Anons

Dünən, 13:50- Bakıda tədrisi digər dillərdə olan bölmələrin I sinfə qəbul üçün məktəb seçiminə başlanılıb

Dünən, 12:27- Azərbaycan şahmatçısı Qran-Pridə dünya çempionu ilə oynayacaq

Dünən, 11:45- AQTA: Yay aylarında qida zəhərlənmələrinə daha çox təsadüf edilir

Dünən, 10:20- Bakının rabitə operatoru 3 min LTE modem alır

7-07-2020, 14:13- ETSN durğun hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib

7-07-2020, 12:28- "Google" və "Deutsche Bank" əməkdaşlıq edəcək

7-07-2020, 11:50- Avropada tarix yazan məşqçilərin adı açıqlanıb: Fatih Terim ən çox uduzan mütəxəssisdir

6-07-2020, 14:32- Dövlət Turizm Agentliyi: Karantin rejiminin bitdiyi günün səhərisi Azərbaycanda turizm bərpa oluna bilər

3-07-2020, 17:15- Bakıda koronavirusa yoluxma ən çox Binəqədi rayonundadır

3-07-2020, 16:42- Balaxanı qəsəbəsi turizm marşrutlarına salınacaq

3-07-2020, 12:36- Azərbaycanda qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlanıb

3-07-2020, 11:24- İyulun 4-də Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

3-07-2020, 10:09- ÜST: Hazırda 17 koronavirus peyvəndi klinik sınaq məshələsindədir

2-07-2020, 20:12- Sərt karantin rejimi uzadıldı - Rayon və şəhərlərin sayı artırıldı

2-07-2020, 16:31- Azərbaycanda 5G texnoologiyası tətbiq olunmur - RƏSMİ

2-07-2020, 13:17- UEFA 775 milyon avroluq fond yaratdı

2-07-2020, 12:23- Ceff Bezosun sərvəti rekord səviyyəyə çatıb

2-07-2020, 11:56- Karantin postlarının götürülməsindən sui-istifadə edənlər məsuliyyətə cəlb olunacaq - RƏSMİ

2-07-2020, 10:42- Bu gün müstəqil Azərbaycanın polis orqanlarının yaradılmasından 102 il ötür

1-07-2020, 13:09- Ötən ilin noyabrından indiyədək Azərbaycanda 10 uşaq övladlığa götürülüb

Haqqımızda Əlaqə

“Danışsam, iç üzləri açılacaq” - Fəzail Ağamalı hədələdi

Tarix:26-10-2019, 23:28

“Danışsam, iç üzləri açılacaq” - Fəzail Ağamalı hədələdi Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı xəbər portallarından birinə müsahibəsində KİVDF-ni bəzi qanunsuzluqlarda ittiham edib. Millət vəkili hesab edir ki, KİVDF-nin özündə ciddi islahatlar aparılmalıdır. Deputat hər il dövlət büdcəsindən bu fonda ayrılan milyonlarla vəsaitin şəffaf şəkildə xərclənməməsinə, mətbuata bu xərcləmələrlə bağlı hesabat verilməməsinə diqqət çəkib.
F. Ağamalının bu fikirləri bəzi qəzet və sayt redaktorları tərəfindən birmənalı qarşılanmadı. Məsələn, “Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev millət vəkilini Prezidentin tezislərindən qərəzli və dövlətçiliyə ziyanlı nəticələr çıxartmaqda ittiham etdi. A. Quliyev Ağamalının biznesə qanunsuz dəstək verərək, monopoliya yaradan və reketçi media ilə çirkin alyans quraraq islahatlara təxribat edən iki şərti qrup məmurlardan hansı ilə bağlı olduğunu araşdırmağa başlayacaqlarını da qeyd edib.

"Yeni Sabah" xəbər verir ki, məsələ ilə bağlı Fəzail Ağamalı Redaktor.az-a danışıb.

