Anons

28-05-2020, 10:09- Azərbaycan Xalq Cümhuriyyətinin 102 yaşı tamam olur

26-05-2020, 18:41- Sosial Psixoloq Aytac Çingizqızı boşanmalar barədə danışdı

26-05-2020, 16:08- Son 1 il ərzində “Nar”ın 4G istifadəçilərinin sayı 66% artıb

18-05-2020, 16:26- Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova yeni şeirini kitabxanaya təqdim etdi

15-05-2020, 16:33- Azərbaycanda SMS icazə sistemi ləğv olunur.

14-05-2020, 17:15- Azərbaycanda koronavirusa yoluxanların sayı 2879 nəfərə çatdı

14-05-2020, 13:22- Sahibkarlar "Asan İmza" ilə Azərbaycan Beynəlxalq Bankında onlayn hesab aça biləcəklər

14-05-2020, 12:34- Azərbaycan ərəb ölkələrinə soğan ixracına başladı

14-05-2020, 11:09- Dünyada koronavirusa ən çox yoluxma ilk dəfə Amerika qitəsində qeydə alınıb

13-05-2020, 20:15- Stilist Şəhla İbrahimova: "Bu yerə öz gücümlə gəlmişəm"

11-05-2020, 23:20- Sübut Əsədov: Korrupsiyaya və rüşvətə son qoyulmalıdır.

8-05-2020, 18:17- “Nar” koronavirusla mübarizə məqsədilə təxirəsalınmaz addımlar atır” – Baş İcraçı direktor Q.Panke

8-05-2020, 17:15- Operativ Qərargahın məlumatı – Bakı Metropoliteni fəaliyyətini bərpa edir

8-05-2020, 12:03- Quba Suvarma Sistemləri İdarəsində dövlətin pulu belə “yuyulur”-NONSES

8-05-2020, 11:30- Ötən il övladlığagötürmə ilə bağlı 200 müraciət olub

8-05-2020, 10:15- Şuşasız 28 il...

6-05-2020, 12:47- BDU-DA BEYNƏLXALQ VİRTUAL ELMİ KONFRANS KEÇİRİLİR

5-05-2020, 22:34- Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının ilk iclası keçirilib

5-05-2020, 13:27- Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyi Rəyasət Heyyətinin vatcap və FB üzərindən növbəti onlayn toplantısı keçirildi.

5-05-2020, 13:21- Ceyhun Zeynallı niyə həbs olunub?-Rəna Ağarzayeva 397 min manatı kimə və niyə verib?

Haqqımızda Əlaqə

Kateqoriya idarə etməsi və satınalma üzrə ekspert- marketoloq Toğrul Musayev: "İş prinsipim düzgün və ədalətli olmaqdır"

Tarix:9-08-2019, 19:32

Kateqoriya idarə etməsi və satınalma üzrə ekspert- marketoloq Toğrul Musayev: "İş prinsipim düzgün və ədalətli olmaqdır" - Toğrul bəy, necə oldu ki, bu sahəyə gəldiniz?

- Mən 2010-ci ildə BellFood Ticarət və Dağıtım şirkətində işə başladım. Bu mənim FMCG sektorunda ilk təcrübəm idi. Burada müəyyən iş təcrübəsi qazandıqdan sonra satış təmsilçisi kimi fəaliyyət göstərdim. 2012-ci ildən etibarən "soyuq" satışda özünəxidmət mağazalarına satış ilə məşqul olmuşam . Çalışdığım şirkət bağlandıqdan sonra, Araz supermarket şəbəkələrinin Azadlıq filalında işə başladım. Bu dəfə artıq masanın digər tərəfinə keçdim və filial müdir müavini kimi işimi apardım. 2013-cü ildən etibarən isə Araz supermarketlərinin qeyri-qida şöbəsində Təmizlik və Kosmetika kateqoriya müdiri təyin olundum. Artıq 7-ci ildir ki, bu vəzifədə çalışıram .

- Bu sahədəki hal-hazırkı vəziyyəti necə dəyərləndirirsiniz?

- Azərbaycanda pərakəndə bazar son beş-altı il ərzində ciddi dəyişikliklərə uğradı. Bazar sistemindən dünya standartlarına uyğun inkişaf etməyə başladı. Tendensiyaya baxsaq, mənim çalışdığım şirkət də bu inkişafa fürsət yaratdı. Ölkəmiz inkişaf etdikcə, pərakəndə bazar da inkişaf edir. Hal-hazırda bazar formalaşmaq mərhələsindədir. Bazara böyük "oyunçu"lar daxil olublar. Rəqabət artıq qiymət üzrə deyil, marketinq üzrə başlayıb. Azərbaycan bazarı dünya standartlarına doğru böyük addımlarla yaxınlaşır.

