Anons

Bu gün, 13:42- TƏBİB: Aşura günü məscidlərdə qanvermə aksiyaları keçirilməyəcək

Bu gün, 10:25- Azərbaycan manatının dövriyyəyə buraxılmasından 28 il ötür

Dünən, 13:34- Sabahdan Bakıda ictimai nəqliyyatın hərəkəti dayandırılır

Dünən, 11:50- Dünyada COVID-19-a yoluxanların sayı 21 milyonu keçib

13-08-2020, 15:47- Bakı Teleqüllə Kompleksinin istifadəyə verilməsindən 24 il ötür

13-08-2020, 14:15- Sabah yağış yağacaq - 14 avqustda gözlənilən hava şəraiti

13-08-2020, 12:37- Smart sayğaclar mexanikilərlə niyə əvəzlənir? - “Azəriqaz”dan açıqlama

13-08-2020, 11:51- Prezidentin Mətbuat Xidmətinin məlumatı

12-08-2020, 18:02- Распространился «Черный список» послов - их отзовут

12-08-2020, 14:14- Mədəniyyət nazirinə müşavir təyin edilib

12-08-2020, 13:22- “Barselona”nın futbolçusu koronavirusa yoluxub

12-08-2020, 12:37- Türkiyənin Milli Müdafiə naziri ilə Baş Qərargah rəisi Azərbaycana gəlir

12-08-2020, 11:30- Bakı Nəqliyyat Agentliyi: Xəttə rekord sayda avtobus buraxılıb

11-08-2020, 20:45- Liseyin idman zalı sürücülük kursuna çevrilib

10-08-2020, 22:27- “Alkart” uğur gətirir. İmicinizi “Alkarta” etibar edin!!!

10-08-2020, 16:39- Azərbaycanın məşğulluq xəritəsi hazırlanır

10-08-2020, 14:01- Daha bir ölkə BMT-nin Nüvə Silahının Ləğvi Barədə Müqaviləsini ratifikasiya edib

9-08-2020, 12:23- Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

7-08-2020, 23:11- Çimnaz onun məzarında göz yaşlarına boğuldu - VİDEO

7-08-2020, 13:15- İlin sonunadək şəhid ailələrinə və müharibə əlillərinə 946 mənzil veriləcək

Haqqımızda Əlaqə

Bu dövlət qurumunda 926 nəfər işdən çıxarıldı - Etiraz

Tarix:27-08-2019, 09:37

Bu dövlət qurumunda 926 nəfər işdən çıxarıldı - Etiraz “Azərpoçt” MMC-də islahatlar adı altında neçə ilin təcrübəli əməkdaşları işdən uzaqlaşdırılıb. Son müddətdə ümumilikdə 1000 nəfərə yaxın şəxs vəzifəsindən azad olunub.
“Yeni Sabah” xəbər verir ki, bu sensasion xəbəri Azpolitika.info yayıb. Xəbərdə bildirilir ki, rəhbərliyin bu “islahatı” ciddi narazılıq yaradıb.

“2018-ci ilin aprel ayında Emin Əfəndiyev “Azərpoçt” MMC-yə Baş direktor təyin olunandan sonra başlanan bu proses nəticəsində yüzlərlə təcrübəli rabitəçi işini itirib. Bu proses islahat adı altında aparılsa da, təcrübəli rabitəçilərin yerinə tamamilə başqa ixtisas sahiblərinin götürülməsi niyyətin başqa olduğunu ortaya qoyub. Belə məlum olub ki, Emin Əfəndiyev və ətrafı “Azərpoçt” MMC-də öz “komandalarını” formalaşdırır” –deyə xəbərdə bildirilir.

Narazılar bu barədə dəfələrlə Rabitə Nazirliyinə, müxtəlif dövlət strukturlarına yazsalar da, şikayətləri cavabsız qalıb, tədbir görülməyib. Buna görə də, rabitəçilər şikayətlərini, qarşılaşdıqları problemləri media vasitəsilə ictimailəşdirərək, səslərini ölkə rəhbərliyinə çatdırmaq istəyirlər.

Onlar bildirirlər ki, Emin Əfəndiyevin quruma rəhbərlik etdiyi 1 il 4 ayda “Azərpoçt” MMC-nin məsul vəzifəli şəxsləri tərəfindən alınan təsərrüfat mallarının qiymətləri şişirdilir, dövlət əmlakının özəlləşdirilərək satılmasından, icarəyə verilməsindən əldə edilən vəsaitlər büdcədən yayındırılaraq mənimsənilir. “Emin Əfəndiyevin “Azərpoçt” MMC-nin qocaman rabitəçilərini qurumdan uzaqlaşdırması bu niyyətini rahat həyata keçirmək istəyindən irəli gəlir”.

“Bu ilin mayına qədər “Azərpoçt” MMC-nin 926 nəfər peşəkar mütəxəssisinin müxtəlif adlar altında işdən çıxarılıb. Onların yerinə əksəriyyəti rabitəçi olmayan 787 nəfər işə qəbul edilib.

Eyni zamanda, Emin Əfəndiyevin ətrafına yığdığı kadrların maaşının 850-2500 manat arası dəyişdiyi halda, poçt işçisinin maaşının 184 manatdan o yana keçmir.

E.Əfəndiyevin apardığı struktur dəyişiklikləri nəticəsində əsasən “Azərpoçt” MMC-nin 1,2,3,4,5 və 6 saylı Poçt Filialları ləğv edildi, onun maddi-texniki bazası əsasında Bakı Poçt Filialı yaradıldı. Bakı Poçt Filialı yaxın günlərdə 3 saylı poçt filialının inzibati binasında fəaliyyətə başlayacaq”.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...