Anons

Bu gün, 11:41- Elnar Əsədov: MHM PayPort startapına dəstək olacaq

Dünən, 18:54- Böyük Britaniya Milli Hədəf Mərkəzinin və Sərhəd Mühafizəsi Direktoratlığının mütəxəssisləri Gömrük Akademiyasında olublar

Dünən, 18:11- "Bakı Metropoliteni"nə 40 milyon manat subsidiya veriləcək

Dünən, 17:48- Bal yarmarkasında arıçılar təltif olunacaq

Dünən, 16:37- Prezident İlham Əliyev bir qrup energetiki təltif edib - SİYAHI

Dünən, 16:28- Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Dünən, 16:14- Silikon Vadisinin məşhur startap proqramı Azərbaycanda

Dünən, 16:05- Azərbaycanda narkotik vasitələrdən istifadə leqallaşdırılacaq - RƏSMİ

Dünən, 15:52- Bakıda VI Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı Simpoziumu keçirilir

Dünən, 15:39- Azərbaycanda yeni medal təsis olunur

Dünən, 15:30- Azərbaycanda yaşı 25-dən aşağı olan şəxslər övladlığa uşaq götürə bilməyəcək

Dünən, 15:18- Rusiya Azərbaycanda spirtli içkilər zavodu açacaq

Dünən, 14:46- Bu il daha 50 modul tipli məktəb istifadəyə veriləcək

Dünən, 14:37- Prezident “Dövlətqaçqınkom”un sədrini qəbula ÇAĞIRDI

Dünən, 14:24- ““Barış pınarı” dayanmayıb, biz atəşkəs deyil, fasilə vermişik” - Çavuşoğlu

Dünən, 14:11- Fəxri ad almış bir qrup mədəniyyət xadiminə orden və medallar təqdim olunub

Dünən, 14:02- YARAT-da "Danışır Bakı: 1900-1940-cı illər" adlı sərgisi açıldı

Dünən, 13:50- Şənbə günü Bakıda yağış gözlənilir

Dünən, 12:48- Masallıda 30-dan çox uşaq günərzi xidmətlərlə təmin edilib

Dünən, 12:37- ABŞ səfirliyi Azərbaycan xalqını təbrik edib

Haqqımızda Əlaqə

Bakı Beynəlxalq Avtovağzalında 1 manatlıq absurd...

Tarix:18-09-2019, 13:48

Bakı Beynəlxalq Avtovağzalında 1 manatlıq absurd... Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) bu ilin yazında yeni istifadəyə verilən nəqliyyat qovşağında köhnə qayda dəyişməyib. Həmin vaxt BBAK-dan bildirilirdi ki, qovşağın yaradılmasında məqsəd ölkəmizə gələn turistlərin, eləcə də regionlardan paytaxta gələn vətəndaşların təhlükəsizliyini və rahatlığını təmin etmək, avtobusların, minik avtomobillərinin hərəkətini nizamlamaqdır.

Düzünü demək lazımdır: bu baxımdan qovşaq əvvəlkindən yaxşı mənada xeyli fərqlənir. Lakin vətəndaşları çoxdan narazı salan bir məqam hələ də aradan qaldırılmayıb.

Məsələ burasındadır ki, xüsusilə rayonlardan gələn avtobusların sərnişinləri onları qarşılamaq üçün qovşağa daxil olan yaxınlarının buna görə 1 manat ödəməsindən narazıdırlar. Həmin narazılığı isə haqsız saymaq olmaz.

Belə ki, həmin sərnişinlər adətən sovqatla, ağır yüklə qayıdırlar. Buna görə də bir çoxlarının yaxınları, ailə üzvləri onları şəxsi avtomobilləri ilə qarşılamağa gəlirlər. Həmin avtomobillər qovşağa daxil olur, cəmi bir neçə dəqiqə ərzində öz doğmalarını götürüb oranı tərk edirlər. Elə bu bir neçə dəqiqə də kifayət edir ki, 1 manat ödəniş etsinlər.

Halbuki normal ölkələrdə istər avtovağzal, istər hava limanı əraziləri olsun, bir neçə dəqiqəlik gözləməyə görə ödəniş tələbi yoxdur. Bu hallarda avtomobil sahiblərinə ən azı 1520 dəqiqə, bəzən bundan da artıq vaxt verilir. Yalnız həmin vaxt bitdikdə ödəniş tarifləri müəyyənləşdirilir.

BBAK-ın sözügedən qovşağında isə absurd vəziyyət yaranıb: əraziyə daxil olduğun anda artıq 1 manatı ödəmək qaçılmazdır.

Üstəlik, bu qovşaqda dayanan taksilərin qiymətinə də təsir edir. Onlar sərnişinlərdən tələb etdikləri gediş haqqının üzərinə həmin 1 manatı da gəlirlər.
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin parkinqi var və bu yeraltı dayanacaqda avtomobillərin saxlanılması üçün tariflər mövcuddur:

Ərazidə avtomobillərin parkinq qiymətləri aşağıdakı kimidir:
0-2 saat - 1 AZN
2-6 saat - 2 AZN
6-12 saat - 3 AZN
12-24 saat - 4 AZN

Lakin hansı məntiqə sığır ki, kompleksin yeni nəqliyyat qovşağında şəxsi avtomobilləri ilə öz yaxınlarını qarşılamağa gələnlərdən də bir neçə dəqiqə üçün ödəniş tələb edilsin.

Qeyd edək ki, bu qayda lap əvvəldən də mövcud idi: öncə pul alınır, ancaq heç bir qəbz verilmirdi, sonradan vətəndaşların narazılığını görüb heç bir rəsmi möhürü olmayan, adi kağız parçası adlandıra biləcəyimiz "çek" təqdim edilməyə başlandı. Həmin vaxt bu məqam mətbuatın da diqqətini çəkmiş, yığılan pulların hara getdiyi müzakirə mövzusu olmuşdu. Yeni nəqliyyat qovşağı qurulduqdan sonra sözügedən problem də həllini tapıb, kart sistemi tətbiq olunub.

Lakin məsələ başqadır: sərnişinləri qarşılamağa gələnlərdən ödəniş tələb etmək nə qədər ədalətlidir? Axı Avtovağzal məhz bu sərnişinlər hesabına fəaliyyət göstərir, indi belə çıxır, onlar kompleksi tərk edə bilmək üçün də əlavə xərc çəkməlidirlər.

Həqiqətən absurd deyilmi?!скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...