Anons

Dünən, 19:42- “Nar” abunəçilərinin nəzərinə!

Dünən, 18:32- "Ümid yeri" uşaq sığnacağında yol hərəkəti təhlükəsizliyinə həsr olunmuş tədbir - FOTO - VİDEO

Dünən, 17:09- Məşhur filmimizin "Zaur"u evində ölü tapıldı (TƏFƏRRÜAT)

Dünən, 16:58- Prezident İlham Əliyev "20 Yanvar faciəsinin 30-cu ildönümü haqqında" sərəncam imzalayıb

Dünən, 16:43- Bu il xarici münaqişə zonalarında döyüşmüş 6 Azərbaycan vətəndaşı saxlanılıb

Dünən, 16:21- AFFA danışılmış oyunlara görə 25 nəfəri diskvalifikasiya edib

Dünən, 16:12- Qadının məzarı kişininkindən niyə dərin qazılır? - Din xadimi SƏBƏBİ açıqladı

Dünən, 15:58- Dillər Universitetində “İnsan alverinə qarşı maarifləndirmə işi” mövzusunda seminar-mühazirə keçirilib

Dünən, 15:46- Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi münasibətilə tədbir keçirilib

Dünən, 15:39- Analığı və atası tərəfindən işgəncəyə məruz qalan azyaşlılarla bağlı məsələ hərtərəfli araşdırılır - Komitə sədri

Dünən, 15:17- Prezident İlham Əliyev Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tankerin istismara verilməsi mərasimində iştirak edib

Dünən, 15:08- Vilayət Eyvazov Novruz Məmmədovun oğluna yüksək VƏZİFƏ VERDİ

Dünən, 14:54- ADU-nun uğurlu layihəsi: universitetin vəzifəli şəxslərini tələbələr əvəzləyib

Dünən, 14:45- İordaniyanın Azərbaycandakı yeni səfiri ilə görüş keçirilib

Dünən, 14:33- Azərbaycanın investisiya imkanları Səudiyyə Ərəbistanında təqdim olunub

Dünən, 14:21- Azərbaycan millisinin baş məşqçisi istefaya göndərildi

Dünən, 14:12- Ombudsman Türkiyənin Azərbaycandakı səfirini qəbul edib

Dünən, 14:00- Sabahın havası - çiskinli yağış yağacaq

Dünən, 13:49- Dillər Universitetinin nümayəndələri Çində keçirilən konfransda iştirak ediblər

