Anons

Bu gün, 17:08- Bu müəllimlərin bilikləri sınaqdan keçiriləcək

Bu gün, 16:52- Bu il azərbaycanlılar Türkiyədə 700-dən çox daşınmaz əmlak alıb

Bu gün, 16:41- Qobustana gələn turistlərin sayı artıb (ÖZƏL)

Bu gün, 16:25- Çinin parlament sədri Azərbaycana rəsmi səfərə gəlib

Bu gün, 16:13- Azərbaycanda yeni işgüzar turizm məhsulları yaradılacaq

Bu gün, 15:43- “Azərbaycan Dəmir Yolları” TDƏŞ-in üzvlüyünə qəbul edilib (FOTO)

Bu gün, 15:31- Qobustan qoruğunda "Avropa İrs Günləri" qeyd olunub

Bu gün, 15:19- Kənd Təsərrüfatı Nazirliyi: İsmayıllıdakı hadisə günvurna ilə bağlıdır (ÖZƏL)

Bu gün, 15:10- Qaxda III Bal bayramı keçirilir

Bu gün, 14:58- Yasamal rayon MKS-inin 3 saylı filialının əməkdaşları Gülhüseyn Hüseynoğlunun “Mücrü“ kitabının təqdimatında

Bu gün, 14:46- Hüseyn Abdullayevə 8 il cəza istənildi - Məhkəmə zalından çıxarıldı

Bu gün, 14:23- Azərbaycanda İLK DƏFƏ toxum sərgi-satış yarmarkaları keçiriləcək

Bu gün, 14:14- Səhiyyə Nazirliyi İsmayıllıda baş verən zəhərlənmə ilə bağlı: Yardım göstərilir

Bu gün, 13:32- Sabah 34 dərəcə isti olacaq

Bu gün, 13:19- ADU kollektivi Cocuq Mərcanlı kənd orta məktəbində səfərdə olub

Bu gün, 13:07- Azərbaycanda ətin üzərinə nişan qoyulmasına görə 5 manatadək rüsum tutulacaq

Bu gün, 12:54- Azərbaycan millisi FİFA reytinqində 109-cu pillədə qalıb

Bu gün, 12:45- MTRŞ-nın Aparat rəhbəri vəzifəsi üzrə müsahibə elan edilib

Bu gün, 12:33- Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1 milyard dolları keçib

Bu gün, 12:21- Sosial şəbəkələrin forması dəyişiləcək

Haqqımızda Əlaqə

Ağstafada məmur özbaşınalıqları – RİH başçısının birinci müavini Ramiz Tatarov məktəb direktorunu niyə himayə edir? – Şikayət

