Anons

Bu gün, 16:15- Yeni vahid məktəbli forması nə vaxtdan tətbiq ediləcək? RƏSMİ AÇIQLAMA

Bu gün, 16:04- SOCAR və "Petrofac"ın birgə müəssisəsi Azərbaycanda mühəndis-texniki xidmətlər göstərəcək

Bu gün, 15:53- Qara Dəniz Ticarət və İnkişaf Bankı gələcəkdə manat istiqrazları buraxa bilər (ÖZƏL)

Bu gün, 15:39- Yapon alimlərinin son kəşfi - insanlar üçün quyruq!

Bu gün, 15:28- "Real", "Barselona" və "Liverpul"un ulduzları Bakıya gəlir

Bu gün, 15:16- BDU-ya qəbul olmuş tələbələrin sənəd qəbulu davam edir

Bu gün, 15:07- Azərbaycan Gürcüstanın ticarət tərəfdaşları sırasında ilk beşlikdədir

Bu gün, 14:54- Boks üzrə Azərbaycan yığması Nəriman Abdullayevə tapşırılıb

Bu gün, 14:42- Azərbaycan əhalisinin 13 faizini pensiyaçılar təşkil edir

Bu gün, 14:31- Azərbaycandan Rusiyaya 5 kiloqramdan artıq meyvə-tərəvəz aparmaq olmayacaq

Bu gün, 14:23- Bakı metrosunda qatarların intervalında fasilə yaranıb

Bu gün, 13:50- Maestro Niyazinin xatirəsi yad olunacaq

Bu gün, 13:37- AFFA rəsmisi beynəlxalq təyinat alıb

Bu gün, 13:30- Batumi çimərliklərində “qırmızı həyəcan” elan edilib

Bu gün, 13:18- Azərbaycanda Prezident təqaüdü təyin olunmuş şəxslərin sayı açıqlanıb

Bu gün, 13:09- “Relax”da nə baş verib? - İcra başçısının müavini və istirahət mərkəzinin rəhbərliyi davadan DANIŞDI

Bu gün, 12:54- Sabahdan Bakının bu küçələrində hərəkət məhdudlaşdırılır

Bu gün, 12:42- “Sosial Bağlar” layihəsi çərçivəsində 250 ailə üçün meyvə bağlarının salınmasına başlanılıb

Bu gün, 12:33- Əri tərəfindən yandırılan qadın xəstəxanada öldü - DƏHŞƏTLİ GÖRÜNTÜ

Bu gün, 12:25- Xəzərə düşən MiQ-29-un “qara qutusu” tapıldı - FOTO

Haqqımızda Əlaqə

Dietoloq-endokrinoloq-nutrigenetik Azay Musayeva: "Hər pasientə individual yanaşıram"

Tarix:5-08-2019, 13:54 Baxış Sayı:167

Dietoloq-endokrinoloq-nutrigenetik Azay Musayeva: "Hər pasientə individual yanaşıram"
- Azay xanım, necə oldu ki, həkim oldunuz?

- Həkim olmaq mənim uşaqlıq arzum olub. Ailəmdə həkim olmasa da, hər zaman insanlara yardım etmək istəmişəm. Bu istək məni buralara qədər gətirib çıxartdı.

- Artıq neçə ildir ki, fəaliyyət göstərirsiniz?

- Beş ildir ki, Azərbaycanda fəaliyyət göstərirəm. Ondan öncə isə Türkiyədə çalışmışam.

- İşdənkənar necə birisiniz?

- Mən olduğum kimiyəm. Bəzən sərt olduğumu deyirlər. Amma elə deyil. Sadəcə olaraq, çox tələbkaram.

- Nə olmamalı idi, amma oldu?

- Qarşımda bəzi maneələr var idi. Onlar olmamalı idi, amma oldu. Şükürlər olsun ki, həmin maneələri aşmağı bacardım.

- Nə vaxtsa öz əlinizlə baltalanmısınızmı?

- Xeyr, belə bir məqam olmayıb.

- İş prinsipiniz nədən ibarətdir?

- Mən ilk növbədə, pasientlərimin psixologiyası üzərində işləyirəm. Bir xanım öz bədənini sevmədən və bədənində olan qüsurları qəbul etmədən müalicəyə start vermirəm. Biz ilk növbədə köklüyün səbəbini araşdırırıq. Çünki məsələni kökündən həll etməsək, müalicə üzdən getmiş olacaq.

- Bir dietoloq olaraq sizi narahat edən məsələ nədir?

- Xanımların çox məsələləri həddindən artıq özlərinə yaxın buraxmaqları, stressi "yeməkləri" və onların çərçivədə olmaqları məni çox narahat edir. Bu baxımdan, mən xanımları özlərinə qaytarmaq üçün müalicəni komple şəkildə həyata keçirdirəm.

- Sizcə, bir xanım üçün ən ideal bədən ölçüsü hansıdır?

- Mənim fikrimcə, bir xanım güzgüdə öz bədənini bəyənirsə, onu ideal hesab etmək olar.

- Bəzi xanımlar var ki, onların dietoloqlara müraciət etmək imkanları olmur. Onlara ev şəraitində çəki atmaq üçün məsləhətlər verisinizmi?

- Bəli, mən çalışıram ki, bildiklərimi kütləyə aşılayım. Sosial şəbəkələrdən yeməklə bağlı paylaşımlar edirəm. Bəzilərinin bilmədiyi çox incə məqamlara toxunuram. Tez-tez seminarlar keçirdirəm. Sağlamlıq üçün ümumi məlumatları verirəm. Lakin hər bir pasientin özü ilə individual məşğul olmaq lazımdır. Bu qayda bütün dünyada belədir.

- İzləyiciləriniz sizi çox sevirlər... Nədir bu sevginin arxasında yatan sirr?

- Mənə elə gəlir ki, səmimi olmağımdan qaynaqlanır bu sevgi. Ümumiyyətlə, hər şeyin əvvəli sevgidir. Pasientlərimin mənə olan sevgisi mənim işimə olan sevgimi daha da artırır. Mənə bir stimul verir.

- Xanımlarla işləyirsiniz. Dərk edə bilmisinizmi necə bir varlıqdır qadın?

- Qadın bir enerjidir. Qadın ətrafdakı hər şeyi dağıda və qura bilən varlıqdır. Qadın sizin üçün elə bir yemək hazırlayar ki, onun içində zəhər olmaz, amma o, öz dağıdıcı qüvvəsi ilə sizi zəhərləyə bilər. Qadın sizi qapıdan elə yola salar ki, gün ərzində ancaq uğur qazanarsınız.

- Xanımlara nə məsləhət görürsünüz?

- Məsləhət görürəm ki, elə etsinlər ki, arıqlamaqları sağlamlıqları bahasına başa gəlməsin. Dieta həyat tərzi deməkdir. Nədənsə imtina etmək, nəyisə yeməmək deyil. Ən əsası, şüurlu şəkildə qidalansınlar. Nəyi nə zaman yediklərinə fikir versinlər.

Həkimlə əlaqə: (055) 2424830

Dietoloq-endokrinoloq-nutrigenetik Azay Musayeva: "Hər pasientə individual yanaşıram"
Dietoloq-endokrinoloq-nutrigenetik Azay Musayeva: "Hər pasientə individual yanaşıram"
Dietoloq-endokrinoloq-nutrigenetik Azay Musayeva: "Hər pasientə individual yanaşıram"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...