Anons

18-05-2020, 16:26- Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova yeni şeirini kitabxanaya təqdim etdi

15-05-2020, 16:33- Azərbaycanda SMS icazə sistemi ləğv olunur.

14-05-2020, 17:15- Azərbaycanda koronavirusa yoluxanların sayı 2879 nəfərə çatdı

14-05-2020, 13:22- Sahibkarlar "Asan İmza" ilə Azərbaycan Beynəlxalq Bankında onlayn hesab aça biləcəklər

14-05-2020, 12:34- Azərbaycan ərəb ölkələrinə soğan ixracına başladı

14-05-2020, 11:09- Dünyada koronavirusa ən çox yoluxma ilk dəfə Amerika qitəsində qeydə alınıb

13-05-2020, 20:15- Stilist Şəhla İbrahimova: "Bu yerə öz gücümlə gəlmişəm"

11-05-2020, 23:20- Sübut Əsədov: Korrupsiyaya və rüşvətə son qoyulmalıdır.

8-05-2020, 18:17- “Nar” koronavirusla mübarizə məqsədilə təxirəsalınmaz addımlar atır” – Baş İcraçı direktor Q.Panke

8-05-2020, 17:15- Operativ Qərargahın məlumatı – Bakı Metropoliteni fəaliyyətini bərpa edir

8-05-2020, 12:03- Quba Suvarma Sistemləri İdarəsində dövlətin pulu belə “yuyulur”-NONSES

8-05-2020, 11:30- Ötən il övladlığagötürmə ilə bağlı 200 müraciət olub

8-05-2020, 10:15- Şuşasız 28 il...

6-05-2020, 12:47- BDU-DA BEYNƏLXALQ VİRTUAL ELMİ KONFRANS KEÇİRİLİR

5-05-2020, 22:34- Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının ilk iclası keçirilib

5-05-2020, 13:27- Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyi Rəyasət Heyyətinin vatcap və FB üzərindən növbəti onlayn toplantısı keçirildi.

5-05-2020, 13:21- Ceyhun Zeynallı niyə həbs olunub?-Rəna Ağarzayeva 397 min manatı kimə və niyə verib?

5-05-2020, 12:03- Dünya Bankı pandemiya ilə mübarizə üçün 160 milyard dollara qədər vəsait ayıracaq

5-05-2020, 10:57- Vergi hesabatlarının təqdim edilməsi müddətləri uzadılıb

4-05-2020, 15:01- Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) "Abituriyentlərlə İş Departamenti" yazı müsabiqəsi elan edir.

Haqqımızda Əlaqə

Gənc şair Hüseyn Hafiz:"Sevgi ürəkdən gəlməlidir"

Tarix:22-08-2019, 18:20

Gənc şair Hüseyn Hafiz:"Sevgi ürəkdən gəlməlidir"
- Hüseyn, siz də qəzəl janrına üstünlük verib məhz bu janrda yazan gənclərimizdən birisiniz. Bu janrın bu günki vəziyyəti sizi qane edirmi?

- Qəzəl klassik ədəbiyyatımızın janrlarından biridir. Çox nadir hallarda cavanlar bu üslubda yazırlar. Ümumi vəziyyəti analiz etsək, qənaətbəxş hesab etmək olar. Çünki bu janrda yazan istedadlı gənclər hələ də var. Mənim kiminsə yazısını dəyərləndirməyim düz olmaz. Bu, ustadların işidir. Şəxsən mən Namiq Səfanın və Binədən Ağasəlim Əmrinin qəzəllərini çox bəyənirəm. Güman edirəm ki, qəzəl janrında yazan, amma elə də tanınmayan bir çox gənc var.

- Bəs özünüz hansı şairlərdən bəhrələnmisiniz?

- Bu siyahıda ən birinci rəhmətlik Hacı Ələmdar Mahiri qeyd etmək istəyirəm. O, mənim üçün bir məktəbdir. Ondan mənəvi qidalanmışam. Ondan başqa, Kərbəlayi Mahir Cürət, Hacı Arif Buzovnalı, Hacı Elşən Xəzər, İlqar Fəhmi kimi şairlərdən də bəhrələnmişəm. Onların yazdıqları qəzəlləri mütəmadi olaraq mütaliə edirəm.

- Qəzəl yazarkən nəyə diqqət olunmalıdır?

- Qəzəl yazarkən ilk növbədə bəhrə, daha sonra isə məna və məntiqə fikir vermək lazımdır. Məna ilə məntiq bir-birini tamamlamalıdır ki, oxucu məna axtararaq fikrin məntiqini anlasın. Bir də ki, şair gərək hissiyatlı olsun. Bu, cox önəmlidir.

- Əruzun bəhrləri çoxdur. Siz daha çox hansına üstünlük verirsiniz?

- Mənim bir neçə il bundan öncə yazdıqlarım indi mənə gülünc gəlir. Çünki yazdıqca daha da püxtələşirəm. İndi daha çətin bəhrlərdə yazıram. Asanı yazmağa nə var?! Ümumiyyətlə, mən özümə söz vermişəm ki, bütün bəhrlərdə yazacağam.

- Qəzəllərinizi daha çox hansı mövzuda yazırsınız?

- Daha çox sevgi mövzusunda yazıram. Qəzəl sevgiyə aid bir janrdır. Sevgi də elə bir hissdir ki, ürəkdən gəlməlidir. Amma bütün sevgilərin başlanğıcı Allaha olan sevgidir. Mən Həzərəti Əli aşiqiyəm. Qəzəllərim də Allaha və onun əhli-beytinə olan sevgimi əks etdirir. Ümumiyyətlə, hər şair sevgini özünəməxsus tərzdə dərk edir.

- Müsahibənin sonunda bu janrda yazan gəclərə nə demək istərdiniz?

- Mən öz timsalımda bütün gənc şairlərə demək istəyirəm ki, gəlin, bu sənəti yaşadaq, bu sənəti yaşadan ustadlara hər zaman hörmətlə yanaşaq. Çoxlu mütaliə edək. Ən əsası, təslim olmayaq və ruhdan düşməyək. Yazaq, yaradaq!

Gənc şair Hüseyn Hafiz:"Sevgi ürəkdən gəlməlidir"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...