Anons

Dünən, 17:05- Prezident İlham Əliyev “Azərsu” ASC-yə 5 milyon manat ayırıb

Dünən, 16:57- Robopark sərgisini ziyarət etmək istəyənlər üçün pulsuz biletlərin qeydiyyatı başlayıb

Dünən, 16:38- Bakıda beynəlxalq elektron ticarət forumu keçiriləcək

Dünən, 16:20- Bakıya yeni atraksionlar gətiriləcək

Dünən, 16:08- Hacı Zeynalabdin Tağıyevin Mərdəkandakı evi təmir edilir

Dünən, 15:53- “Sənədsiz məktəbli qalmasın” aksiyasına yenidən start verilib

Dünən, 15:41- Vyanada Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin ofisi açılıb

Dünən, 15:32- Azərbaycan Çində ticarət evi açacaq

Dünən, 15:19- Prezident İlham Əliyev Misirin Nümayəndələr Palatası sədrinin birinci müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Dünən, 15:10- Qida məhsullarının idxalının elektronlaşmasına start verildi

Dünən, 14:58- “Bakutel-2019”da Las-Veqasdan “Pepper” humanoid robotu və robot balıqlar nümayiş olunacaq

Dünən, 14:46- Yaxın günlərdə Bakıda İtaliya Mətbəxi Həftəsi keçiriləcək

Dünən, 14:37- 2020-ci ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi

Dünən, 14:25- Xarici ali təhsil ixtisaslarının tanınması ilə bağlı sənəd qəbulu dayandırılır

Dünən, 14:13- Havanın temperaturu aşağı düşəcək, yağış yağacaq

Dünən, 13:52- "Caspian Ecology” 10-cu Yubiley Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi başlandı

Dünən, 13:40- İnam Kərimov daha iki direktoru işdən çıxardı

Dünən, 12:06- Prezidentin tapşırığına uyğun olaraq Eldar Əzizovdan YENİ ADDIM

Dünən, 11:52- Bakıda sərxoş kişi yolu kəsdi, qadına hücum etdi - Video

Dünən, 11:41- İlin sonuna kimi 19 müavinət və təqaüd növü üzrə təyinat mexanizmi elektronlaşdırılacaq

Haqqımızda Əlaqə

Arif Qasımov vətəndaşı etiraz aksiyalarına sürükləyir?!... – Nizami RİH ataya övladlarını "Detdom"a verməyi məsləhət görür - Şikayət

Tarix:8-11-2019, 13:35

Arif Qasımov vətəndaşı etiraz aksiyalarına sürükləyir?!... – Nizami RİH ataya övladlarını "Detdom"a verməyi məsləhət görür - Şikayət Redaksiyamıza Nizami rayonu Məhsəti küçəsi-4, mənzil 4-də yaşayan, anaları rəhmətə getmiş 4 azyaşlı uşağın atası Dünyamalıyev Nizami Abdulla oğlu tərəfindən ünvanlanan şikayəti ürək ağrısı ilə oxuduq. Əmin olduq ki, Nizami rayon İcra Hakimiyyətində çalışan məmurlar sakinləri məcbur edirlər ki, problemlərinin həlli üçün etiraz aksiyalarına qoşulsunlar. Belə çıxır ki, Nizami rayon İcra Hakimiyyəti nəinki Prezidentin tapşırıqlarına və tövsiyyələrinə əməl etmir, əksinə vətəndaşlara qarşı aqressiv münasibəti ilə dövlətə və Prezidentə xəyanət yolunu tutur. Dediklərimizi sübuta yetirmək üçün vətəndaşın redaksiyamıza ünvanladığı şikayətin bir hissəsini oxucularımızın və müvafiq dövlət qurumlarının diqqətinə çatdırırırq:
“Bu yaxınlarda 4 azyaşlı körpəm və yaşlı anamla birlikdə aidiyyatı üzrə Nizami rayon İcra Hakimiyyətinə gedərək rastlaşdığımız problemlərin həlli üçün bizi dinləmələrini xahiş etdim. Məlumat üçün bildirim ki, bir neçə il əvvəl həyat yoldaşım dünyasını dəyişib. 4 azyaşlı körpəmin və xəstə anamın bütün qayğılarını öz üzərimə götürmüşəm. Müəyyən çətinliklərimlə bağlı hüquqi yardım və məsləhət üçün bizi Nizami rayon İcra Hakimiyyətinin inzibati binasında 12-ci otağa, Vaqif Həsənov adlı şəxsin qəbuluna yönəltdilər. Həmin məmurla bir neçə dəqiqəlik qısa söhbətdən sonra hiss etdim ki, o, nəinki bizi dinləmək istəmir, hətta otaqdan çıxartmaq üçün bəhanələr axtarır. Bu azmış kimi, Vaqif Həsənovun bizə verdiyi “məsləhət”i olduğu kimi diqqətinizə çatdırıram: “Uşaqlarına baxa bilmirsənsə, apar “Detdom”a ver”. Təbii ki, biz bu harınlamış məmura etiraz edərək, bu sözlərlə bizi təhqir etdiyini diqqətə çatdırdıq. Yaranmış münaqişənin sonunda otağı tərk etməli olduq”.
Şikayətçi daha sonra qeyd edir ki, yazılı mətbuatdan və televiziyadan Prezidentimizin son çıxışlarını izləyərkən çox sevindik və belə qərara gəldik ki, bundan sonra heç bir məmur cürət edib vətəndaşların şikayətinə məsuliyyətsiz yanaşa bilməz. “Nizami rayon İcra Hakimiyyətində isə hər şeyin əksini gördük. Orada çalışan məmurlar sanki bizə demək istəyirdilər ki, gedin küçələrə çıxın və haqqınızı tələb edin. Əgər Prezident hər bir şikayətçini qəbul edib dinləyəcəksə, onda rayon icra hakimiyyətləri nəyə lazımdır? Görəsən Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov rəhbərlik etdiyi qurumda insanları narazı salmaqla kimin tapşırıqlarını yerinə yetirir? Prezidentimizin, yoxsa...”.
Vətəndaşın bu sualına cavab verməkdə biz də çətinlik çəkirik. Belə qənaətə gəlirik ki, Nizami rayon İcra Hakimiyyətində ciddi islahatlara ehtiyac var. Çünki övladlarını əziyyət çəkərək halal yolla böyütmək istəyən ataya Vaqif Həsənov “Detdom”un yolunu göstərirsə burada əlavə şərhə ehtiyac yoxdur. Görəsən Nizami rayon İcra Hakimiyyətinin “Detdom” sevgisi haradan qaynaqlanır? Yaşlı anasının və körpələrinin gözləri qarşısında ataya “Detdom”u məsləhət görən məmurun mənəviyyatdan və əxlaqdan xəbəri varmı? Baş verənlərdən nəticə çıxartmağı dəyərli oxucularımızın və müvafiq qurumların öhdəsinə buraxırıq. Mövzu ilə bağlı gün ərzində Nizami rayon İcra Hakimiyyətindən münasibət öyrənmək cəhdlərimiz boşa çıxdı.
Buna baxmayaraq, Nizami rayon İcra Hakimiyyətinin mövqeyini dinləməyə və dərc etməyə hazırıq. Mövzuya qayıdacağıq.
Ardı var...скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...