Anons

Bu gün, 15:00- Azərbaycanda yeni medallar təsis edilir

Bu gün, 14:49- Almaniyada fermerlər tətil edir - Berlində mərkəzi küçələr bağlandı

Bu gün, 14:37- Avtonəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə görə rüsum dəyişir

Bu gün, 14:28- Kimlər övladlığa uşaq götürə bilər? - Yeni qaydalar

Bu gün, 14:16- Uşaqların cinsi istismardan və zorakılıqdan müdafiəsi haqqında sənəd təsdiq edilib

Bu gün, 13:55- Pekində Azərbaycan və Çin müdafiə nazirlərinin görüşü olub

Bu gün, 13:43- Bakıda ilk dəfə 4 tərəfli piyada keçidi təşkil edilib

Bu gün, 13:30- Həftə sonuna qədər bu küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq - SİYAHI

Bu gün, 13:21- “Nar” 4G istifadəçilərinin sayı il ərzində 85% artıb

Bu gün, 12:12- Dumanlı hava şəraiti hökm sürəcək

Bu gün, 11:59- Azərbaycanda şüşə zavodunun tikintisi başa çatır - Nazir müavini

Bu gün, 11:48- “Üçüncü Tbilisi İpək Yolu Beynəlxalq Forum”u işə başlayıb

Bu gün, 11:36- Smartfonlar üçün süni dəridən "emosional" örtük yaradıldı - Video

Bu gün, 11:27- Gömrük Akademiyasının tələbəsi: “Düzgün seçim etdiyimə əminəm”

Bu gün, 11:13- Dini liderlərin Bakı sammitinin hansı aktual çağırışları olacaq?..

Bu gün, 11:05- Təhsil Nazirliyində yeni TƏYİNATLAR

Bu gün, 10:54- "Qızıl top"a iddialılar məlum oldu

Bu gün, 10:45- Milli Məclis bu günə iclas çağırdı - Gündəliyə 23 məsələ çıxarılır

Bu gün, 10:32- Bərpa müəssisələrində 1874 uşağa reabilitasiya xidmətləri göstərilib

Bu gün, 10:19- İsveçrə şirkətləri Azərbaycanla əməkdaşlığı genişləndirir

Haqqımızda Əlaqə

AXCP üzvlərindən Əli Kərimliyə rədd cavabı - troll şəbəkəsi Fuadın müdafiəsindən imtina edir (Sensasion səs yazısı)

Tarix:22-09-2019, 10:43

AXCP üzvlərindən Əli Kərimliyə rədd cavabı - troll şəbəkəsi Fuadın müdafiəsindən imtina edir (Sensasion səs yazısı) Fuad Qəhrəmanlının qızı Selcan Yağmurun atasını ifşa edən statusu və video müraciətindən sonra AXCP daxilində ixtilaf baş qaldırıb.
Musavat.com xəbər verir ki, F.Qəhrəmanlı ilə bağlı baş verən olaylar AXCP sədri Əli Kərimlini hərəkətə gətirib və o, F.Qəhrəmanlının törətdiyi əməllərə haqq qazandırmaq üçün cəbhəçiləri səfərbərliyə səsləyib. Hətta bu məqsədlə AXCP funksionerləri ilə qapalı görüş keçirərək, onlara müvafiq tapşırıqlar da verib. Partiya funksionerlərini nəzarətində saxladığı troll şəbəkəsi vasitəsilə mübarizəyə səsləyib.

AXCP sədrinin təlimatından sonra hərəkətə keçən funksionerlər ilk dəfə olaraq partiya trolları tərəfindən rədd cavabı alıblar. Onlardan bəziləri Fuad Qəhrəmanlının etdiyi əməllərin insanlığa sığmadığını, çox pis örnək olduğunu bəyan etsələr də, digərləri feminist olduqlarını əsas gətirərək, bu kampaniyada iştirak etməyəcəklərini bildiriblər.