Tarix:15-08-2019, 12:08 Baxış Sayı:0

Ağstafada məmur özbaşınalıqları – RİH başçısının birinci müavini Ramiz Tatarov məktəb direktorunu niyə himayə edir? – Şikayət Redaksiyamıza şikayət ünvanlayan Əliyev Rövşən Qəşəm oğlu polis zabiti kimi Rusiya Federasiyasında xidmət keçərək 2004-cü ildə təqaüdə çıxıb. Bundan sonra doğulduğu Ağstafa rayonunun Aşağı Kəsəmən kəndinə qayıdan şikayətçini rayon məmurları gəldiyi günə peşman edib. Daha sonra başına gələnləri Rövşən Əliyev aşağıdakı formada nəql edir:
“2013-cü ildə həmkəndlim Məmmədova Mətanət Cahangir qızı ilə qeyri rəsmi nigah bağladıq.Tanışlığımız müddətdə kəndin bələdiyyə sədri Batıyev Akifin vasitəsi ilə Məmmədova Mətanət mənə həyətyanı torpaq sahəsi satdı. Sonradan məlum oldu ki,həmən torpaq sahəsinin sənədi saxta imiş. Bundan əlavə birgə yaşadığımız müddətdə aldığım torpaq sahəsinə qonşu olan Xası adlı şəxsə məxsus 8 sot torpaq sahəsinin içində olan yarım tikili evi Məmmədova Mətanət mənə aldıraraq ,tikilini mənə tamamlatdırdı.Tam təmir etdim və 2013-cü ildən 2015-ci ilə kimi bu evdə yaşamışam.Evin bütün mebelini, istilik sistemlərini və diğər əşyalarını şəxsi vəsaitimlə almışam. Bundan əlavə Məmmədova Mətanət Aşağı Kəsəmən tam kənd orta məktəbinin direktoru vəzifəsində işləyir. O,məni aldadaraq məktəbdə mənə təssərüffat müdürü vəzifəsi vəd edərək məktəbin istilik sistemini bərpa etdirdi, məktəbin hasarlanmasını, 7 otaqdan ibarət ayaqyolunu mənə tikdirdi və digər işləri də mənə gördürdü, lakin heç bir əmək haqqı vermədi. Bundan əlavə Məmmədova Mətanətin direktor olduğu Aşağı Kəsəmən kənd tam orta məktəbində qeyri qanuni işləri çoxlu saydadır. O məktəbin ərazisini 4 metr eni 100 metr uzunluğu olan torpaq sahəsini məktəbə qonşu olan şəxsə qeyri qanunu satmışdır. Məktəbdə hərbi və idman dərsləri keçirilmir. Bundan əlavə bir neçə müəllimin maaş kartları da Məmmədova Mətanətdədir. Məmmədova Mətanət məni qanunsuz olaraq qurduğum yaratdığım evdən qovdu. O,polisin qanunsuz müdaxiləsi nəticəsində yaşadığım evin açarlarını əlimdən aldı. Bütün bu proseslər sahə inspektoru Xəyalın və tədqiqatçı Fuadın vasitəsi ilə yerinə yetirilib. O, hətta evimi qeyri qanuni yolla özəlləşdirərək oğlu ,həm də ki həmin kəndin icra məmuru Pərvizin adına keçirmişdir. Bundan əlavə Məmmədova Mətanət vəzifəsindən sui istifadə edərək,müəllim və şagirdlərə təsir edərək mənlə ünsiyyət qurmağa imkan vermir. Bütün bu qanunsuzluqlarla mən mübarizə apararaq Ağstafa rayon Məhkəməsinə müraciət etdim. Lakin Məmmədova Mətanət rüşvət verərək məhkəmə qərarını öz xeyrinə qərarlaşdırdi. Mən yenə də mübarizə apararaq Gəncə Apelasiya Məhkəməsinə müraciət etdim və qələbə çaldım. Məmmədova Mətanət Respublika Ali Məhkəməsinə müraciət etsə də qələbə çala bilməmiş, Respublika Ali Məhkəməsi də mənim xeyrimə qərar vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin və Respublika Ali Məhkəməsinin mənim xeyrimə verdiyi qərarları Ağstafa rayon məhkəmə icraçısı Namiq Mansurov icra etmək istəmir. O Məmmədova Mətanətdən rüşvət alaraq mənim haqqımı onlara bağışlayıb. Mən bu qanunsuzluqlarla bağlı Ağstafa rayon İcra hakimiyyətinə və rayon Prokurorluğuna dəfələrlə müraciət etmişəm. Lakin heç bir nəticə görməmişəm. Belə ki,rayon icra hakimiyyətində birinci müavin Ramiz Tatarov bu rüşvətxor məktəb direktoru Məmmədova Mətanətin arxasında dağ kimi durur. Onları dəstəkləyir. Xahiş edirəm bu dələduzları ifşa edəsiniz.”
Yazıda adıçəkilən şəxslərin mövqeyini dərc etmək üçün əlaqə saxlamağa çalışsaq da, gün ərzində heç bir məmuru yerində tapa bilmədik. Buna baxmayaraq, qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq. Araşdırmalarımız davam edir. Ardı var...скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...