Anons

Bu gün, 16:15- Yeni vahid məktəbli forması nə vaxtdan tətbiq ediləcək? RƏSMİ AÇIQLAMA

Bu gün, 16:04- SOCAR və "Petrofac"ın birgə müəssisəsi Azərbaycanda mühəndis-texniki xidmətlər göstərəcək

Bu gün, 15:53- Qara Dəniz Ticarət və İnkişaf Bankı gələcəkdə manat istiqrazları buraxa bilər (ÖZƏL)

Bu gün, 15:39- Yapon alimlərinin son kəşfi - insanlar üçün quyruq!

Bu gün, 15:28- "Real", "Barselona" və "Liverpul"un ulduzları Bakıya gəlir

Bu gün, 15:16- BDU-ya qəbul olmuş tələbələrin sənəd qəbulu davam edir

Bu gün, 15:07- Azərbaycan Gürcüstanın ticarət tərəfdaşları sırasında ilk beşlikdədir

Bu gün, 14:54- Boks üzrə Azərbaycan yığması Nəriman Abdullayevə tapşırılıb

Bu gün, 14:42- Azərbaycan əhalisinin 13 faizini pensiyaçılar təşkil edir

Bu gün, 14:31- Azərbaycandan Rusiyaya 5 kiloqramdan artıq meyvə-tərəvəz aparmaq olmayacaq

Bu gün, 14:23- Bakı metrosunda qatarların intervalında fasilə yaranıb

Bu gün, 13:50- Maestro Niyazinin xatirəsi yad olunacaq

Bu gün, 13:37- AFFA rəsmisi beynəlxalq təyinat alıb

Bu gün, 13:30- Batumi çimərliklərində “qırmızı həyəcan” elan edilib

Bu gün, 13:18- Azərbaycanda Prezident təqaüdü təyin olunmuş şəxslərin sayı açıqlanıb

Bu gün, 13:09- “Relax”da nə baş verib? - İcra başçısının müavini və istirahət mərkəzinin rəhbərliyi davadan DANIŞDI

Bu gün, 12:54- Sabahdan Bakının bu küçələrində hərəkət məhdudlaşdırılır

Bu gün, 12:42- “Sosial Bağlar” layihəsi çərçivəsində 250 ailə üçün meyvə bağlarının salınmasına başlanılıb

Bu gün, 12:33- Əri tərəfindən yandırılan qadın xəstəxanada öldü - DƏHŞƏTLİ GÖRÜNTÜ

Bu gün, 12:25- Xəzərə düşən MiQ-29-un “qara qutusu” tapıldı - FOTO

Haqqımızda Əlaqə

Jurnalist Rövnəq Abdullayevə müraciət etdi – “Vaqif Əliyev məni və işlədiyim saytı ağır sözlərlə təhqir etdi”

Tarix:9-08-2019, 09:54 Baxış Sayı:27

Jurnalist Rövnəq Abdullayevə müraciət etdi – “Vaqif Əliyev məni və işlədiyim saytı ağır sözlərlə təhqir etdi” SOCAR-ın prezidenti Rövnəq Abdullayevə AÇIQ MƏKTUB

Hörmətli Rövnəq müəllim! Yazıb diqqətinizə çatdırıram ki, SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev özümün və çalışdığım “Azerbaijan Favorite News” (AFN) saytının ünvanına təhqir səsləndirib. Belə ki, 07.08.2019-cu il tarixində redaksiyamıza V.Əliyev və oğlu Orxan Əliyevlə bağlı prokurorluq orqanlarına şikayət edən bir qrup şəxs tərəfindən müraciət daxil olub. 08.08.2019-cu il tarixində müraciətdə səsləndirilən fikirlərə münasibət öyrənmək üçün V.Əliyevə telefon açmışam. Öncə məni nömrəsini hardan almağımla bağlı sorğu-suala çəkən idarə rəisinə jurnalist üçün vəzifə sahibi olan istənilən şəxsin nömrəsini tapmağın problem olmadığını dedim. Daha sonra o, səsini yazıb-yazmadığımı soruşdu, diqqətinə çatdırdım ki, özündən icazə almadığım üçün səsini yazmıram. Bundan sonra isə V.Əliyev çalışdığım saytın “reket” olmasına eyham vuraraq, saytın rəhbərliyinin və yazı müəllifinin ünvanına böhtan, təhqir dolu fikirlər səsləndirdi. Təhqirə keçməməsini xahiş etsəm də, idarə rəisi “şərəfsizlik etmisiz, tərbiyəsizsiniz” və s. bu kimi etik baxımdan düzgün olmaz deyə yaza bilmədiyim ifadələrlə təhqirlərini davam etdirdi. Bizi özünün şərəf və ləyaqətini alçaltmaqda ittiham edən V.Əliyev özü təhqiramiz ifadələri dönə-dönə işlətməkdən çəkinmədi. Halbuki biz onun haqqında bir qrup şikayətçinin səsləndirdiyi fikirləri yazmışıq və orada heç bir təhqirdən, şərəf və ləyaqəti alçaltmaqdan söhbət belə gedə bilməz. Görünən odur ki, V.Əliyev şərəf və ləyaqətin anlayışını çox yanlış dəyərləndirir. Belə olmasaydı o, qarşı tərəf kimi mövqeyini almaq istəyən jurnalistin ünvanına təhqirlər yağdırmazdı. Həmçinin, idarə rəisinin ölkə qanunlarını və İT imkanlarını ya bilmədiyi, ya da hansısa səbəblərdən əhəmiyyət vermədiyi açıq-aydın özünü büruzə verir. Əgər V.Əliyev bizim iddiamız olarsa onun səs yazısının mobil operatorlardan alınaraq məhkəməyə təqdim olunacağını bilirsə və buna baxmayaraq, səsinin yazılmadığını dəqiqləşdirib sonra təhqirə əl atırsa, deməli, onun şəxsi keyfiyyətləri SOCAR kimi beynəlxalq nüfuza malik olan bir şirkətdə işləməyə imkan vermir. Əgər V.Əliyev bunlardan xəbərsizdirsə, o zaman yenə də onun tutduğu vəzifəyə uyğun kadr olmadığını deyə bilərik.
Hörmətli Rövnəq müəllim! Yuxarıda qeyd edilənləri nəzərə alaraq SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyevin haqqında ölçü götürməyinizi xahiş edirəm.

Hörmətlə, Həbibə Abdulla, araşdırmaçı-jurnalist.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...