Musavat.com-a daxil olan ifşaedici səsyazısı partiyadaxili troll şəbəkələrindən birinə nəzarət edən AXCP Ali Məclisinin üzvü Rəşid Turabovun müraciəti ilə bağlıdır. Məlum olub ki, partiyadaxili troll şəbəkələri qapalı “WhatsApp” qrupları vasitəsilə idarə olunur. Bütün məxfi təlimatlar da məhz bu qapalı “WhatsApp” qrupları vasitəsilə trollara çatdırılır.

Səsyazısından da göründüyü kimi, R.Turabov konkret adlar çəkərək, cəbhəçiləri feminizmdə, AXCP-nin ənənələrinə qarşı çıxmaqda ittiham edir, onları konkret seçim qarşısında qoyur: “Ya bu partiyada qalın, ya da biz işimizi bilək”.

AXCP üzvlərindən Əli Kərimliyə rədd cavabı - troll şəbəkəsi Fuadın müdafiəsindən imtina edir (Sensasion səs yazısı)


Rəşid Turabov

Daha sonra bir qədər də irəli gedərək, “Vaxtında həbsdə yatmısınız, nə oldu sizə birdən?” sualını verərək, onları şiddətə, qadın və uşaqların döyülməsinə haqq qazandırmağa səsləyir.

Ortaya haqlı suallar çıxır: ananı uşağın gözü qarşısında vəhşicəsinə döymək, barmaqlarını sındırmaq, öz qız övladının dizlərini qırmaq hansı mənəvi haqla müdafiə olunur və bu nə zamandan siyasi fəaliyyət sayılır? Sadizm - zorakılığa meyl etmə, alçaldılma və digər əzablardan həzz almaq və buna bəraət qazandırmaq nə zamandan vətənpərvərlik olub?! Və ya kim zəmanət verir ki, bu gün müxalifətdə olaraq buna şərait yaradan, bu məqsədlə geniş kampaniya aparan “liderlər” sabah iqtidara gəlsələr, özləri üçün “xüsusi hüquqlar” müəyyən etməyəcəklər. Yaxud kral I Edvarın dövründə İngiltərə müstəmləkəsinin sakinlərinə qarşı “uşaqlar, qadınlar da bizimdir, onları döyə də bilərik, söyə də” ənənəsini Azərbaycana gətirməyəcəklər?

AXCP üzvlərindən Əli Kərimliyə rədd cavabı - troll şəbəkəsi Fuadın müdafiəsindən imtina edir (Sensasion səs yazısı)


Qeyd edək ki, uzun müddətdir mətbuatda və sosial şəbəkələrdə AXCP sədrinin troll şəbəkəsi saxladığı, həmin trolların vahid təlimatla hərəkət etdiyi, onun tapşırıqlarını icra etdiyi barədə informasiyalar yayılsa da, Əli Kərimli və tərəfdarları hər vəchlə bunu təkzib edirdilər.

AXCP Ali Məclisinin üzvü Rəşid Turabovun trollara yönəlik qapalı “WhatsApp” müraciəti bir daha təsdiq edir ki, bu şəbəkə uzun illərdir fəaliyyət göstərir və o qədər sözəbaxan olublar ki, verilən tapşırıqlardan cəmi bir dəfə, özü də təbii olaraq şiddətə görə imtina etmələri “trolbaşı”nı təəccübləndirir və o “Əli Kərimlinin feysbuk statuslarına şərh yazın, paylaşın, çox zəifsiniz” deməyi də unutmur.

Nəzərə alanda ki, bu, təkcə bir troll dəstəsinin fəaliyyətidir, cəbhəçilərin hansı istismara məruz qaldığını, şirnikləndirici vədlər (gələcəkdə iqtidara gələcəkləri təqdirdə vəzifə və s.) qarşılığında hansı məhrumiyyətlərdən keçdiyini təsəvvür etmək çətin deyil.

скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...