Anons

Bu gün, 17:08- Azərbaycan vətəndaşları Türkiyədə 900-dən çox daşınmaz əmlak əldə edib

Bu gün, 16:42- Azərbaycan-İSESKO əlaqələri müzakirə edilib

Bu gün, 16:27- DOST 50 mininci vətəndaşa xidmət edib

Bu gün, 16:09- Azərbaycanla Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il ötür

Bu gün, 16:00- Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr olunmuş beynəlxalq konfrans başlayıb

Bu gün, 15:48- Azərbaycanın nar ixracatçıları Rusiya Federal Gömrük Xidmətindən narazıdır

Bu gün, 15:36- Statistika Komitəsi aranı qatdı: Sayımız 10 milyondur, yoxsa 7.9 milyon?

Bu gün, 15:22- Bəzi metro stansiyalarının adları dəyişir? - RƏSMİ AÇIQLAMA

Bu gün, 15:07- Xəzərdə neftçi batıb - YENİLƏNİB

Bu gün, 14:55- Bakıda bir ailənin 4 üzvünün öldüyü yol qəzası ilə bağlı RƏSMİ

Bu gün, 14:41- “Şahənşah” restoranında kütləvi ZƏHƏRLƏNMƏ...

Bu gün, 14:32- 100-dən çox doktorant dövlət xətti ilə xaricdə təhsil alacaq - RƏSMİ

Bu gün, 14:14- Maradona “Ximnasiya Esqrima” klubundan ayrıla bilər

Bu gün, 14:03- Sabahın havası - yağış yağacaq

Bu gün, 13:51- Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb

Bu gün, 13:42- Lənkəranda III Çay, Çəltik, Sitrus Festivalı keçiriləcək

Bu gün, 13:29- Əlil şəxslər üçün reabilitasiya vasitələri yaşadıqları ünvanlara çatdırılıb

Bu gün, 13:17- Moskvadakı hipermarketdə “Azərbaycan töhfələri” korneri açılıb

Bu gün, 13:08- “Bakutel-2019” sərgisində İtaliya şirkətləri də iştirak edəcək

Bu gün, 12:54- Deputatlarımız Sofiyada QDİƏT PM Baş Assambleyasının plenar iclasında iştirak edəcək

Haqqımızda Əlaqə

İlham Əliyev hakimiyyətin daxilində islahatlara qarşı çıxanların olduğunu açıqladı

Tarix:17-10-2019, 07:39

İlham Əliyev hakimiyyətin daxilində islahatlara qarşı çıxanların olduğunu açıqladı Prezident İlham Əliyev ötən gün iqtisadi məsələlərə həsr edilmiş müşavirədəki çıxışı zamanı kifayət qədər sensasion bəyanatlar verib. Bildirib ki, hakimiyyətin içərisində islahatlara qarşı çıxış edənlər var. Və belələri islahatçı nazirləri mətbuatın əli ilə ləkələyir, gözdən salır.

Stimulxəbər.az prezidentin çıxışından daha bir mühüm fraqmenti təqdim edir:

-Hazırda gələn ilin büdcəsi hazırlanır və bilirsiniz ki, büdcə hər bir ölkənin əsas sənədlərindən biridir. Yeni hökumət qarşısında bir çox vəzifələr qoyulub. Mən Əli Əsədovu bu vəzifəyə təyin edərkən ona bir çox vəzifələr tapşırdım. Onun qarşısına vəzifə qoydum ki, islahatlar aparılmalıdır, o cümlədən kadr islahatları. Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, savadlı gənc kadrlar işə cəlb edilməlidir. Biz XXI əsrdə yaşayırıq, köhnə təfəkkürlə, köhnə biliklərlə gələcəyə necə gedə bilərik? Nə qədər biz təbii resurslara arxalanaraq, necə deyərlər, belə ətalət yolu ilə gedə bilərik? Düzdür, islahatlar aparılır, dediyim rəqəmlər bunun əyani sübutudur. Hər bir ölkə bu nəticələrlə öyünə bilər. Ancaq biz bilirik ki, ehtiyatlarımız çoxdur. Onu da bilirik ki, əgər hər hansı dövlət və ya özəl quruma təmiz, bilikli və Vətənə bağlı kadr gətirilirsə, biz orada dərhal dəyişiklikləri görürük. Hesab olunurdu ki, bizdə elə sahələr var ki, orada islahatlar aparıla bilməz. Onlardan biri də vergi sistemidir. Hesab olunurdu ki, necə deyərlər, o biabırçı vəziyyət əbədi qalmalıdır və burada heç bir irəliləyişə nail ola bilmərik. Amma hər kəs gördü ki, biz vəziyyəti islahatlar yolu ilə düzəldə bildik. Büdcəyə 100 milyonlarla manat vəsait daxil olub, digər sahələrdə də həmçinin.

Sosial müdafiə sahəsində nə qədər pozuntular olub. Yeni nazir Sahil Babayev bunları üzə çıxardı və çox ciddi islahatlar aparır. Onu da bildirməliyəm ki, bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Mən indi dərinə getmək istəmirəm. Amma bildirməliyəm: bu, dözülməzdir, bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Prezidentin tapşırığı ilə onların apardığı islahatların üzərinə kölgə salınır. Dözülməz vəziyyətdir. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Çünki islahatlara alternativ yoxdur. Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək. Amma kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbəttə ki, biz belə adamlarla bir yolun yolçusu ola bilmərik. Ona görə bir də demək istəyirəm ki, əhali də bilsin və hər kəs mənim sözümü eşitsin. Çox güclü siyasi iradə ortaya qoyulub. Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...