- İş prinsipiniz nədən ibarətdir?

- Mənim iş prinsipim düzgün və ədalətli olmaqdır. Bizim gördüyümüz işdən bir çox insanların uğuru asılıdır. Bizim xırda bir səhvimiz hansısa yanaşmanın dəyişməsinə gətirib çıxarda bilər. Hər halda, yeddi ildir ki, mən alın açıqlığı ilə öz işimi davam etdirirəm.

- Bu sektorda rəqabət hansı dərəcədədir?

- Rəqabət həmişə olub. Rəqabət olmasa, inkişaf da olmaz. Sağlam rəqabətin olması sevindirici haldır.

- Bu işdə püxtələşmək üçün nə etmək lazımdır?

- Bazar inkişaf etdikcə menecerlərə olan təlabat da dəyişilməyə başlayır. Məsələn, artıq yaxşı kompyuter biliyi olmayan birini bu işdə təsəvvür etmək çox çətindir. Birinin güclü satınalmacı olması üçün ilk öncə güclü analiz etmək qabiliyyəti olmalıdır.

- Marketinq üzrə sizi narahat edən məsələ nədir?

- Belə bir deyim var ki, menecerlər şirkətin əsas pul mənbəyidir. Yaxşı menecerə həmişə tələbat var və yaxşı menecer inkişaf etmək üçün daimi olaraq bir yerdə qalmır. Edilən təklifləri dəyərləndirir. Lakin bəzi şirkətlər yaxşı menecerin potensialını bir o qədər də önəmsəmirlər. "Əvəzolunmaz işçi yoxdur" prinsipini əsas götürülür işçini dəyərləndirmirlər .Yaxşı menecerin üzərində işləmək, onu daha da təkmilləşdirmək lazımdır.

- Marketinqə aid təlimlərdə iştirak edirsinizmi?

- Bəli, mütəmadi olaraq təlimlərdə iştirak edirəm. Ayrıca, müxtəlif forumlarda da tez-tez oluram. Xarici mütəxəssislərin təlimlərində oluram. Təəssüflər olsun ki, Azərbaycanda sırf bu təlimlərlə məşğul olan bir mərkəz yoxdur. Ümid edirəm ki, gələcəkdə belə bir mərkəz yaradılacaq.

- Qarşınıza qoyduğunuz bütün hədəflərə çatmısınızmı?

- Bəli, mən həyatımı planlar üzərində qururam və hər bir planımı yazıram. Şükürlər olsun ki, bu günə qədər arzuladığım bütün hədəflərə çatmışam. Bundan sonrakı planlarım üzərində ciddi səylə çalışıram.

- Gələcəyə dair hansı planlarınız var?

- Mən bu sahəyə aid bir kitab yazmağı düşünürəm. Ümumiyyətlə, düşünürəm ki, bu sahəyə dair bir çox işlər görülə bilər. Məsələn, bir sayt, dərnək, ictimai birlik və s. yaradıla bilər.

- Bu sahədə irəli getmək istəyənlərə nə məsləhət görürsünüz?

- Mənim müdirim Vüsal Şərifov deyirdi ki, bu işi yaxşı bacarmaq üçün mütləq alış-verişi yaxşı bilmək lazımdır. Ola bilər ki, yaxşı kompyuter və dil biliyin olsun, amma alış verişi bilmirsənsə, bu işdə istədiyin kimi uğur qazana bilməyəcəksən. Marketinq günbəgün inkişaf edir. Bu sahədə uğur qazanmaq üçün kompyuter və dil bilmək də vacibdir.

Kateqoriya idarə etməsi və satınalma üzrə ekspert- marketoloq Toğrul Musayev: "İş prinsipim düzgün və ədalətli olmaqdır"
Kateqoriya idarə etməsi və satınalma üzrə ekspert- marketoloq Toğrul Musayev: "İş prinsipim düzgün və ədalətli olmaqdır"
Kateqoriya idarə etməsi və satınalma üzrə ekspert- marketoloq Toğrul Musayev: "İş prinsipim düzgün və ədalətli olmaqdır"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...