Anons

Bu gün, 11:41- Elnar Əsədov: MHM PayPort startapına dəstək olacaq

Dünən, 18:54- Böyük Britaniya Milli Hədəf Mərkəzinin və Sərhəd Mühafizəsi Direktoratlığının mütəxəssisləri Gömrük Akademiyasında olublar

Dünən, 18:11- "Bakı Metropoliteni"nə 40 milyon manat subsidiya veriləcək

Dünən, 17:48- Bal yarmarkasında arıçılar təltif olunacaq

Dünən, 16:37- Prezident İlham Əliyev bir qrup energetiki təltif edib - SİYAHI

Dünən, 16:28- Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Dünən, 16:14- Silikon Vadisinin məşhur startap proqramı Azərbaycanda

Dünən, 16:05- Azərbaycanda narkotik vasitələrdən istifadə leqallaşdırılacaq - RƏSMİ

Dünən, 15:52- Bakıda VI Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı Simpoziumu keçirilir

Dünən, 15:39- Azərbaycanda yeni medal təsis olunur

Dünən, 15:30- Azərbaycanda yaşı 25-dən aşağı olan şəxslər övladlığa uşaq götürə bilməyəcək

Dünən, 15:18- Rusiya Azərbaycanda spirtli içkilər zavodu açacaq

Dünən, 14:46- Bu il daha 50 modul tipli məktəb istifadəyə veriləcək

Dünən, 14:37- Prezident “Dövlətqaçqınkom”un sədrini qəbula ÇAĞIRDI

Dünən, 14:24- ““Barış pınarı” dayanmayıb, biz atəşkəs deyil, fasilə vermişik” - Çavuşoğlu

Dünən, 14:11- Fəxri ad almış bir qrup mədəniyyət xadiminə orden və medallar təqdim olunub

Dünən, 14:02- YARAT-da "Danışır Bakı: 1900-1940-cı illər" adlı sərgisi açıldı

Dünən, 13:50- Şənbə günü Bakıda yağış gözlənilir

Dünən, 12:48- Masallıda 30-dan çox uşaq günərzi xidmətlərlə təmin edilib

Dünən, 12:37- ABŞ səfirliyi Azərbaycan xalqını təbrik edib

Haqqımızda Əlaqə

Azərbaycanda deputat mandatı girov qoyub 300 min dollar borc götürdü, qaytarmadı

Tarix:20-09-2019, 14:43

Azərbaycanda deputat mandatı girov qoyub 300 min dollar borc götürdü, qaytarmadı Azərbaycanda Milli Məclisin deputatı mandatını girov qoyaraq 300 min dollar borc götürüb. Lakin borcu qaytarmadığı üçün məhkəməyə verilib.

Həmin deputat Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin üzvü Rafael Cəbrayılovdur.

O, ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 9 sentyabr 2015-ci il tarixdə 300 min ABŞ dolları məbləğində borc alıb. Ona borc verən şəxslə deputat ailəvi yaxın münasibətlərdə olub.

Lakin deputat borcu vaxtında ödəyə bilməyib. R.Cəbrayılov hətta borcu vəd etdiyi vaxtında qaytara bilməsi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin Deputatının vəsiqəsinin əslini girov qoyub.

Borcun qaytarılmadığnı görən Fətəliyeva Təranə Rasim qızı Abşeron Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddiaçının xeyrinə 15 fevral 2019-cu ildə qiyabi qətnamə qəbul edib.

Cavabdeh şəxs, Rəfael Cəbrayılov məhkəmənin qərarı ilə razılaşmayaraq, apelyasiya şikayəti verib. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Yəni deputatı borcu qaytarmağa məhkum edib. (“Report”)
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...