Dünən, 13:26- Bakıda qadın sahibkarlar üçün akselerasiya proqramı təqdim olunub

Haqqımızda Əlaqə

Nizami RİH-dən gələn cavab reallığı əks etdirirmi?... – Bir şikayətin izi ilə

Tarix:12-11-2019, 13:05

Nizami RİH-dən gələn cavab reallığı əks etdirirmi?... – Bir şikayətin izi ilə
Bu günlərdə xəbər portalımızda Nizami rayon İcra Hakimiyyətində bürokratik əngəllər və məmur özbaşınalığı ilə üzləşən yüzlərlə vətəndaşdan birinin şikayəti əsasında məqalə dərc edilmişdi. Məqalə dərc olunan ərəfədə adıçəkilən qurumdan münasibət öyrənmək mümkün olmadığı üçün qarşı tərəfin mövqeyini dərc edə bilməmişdik. E-mail ünvanımıza Nizami RİH-dən daxil olan cavabı KİV haqqında qanuna əsasən olduğu kimi dərc edirik:
“Arif Qasımov vətəndaşı etiraz aksiyalarına sürükləyir?!......Nizami Rayon İcra Hakimiyyəti ataya övladlarını “Detdom”a verməyi məsləhət görür” başlıqlı yazı ilə bağlı bildiririk ki, vətəndaşın redaksiyanıza göndərdiyi müraciətdə qaldırdığı məsələlər həqiqəti əks etdirmir. Belə ki, vətəndaş problemi ilə əlaqədar Rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində olarkən, ona Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya müraciət etməsi tövsiyə olunmuş, o, isə bunu “Detdom” kimi başa düşmüşdür.
Dünyamalıyev Nizami Abdulla oğlu hüquqi yardım və məsləhət üçün komissiyaya müraciət edərsə, ona müvafiq köməklik göstəriləcəkdir.”
Əslində bu cavabla Nizami RİH özünü bir daha ifşa etmiş oldu və rayon sakinini savadsızlıqda ittiham etdi. Guya vətəndaş komissiyaya müraciət etməyi “Detdom” kimi başa duşub. Baş verənləri dəqiqləşdirmək üçün yenidən şikayətçi ilə əlaqə saxladıq. Nizami RİH-də onlara qarşı edilən haqsızlığı və işlədilən ifadələri dəqiqləşdirmək istədik. Şikayətçi israrla qeyd etdi ki, Vaqif Həsənov adlı şəxs açıq tekstlə ona və yaşlı anasına bildirib ki, “uşaqlarınıza baxa bilmirsinizsə aparıb “Detdom”a qoyun”. Şikayətçi daha sonra qeyd etdi ki, bizim Nizami RİH-də heç kimə qərəzli münasibətimiz yoxdur. Çünki, Nizami RİH başçısının müavini Gülnaz xanım (soyadını xatırlamır – red.) şikayətçiləri qəbul edərək, onların müəyyən problemlərinin həllində köməkliklər göstərib. Şikayətçinin sözlərinə görə Gülnaz xanım onları hörmətlə qəbul edib, bütün problemlərini dinləyib və səlahiyyətləri çərçivəsində qayğısını əsirgəməyib. Şikayətçi ailəsi adından Gülnaz xanıma dərin minnətdarlığını ifadə edərək, ona təşəkkür bildirməyi də bizdən xahiş etdi. Amma Vaqif Həsənov və icra başçısı Arif Qasımovun İlqar adlı köməkçisi (adı dəqiq olmaya bilər– red.) yalan vədlər verməklə vətəndaşı qapılarda süründürür. Baş verənləri analiz edərək belə qənaətə gəldik ki, Prezidentin Nizami RİH-nə də “əl gəzdirməsi” artıq reallığa çevrilib. Çünki, ölkə başçısı insanların yanına gedərək onların problemləri ilə maraqlanmağı tövsiyyə etsə də, Nizami RİH-nin başçısı Arif Qasımov “padşahlar”a xas olan taxtında əyləşərək vətəndaşlara yuxarıdan aşağı baxmaqda davam edir. Nizami RİH başçısının vətəndaşlarla ünsiyyətdən qaçmasının səbəbləri çoxdur. Nizami rayonunda icra nümayəndəsi, bələdiyyə sədri və icra başçısı postuna qədər irəliləyən Arif Qasımov biznesmen və oliqarx kimi ad çıxarıb. Onun rəhbərliyi dövründə olub-qalan yaşıllıqlar və boş torpaq sahələri də məhv edilərək yerində ticrət obyektləri ucaldılıb. Təbii ki, başı alqı-satqı məsələlərinə qarışan icra başçısının vətəndaşları qəbul etməyə vaxtı olmayacaq. Nizami Dünyamalıyev yaşlı və xəstə anasını 4 körpə balası ilə məmur qapılarına çox aparıb-gətirəcək. İcra başçısı Arif Qasımov isə problemlər içində çabalayan ailəni qəbul edib dinləmək belə istəmir. Başçının İlqar adlı köməkçisi isə vətəndaşa hüquqi yol göstərmək əvəzinə ailə başçısına məsləhət görür ki, gedib yol qırağında küçə ticarəti ilə məşğul olsun.
Nizami rayonunda baş verən məmur özbaşınalıqları və qanunsuzluqlar barədə gələn yazılarımızda ətraflı məlumat verəcəyik. Hazırda redaksiyamıza daxil olan məlumatlar araşdırılma ərəfəsindədir.
Ardı var...скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...