyevlə münasibətlərində “soyuqluq” var. Bunun haradan qaynaqlandığını deməkdə çətinlik çəkirik. Onların şəxsi münasibətlərini bu məqaləmizdə müzakirə etməkdən uzağıq. Bizi narahat edən Azər Həsrətin məlum məqaləsində cəmiyyətə vermək istədiyi çox təhlükəli mesajlardır. Birbaşa mətləbə keçək. Təhlükəli hesab etdiyimiz, mövcud istimai-siyasi vəziyyətdə cəmiyyətdə qarşıdurma və xaos yarada biləcək, müəyyən təbəqələrin heyssiyətinə toxunan cümlələri olduğu kimi Azər Həsrətin dilindən aşağıda dərc edirik. Xatırladaq ki, o, bu fikirləri Bəxtiyar Hacıyevə xitabən söyləyir:

“Bu adam əslən Ermənistandandır. Ata yurdu işğal altındadır. Əcdadının qəbrini ziyarət edə bilmir. Heç nə vaxtsa edə bilməyəcək də yəqin ki.”

Özünü alim, bəzən politoloq, siyasi şərhçi, ekspert qismində görən Azər Həsrət çox ciddi siyasi səhvə yol verdiyini anlamamış deyil. Mənbəyi aydın olan qapılardan aldığı tapşırıqları məharətlə yerinə yetirən Azər bəy istədiyinə nail ola bilib. Ağlı başında olan, uzun müddət siyasət cameəsində fırlanan, əqidəsini dəyişməkdə pərgar olan birisinin bu fikirləri cəmiyyətə aşılamağa cəhd etməsini təsadüf hesab etmək olarmı? Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin çıxışlarından 2 cümləni dəyərli oxucularımızın diqqətinə çatdırırıq:

“İndiki Ermənistan əslində Azərbaycanın tarixi torpağıdır.Ona görə gələcəkdə biz bütün tarixi torpaqlara qayıdacağıq”.

Əvvəla Azər bəyin diqqətinə çatdırırıq ki, Ermənistan yox, Qərbi Azərbaycan. Cənab Prezident açıq tekstlə indiki Ermənistanın əslində Azərbaycanın tarixi torpaqları olduğunu və gələcəkdə bütün tarixi torpaqlara qayıdacağımızı bəyan etdiyi halda, Azər Həsrət israrla qeyd edir ki, biz heç vaxt əjdadlarımızın qəbrlərini ziyarət edə bilməyəcəyik. Nə demək istəyirsən, Azər Həsrət?... Yüz minərlə Qərbi azərbaycanlının vətən eşqi ilə yanıb-yaxıldığı bir vaxtda sənə regionçuluq toxumu səpmək tapşırığını kimlər verib? Prezidentin yürütdüyü siyasətə qarşı çıxmaq, Onun fikirlərini təhrif etmək, cəmiyyətdəki ictimai-siyasi gərginliyi daha da artırmağa yönəldilən çıxışları gündəmə gətirmək hansı gerizəkalıların və xəyanətkarların beyninin məhsuludur? Beynəlxalq tədbirlərdə Azərbaycanın dövlət və milli maraqlarını beləmi qoruyursunuz, Azər Həsrət?!... Baş verənlərin yalnız bir adı var – XƏYANƏT!!! Başqalarını erməni dəyirmanına su tökməkdə ittiham edən Azər bəyin özü kimlərin dəyirmanına su tökür bəs? Bütün günü televiziya ekranlarını və mətbuat səhifələrini zəbt edən Azər kimilərinə şərait yaradan və havadarlıq edən qüvvələr qarşılarına hansı məqsədləri qoyublar? Kim bizi inandıra bilər ki, Preziden İlham Əliyevin həyata keçirdiyi islahatlara xəyanət yolunu tutan qruplardan birinin üzvü də Azər Həsrət deyil? Şübhə etmirik ki, Azər Həsrətə illərdir məlum büdcədən ayrılan vəsaitlər dayandırılarsa o, Dağlıq Qarabağın ermənilərə mənsub olduğunu çəkinmədən bəyan edəcək.
Bəli, cəmiyyət çalxalanır. Çalxalandıqca çoxlarının maskaları yırtılacaq, çoxlarının kimin dəyirmanına su tökməsi üzə çıxacaq, çoxlarının uzun illərdir Prezidentin mətbuatın inkişafı məqsədilə ayırdığı vəsaitləri hansı məqsədlərlə və kimlərə xərclədiyi bəlli olacaq. Ölkəmiz və dövlətimiz üçün çox həssas bir məqamda Azər Həsrəti danışdıranların və ya onun danışıqlarına göz yumanların zəbt etdikləri postlara həsrət qalacaqları gün uzaqda deyil.
Azər Həsrətə isə sonda yalnız bunu deyə bilərik: Ağıllı ol!

Vasif Bayramoğluскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...