F. Ağamalı bildirib ki, KİVDF-nin fəaliyyəti ilə bağlı tənqidi fikirləri səbəbsiz deyil:

"Düşündüm ki, bütün sahələrdə islahatlar gedir. Eyni zamanda KİVDF-nin fəaliyyətində də bu cür islahatların keçirilməsinə ehtiyac var. Məncə, bunu bütün jurnalistlər bilir. Çox təəssüf edirəm ki, vahid mərkəzdən verilən göstərişlər əsasında KİV-in imkanlarından illərdir bəhrələnən bəzi jurnalistlər mənə qarşı start verilən kampaniyanın içərisindədir. Qeyd edim ki, mənim jurnalistlərlə heç vaxt ciddi problemlərim yaşanmayıb. Əksinə, onlarla hər zaman yüksək münasibətlərimiz olub. Hətta mənim haqqımda təhqiramiz fikirlər söyləyən və özünün “Facebook” səhifəsində bütün etik dəyərlərdən kənar çıxış edən Aydın Quliyevlə də hər hansı bir gərginliyim olmayıb. Eyni zamanda E. Mirzəbəyli də gözləmədiyim halda bu kampaniyanın içərisində yer alıb. Digərləri də onun kimi... Ünvanıma arqument gətirmədən təhqiramiz fikirlər söylənilir. Əlbəttə, bu cür yanaşmalar onların hansı əxlaqi dəyərlərə söykəndiklərini ortaya qoyur. Ünvanıma deyilən təhqirlərin hamısını onlara yönəltmək zorundayam".

F. Ağamalı qeyd edib ki, illərdir əqidəsilə dövlətçiliyə xidmət edir:

"Bu, hər kəsə bəllidir. Hər zaman çatışmayan cəhətlərimin üzərində dayanıram. Dəfələrlə qarşı tərəfin mənə olan haqsız hücumlarını yaşamışam və bu hələ də davam edir. Etiraf edirəm ki, KİVDF ölkə prezidenti tərəfindən yaradılıb. Bu gözəl təşəbbüsü hər zaman alqışlamışam. Lakin KİVDF-nin imkanlarından necə istifadə olunur?! Bu qurum həqiqətən bütün KİV-lərə eyni şəkildə, eyni formada münasibət bəsləyirmi?! Əlbəttə ki, xeyr. İllərdir jurnalist kimi fəaliyyət göstərən və özünü təsdiq edən KİV əməkdaşları var ki, onlara fərqli münasibət özünü göstərməkdədir. Həmin şəxslər KİVDF-nin köməyindən kənardadır. Mən bunları dilə gətirmişəm. Mənə qarşı çirkin kampaniya aparmaq əmri verənlərin düşüncələrində olan normal keyfiyyətlər haradadır?! Mənim kiminsə şəxsiyyətinə toxunmadan söylədiyim fikirlərə qarşı bu cür hücumlarla məni susdurmaq istəyirlər?! Demokratiya budurmu?! Aydın Quliyev mənimlə bağlı araşdırma aparacaqlarını yazır. Aparılsın! Ancaq araşdırma aparılanda obyektivlik, şəxsiyyətin təhqir olunmaması, qərəzdən uzaq mövqe ortalığa qoyulmalıdır. Əks təqdirdə mən heç kimə güzəştə getməyəcəm və bütün mənzərəni açıb ortalığa qoyacam. Mənə qarşı hücum edənlər jurnalistikada həlledici adamlar deyillər. Onlar sadəcə olaraq verilən tapşırığı icra edirlər".

F. Ağamalı bildirib ki, dəyərli, obyektiv, ədalətli jurnalistlərimizin dediklərinə münasibətinin müsbət olacağına əmindir:

"Çox təəssüf edirəm ki, xoşməramlı, islahatların davam etdirilməsinə xidmət edən təklifim bu cür aqressiv şəkildə qarşılandı. Ölkə prezidentinin adını dəfələrlə çəkən Aydın Quliyev vicdanının səsinə qulaq assın. Onda əmin olar ki, atdığım addımların hər birində ölkə prezidentinin həyata keçirdiyi siyasətə dəstək var. Dəfələrlə demişəm, bu gün də təkrar edirəm ki, mən sona qədər dövlətçiliyimizin və ölkə prezidentinin yanındayam. Mənə hücum edənlərin arxasında duran, onlara tapşırıq verənlərin kim olduğunu bilirəm. Onlara xəbərdarlıq edirəm ki, etikadan və mənəviyyatdan kənar hücumlarını yığışdırsınlar. Həmin adamlar haqqında danışsam, onların içüzü açılacaq və kimlikləri cəmiyyətə bəlli olacaq. Hələlik bunu istəmirəm. Onlar güzgüyə baxsınlar və gördükləri eybəcərliklərə görə güzgünü sındırmasınlar. Bu eybəcərlikləri aradan qaldırmağa çalışsınlar".

Qarşı tərəfin mövqeyini öyrənməyə çalışsaq da, cəhdlərimiz uğursuzluqla nəticələndi.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...