Anons

Dünən, 17:09- "Smart-kart" tipli sayğaclar barədə yayılan məlumatlara dair "Azəriqaz"dan AÇIQLAMA

Dünən, 16:56- Azərbaycanda şəkərli diabetin bu növü daha geniş yayılıb

Dünən, 16:47- “Clarivate Analytics” şirkətinin nümayəndəsi BDU-da təlim keçib

Dünən, 16:34- Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin açılışı olub

Dünən, 16:25- Azərbaycan və Gürcüstan dəmir yolları sahəsində əməkdaşlıqla bağlı protokol imzalayıb

Dünən, 16:11- Ağ Şəhərdə növbəti yaşıllıq zonası yaradılır

Dünən, 15:43- Bu ilin 10 ayında alıcılar ən çox bu mallara pul xərcləyib

Dünən, 15:31- Əliyar Ağayev Avro-2020 oyununa təyinat aldı

Dünən, 15:22- Prezident İlham Əliyev Rusiyanın Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimindən ibarət nümayəndə heyətini qəbul edib

Dünən, 15:10- Azərbaycanda avtomobillərə pərdə qadağası götürülür - Sürücülərə ŞAD XƏBƏR

Dünən, 14:57- Azərbaycanda yeni reyestr yaradılacaq

Dünən, 14:44- Almaniya Azərbaycanlıları Alyansının BƏYANATI qanunsuz mühacirlərlə bağlı qaranlıq məqamları açıqladı

Dünən, 14:35- Belarusda Azərbaycanın turizm imkanları təqdim olunub

Dünən, 14:26- BDU-nun bütün əməkdaşlarına 100 illik yubiley münasibətilə mükafat veriləcək

Dünən, 13:19- 65 nəfər əlilliyi olan şəxsə reabilitasiya vasitələri yaşadıqları rayonda təqdim edildi

Dünən, 13:08- Bakıya yağış, rayonlara qar yağacaq

Dünən, 12:56- Dünya dini liderlərinin II Sammitinin Bakı Bəyannaməsi qəbul edilib

Dünən, 12:47- Elmar Məmmədyarov BƏƏ-də Sir Bani Yas Forumunda iştirak edəcək

Dünən, 12:35- "Mən bunu bilsəydim” adlı tədbir keçiriləcək

Dünən, 12:23- Azərbaycanda ilk dəfə olaraq beynəlxalq “DevOpsDays” konfransı keçiriləcək

Haqqımızda Əlaqə

Abid Şərifovun şirkəti Moldovada 6 aydır maaş vermir, fəhlələr tətilə başlayıb

Tarix:14-08-2019, 12:44

Abid Şərifovun şirkəti Moldovada 6 aydır maaş vermir, fəhlələr tətilə başlayıb Moldovada Ungena-Kişnyov avtomobil yolunun təmirini həyata keçirən Azərbaycan şirkəti "EVRASCON” 6 aydır fəhlələrin maaşını vermir.

Virtualaz.org Moldova mənbələrinə istinadən xəbər verir ki, fəhlələr aylardır maaş ala bilmədiklərinə görə tətilə başlayıblar.

Onlar deyirlər ki, şirkətin işçilər və digər təchizatçı şirkətlər qarşısında nəhəng borcları yaranıb, rəhbərlik maaşların nə zaman veriləcəyini demir.


"Ötən şənbə günündən tətilə başlamışıq. Şirkət rəhbərliyinə sorğu göndərmişik və onların obyektlərdəki rəislərini xəbərdar etmişik. Habelə Ungensk rayonunda əmək münasibətlərini tənzimləyən idarəyə getmişik, amma hamı məzuniyyətdədir, heç kimlə danışa bilmədik. Bu gün avqustun 13-də Kişnyova, Baş Əmək Müfəttişliyinə gedəcəyik. Bilmirik nə edək, belə şəraitdə işləyə bilmirik”,-adının açıqlanmasını istəməyən fəhlə ötən gün yerli saytlardan birinə danışıb.

Moldovanın Jurnalist Araşdırmaları Mərkəzi həmin yolun tikintisi layihəsinə dair daha detallı məlumat almaq üçün Dövlət Avtomobil Yolları Administrasiyasına sorğu göndərib, amma həmin strukturun əməkdaşı deyib ki, problem barədə heç nə bilmir, üstəlik tenderi udan Avropa şirkətidir.

Lakin bu ilin may ayında Moldovanın İqtisadiyyat və İnfrastruktur Nazirliyi bildirmişdi ki, Kişnyov-Ungena-Skulyana avtomobil yolunun təmiri işləri 60 faiz yerinə yetirilib. Yolun tikintisi üçün beş şirkətlə müqavilə bağlanıb, onlardan ikisi Azərbaycan, ikisi Çexiya, biri Moldova şirkətləridir. Layihənin ümumi dəyəri 80 milyon avrodur.

"Hərçənd bu şirkətlər cərimələnib, amma biz onlarla işləməkdə davam edirik, çünki əks halda təkrar tender keçirmək lazım gələrdi. Bu isə çox vaxt aparar”,-həmin vaxt iqtisadiyyat və infrastruktur naziri vəzifəsini tutan Kirill Qaburiç ("Azərcell”in keçmiş rəhbəri) deyib.

Kişnyov-Ungena-Skulyana avtomobil yolunun tikintisi üçün Azərbaycanın Euro-Asian Construction Corporation Evrascon JSC şirkəti və Çexiyanın OHL ZS şirkəti ilə müqavilənin yerinə yetirilməsi işləri 2014-cü ilin martında başlayıb. Lakin uzunluğu cəmi 83.8 km. olan yolun tikintisi hələ də başa çatmayıb. Şirkət işləri 2016-cı ilin sonlarında təhvil verməli idi, daha sonra müddət 2019-cu ilin sonuna qədər uzadılıb.

Qeyd edək ki, "Evrascon” şirkəti Azərbaycanda da bir sıra yol-infrastruktur layihələri həyata keçirir. Və şirkət Azərbaycanda da illərdir əmək haqlarını gecikdirir, "Evrascon”un işçiləri aylarla əmək haqlarını ala bilmir və dəfələrlə müxtəlif formada etirazlar bildiriblər.

Şirkətin baş nazirin keçmiş müavini Abid Şərifova bağlı olduğu məlumdur.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...