Anons

Bu gün, 17:08- Bu müəllimlərin bilikləri sınaqdan keçiriləcək

Bu gün, 16:52- Bu il azərbaycanlılar Türkiyədə 700-dən çox daşınmaz əmlak alıb

Bu gün, 16:41- Qobustana gələn turistlərin sayı artıb (ÖZƏL)

Bu gün, 16:25- Çinin parlament sədri Azərbaycana rəsmi səfərə gəlib

Bu gün, 16:13- Azərbaycanda yeni işgüzar turizm məhsulları yaradılacaq

Bu gün, 15:43- “Azərbaycan Dəmir Yolları” TDƏŞ-in üzvlüyünə qəbul edilib (FOTO)

Bu gün, 15:31- Qobustan qoruğunda "Avropa İrs Günləri" qeyd olunub

Bu gün, 15:19- Kənd Təsərrüfatı Nazirliyi: İsmayıllıdakı hadisə günvurna ilə bağlıdır (ÖZƏL)

Bu gün, 15:10- Qaxda III Bal bayramı keçirilir

Bu gün, 14:58- Yasamal rayon MKS-inin 3 saylı filialının əməkdaşları Gülhüseyn Hüseynoğlunun “Mücrü“ kitabının təqdimatında

Bu gün, 14:46- Hüseyn Abdullayevə 8 il cəza istənildi - Məhkəmə zalından çıxarıldı

Bu gün, 14:23- Azərbaycanda İLK DƏFƏ toxum sərgi-satış yarmarkaları keçiriləcək

Bu gün, 14:14- Səhiyyə Nazirliyi İsmayıllıda baş verən zəhərlənmə ilə bağlı: Yardım göstərilir

Bu gün, 13:32- Sabah 34 dərəcə isti olacaq

Bu gün, 13:19- ADU kollektivi Cocuq Mərcanlı kənd orta məktəbində səfərdə olub

Bu gün, 13:07- Azərbaycanda ətin üzərinə nişan qoyulmasına görə 5 manatadək rüsum tutulacaq

Bu gün, 12:54- Azərbaycan millisi FİFA reytinqində 109-cu pillədə qalıb

Bu gün, 12:45- MTRŞ-nın Aparat rəhbəri vəzifəsi üzrə müsahibə elan edilib

Bu gün, 12:33- Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1 milyard dolları keçib

Bu gün, 12:21- Sosial şəbəkələrin forması dəyişiləcək

Haqqımızda Əlaqə

Ginekoloq Ülviyyə Əkbərova: "Pasientlərimlə xoş münasibət və ünsiyyət saxlayıram"

Tarix:26-08-2019, 14:23 Baxış Sayı:1

Ginekoloq Ülviyyə Əkbərova: "Pasientlərimlə xoş münasibət və ünsiyyət saxlayıram"

- Ülviyyə xanım, necə oldu ki, həkim oldunuz?

- Mən 2007-ci ildə Dövlət Tibb Universitetinə daxil oldum. Daha sonra təhsilimi Rusiya Federasiyasında davam etdirdim. Orada oxuduğum illərdə həm də işlədim. Təhsilimi başa vurduqdan sonra Azəbaycana qayıtdım. Artıq iki ildir ki, ölkəmizdə faəliyyətimi davam etdirirəm.

- Niyə məhz ginekologiya sahəsini seçdiniz?

- Sözün düzü, mən cərrah olmaq istəyirdim. Qismət elə gətirdi ki, ginekoloq oldum. Amma hər halda, indi də cərrahi əməliyyatlar icra edirəm.

- Bir həkim olaraq sizi narahat edən məsələ nədir?

- Bizim əhalidə tibbi baxımdan maariflənmə nisbətən aşağı səviyyədədir. Bir də ki, xanımlarımız xəstəliklərə elə də ciddi önəm vermirlər. Proflaktik müayinələrdən keçmirlər. Bu hal məni çox narahat edir.

- Bizim ölkədə uşaq ginekologiyası yoxdur. Bu, nədən irəli gəlir?

- Əslində qızların ilk aybaşı olduğu andan etibarən valideynlər həyəcan təbili çalmalıdırlar. Onları mütəmadi olaraq nəzarətdə saxlamalıdırlar. Xəstəlik oldu, olmadı, fərqi yoxdur. Proflaktik müayinələr mütləqdir.

- Bu peşə sizdən nə aldı?

- Zamanımı aldı, deyərdim. Çünki cavanlığımız oxumaqla keçdi. İndi də oxuyuruq (gülür).

- Son zamanlarda daha çox hansı xəstəliklərlə rastlaşırsınız?

- Daha çox virus infeksiyaları xəstəliklərlə qarşılaşırıq. Bu infeksiyaların əksəriyyəti də cinsi yolla keçir. Bu baxımdan, belə infeksiyalara yoluxmamaq üçün cütlüklərə cinsi münasibət zamanı qorunmağ və ehtiyatlı olmağı məsləhət görürük.

- Hər bir həkimin öz işləmə mexanizmi var. Sizin iş prinsipiniz nədən ibarətdir?

- Mən pasientlərə pul kisəsi kimi baxmıram. Onların hər birinə öz doğmam kimi yanaşıram. Hər biri ilə xoş münasibət və ünsiyyət saxlayıram.

- İşdənkənar necə birdir Ülviyyə xanım?

- İşdə necəyəmsə, işdənkənar da eləyəm. Sadə bir insanam.

- Xanımlara nə məsləhət görürsünüz?

- Məsləhət görürəm ki, ildə ən azı iki dəfə proflaktik müayinələrdən keçsinlər. Çünki vaxtında olunan müayinə yarana biləcək böyük təhlükələrin qarşısını almaq deməkdir.

Həkimlə əlaqə: (050) 4417947

Ginekoloq Ülviyyə Əkbərova: "Pasientlərimlə xoş münasibət və ünsiyyət saxlayıram"
Ginekoloq Ülviyyə Əkbərova: "Pasientlərimlə xoş münasibət və ünsiyyət saxlayıram"
Ginekoloq Ülviyyə Əkbərova: "Pasientlərimlə xoş münasibət və ünsiyyət saxlayıram"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...