Anons

Dünən, 19:42- “Nar” abunəçilərinin nəzərinə!

Dünən, 18:32- "Ümid yeri" uşaq sığnacağında yol hərəkəti təhlükəsizliyinə həsr olunmuş tədbir - FOTO - VİDEO

Dünən, 17:09- Məşhur filmimizin "Zaur"u evində ölü tapıldı (TƏFƏRRÜAT)

Dünən, 16:58- Prezident İlham Əliyev "20 Yanvar faciəsinin 30-cu ildönümü haqqında" sərəncam imzalayıb

Dünən, 16:43- Bu il xarici münaqişə zonalarında döyüşmüş 6 Azərbaycan vətəndaşı saxlanılıb

Dünən, 16:21- AFFA danışılmış oyunlara görə 25 nəfəri diskvalifikasiya edib

Dünən, 16:12- Qadının məzarı kişininkindən niyə dərin qazılır? - Din xadimi SƏBƏBİ açıqladı

Dünən, 15:58- Dillər Universitetində “İnsan alverinə qarşı maarifləndirmə işi” mövzusunda seminar-mühazirə keçirilib

Dünən, 15:46- Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi münasibətilə tədbir keçirilib

Dünən, 15:39- Analığı və atası tərəfindən işgəncəyə məruz qalan azyaşlılarla bağlı məsələ hərtərəfli araşdırılır - Komitə sədri

Dünən, 15:17- Prezident İlham Əliyev Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tankerin istismara verilməsi mərasimində iştirak edib

Dünən, 15:08- Vilayət Eyvazov Novruz Məmmədovun oğluna yüksək VƏZİFƏ VERDİ

Dünən, 14:54- ADU-nun uğurlu layihəsi: universitetin vəzifəli şəxslərini tələbələr əvəzləyib

Dünən, 14:45- İordaniyanın Azərbaycandakı yeni səfiri ilə görüş keçirilib

Dünən, 14:33- Azərbaycanın investisiya imkanları Səudiyyə Ərəbistanında təqdim olunub

Dünən, 14:21- Azərbaycan millisinin baş məşqçisi istefaya göndərildi

Dünən, 14:12- Ombudsman Türkiyənin Azərbaycandakı səfirini qəbul edib

Dünən, 14:00- Sabahın havası - çiskinli yağış yağacaq

Dünən, 13:49- Dillər Universitetinin nümayəndələri Çində keçirilən konfransda iştirak ediblər

Dünən, 13:26- Bakıda qadın sahibkarlar üçün akselerasiya proqramı təqdim olunub

Haqqımızda Əlaqə

ŞÖBƏ MÜDİRİ BOŞ ZALIN QARŞISINDA 1 SAAT DANIŞDI! – Rüsvayçılıq - FOTO

Tarix:14-10-2019, 12:53

ŞÖBƏ MÜDİRİ BOŞ ZALIN QARŞISINDA 1 SAAT DANIŞDI! – Rüsvayçılıq - FOTO Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov Polşada, ATƏT-in tədbiri zamanı boş zalın qarşısında 1 saat şıxış edərək, onu videoya çəkdirib.

“AzPolitika.info” xəbər verir ki, bu haqda biabırçı “tədbirin” şahidi olan jurnalist Səbuhi Abbasov məlumat verib. Jurnalist bununla bağlı özünün “Facebook” profilində yazır:

“Deməli, Polşada ATƏT-in tədbirində ayrı-ayrı zallarda paralel tədbirlər (“side event”) keçirilir. Belə tədbirlər bir dövlətin mühüm mesajlarının Avropaya çatdırılması baxımından çox əhəmiyyətlidir. 20-27 sentyabr tarixlərində azı 6 “side event”də iştirak etdim. Ən ağrılı, acılı isə isə bizim ölkənin tədbiri oldu. Deməli, 200 nəfərlik zal icarəyə götürülüb (1 saatı 550 avro), azı 100 nəfərlik yemək masası açılıb, əlavə videoçəkən və fotoqraf kirayələnib. Sizcə Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsi tərəfindən bu qədər xərc çəkilən 1 saatlıq tədbirə neçə nəfər qatılıb? Fotodan da yəqin görürsünüz: Cəmi 2 nəfər!

“Bu biabırçılığa susmaq xəyanətdir”, deyə davam edən S.Abbasov ən heyrətamiz məqamı vurğulayır: “Təsəvvür edin, mən gələndən sonra içəridə cəmi 3 nəfər oldu. Heyrət etdiyim məqam bilirsiniz hansı oldu? Etibar Nəcəfov düz 1 saat kameraya baxaraq danışdı, Azərbaycan haqq səsini dünyaya “çatdırdı”. Ola bilsin həmin situasiyada elə ən düzünü Etibar Nəcəfov elədi. Ancaq şəxsən mən olsaydım xəcalətdən tədbiri təxirə salardım. 1 saat boş zalda, kameraya niyə danışım ki? Guya bu videoya baxıb, hesabatı qəbul edən soruşmayacaqmı, ay bala, zalı da göstər?… Bəli, o zala ATƏT Sammitinin iştirakçılarından yığmaq olduqca asan idi. Ən azı bufetdə zaman keçirən QHT və media nümayəndələrini təamlara görə dəvət edirsən, qaça-qaça gəlirlər. 200 yer dolur, üstəgəl 100 adam da ayaqüstə qalır. Əlbəttə, mən tədbirin niyə belə biabırçı keçməsini soruşdum. Etibar Nəvəfov və Polşa səfirliyində işləyən Fidan xanım qeyd etdi ki, biz bir neçə gün əvvəl tədbilə bağlı flayerlər dağıtmışıq. Yəni tutar qatıq, tutmaz ayran”.

Şöbə müdirinin “möhtəşəm tədbirindən” fotoları təqdim edirik:

ŞÖBƏ MÜDİRİ BOŞ ZALIN QARŞISINDA 1 SAAT DANIŞDI! – Rüsvayçılıq - FOTO
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...