Anons

Dünən, 17:09- 2022-ci ildən Bakıda yalnız sıxılmış qazla işləyən avtobuslar işləyəcək

Dünən, 16:56- “Danışan məktub” filminin tiflo və surdo şərhli versiyasının təqdimatı olub

Dünən, 16:44- Endokrinoloq-dietoloq Lalə Şamxalova: "Müalicəni axıra qədər davam etmək lazımdır"

Dünən, 16:32- Azərbaycan Könüllülərinin II Həmrəylik Forumu keçirildi

Dünən, 16:23- Bu gün rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır

Dünən, 15:48- Azərbaycanda hotellərə ulduz verilməsinə start verilir

Dünən, 15:36- Bakıda genişmiqyaslı ağacəkmə kampaniyaları təşkil olunub

Dünən, 15:27- Deputatlar Avronest Parlament Assambleyasının VIII sessiyasında iştirak edəcəklər

Dünən, 15:14- Elmar Vəliyevi vuran Yunis Səfərovla bağlı YENİ ŞOK DETALLAR

Dünən, 15:05- İstanbul, Ankara və İzmirdən Azərbaycana ixrac 800 milyon dolları ötüb (ÖZƏL)

Dünən, 14:52- Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çində "İmperial Spring - 2019"da çıxış edib

Dünən, 14:41- Azərbaycan İtaliya arasında ətraf mühit sahəsində ikitərəfli sənəd imzalanacaq

Dünən, 14:33- Sumqayıtda istehlak üçün yararsız olan 227 kq ət məhv edilib

Dünən, 14:18- Azərbaycanın FİFA hakimləri müəyyənləşib

Dünən, 14:09- Bakıda bayram yarmarkaları təşkil ediləcək

Dünən, 13:56- Sabahın hava PROQNOZU açıqlandı

Dünən, 13:47- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda ağacəkmə aksiyasında iştirak ediblər

Dünən, 12:55- Əkilən 650 min ağac tingi ETSN tərəfindən təmin edilir

Dünən, 12:43- Mənim sevimli həkimim

Dünən, 12:34- ADU-da "Mən Çin heroqliflərinin hökmdarıyam" adlı diktant müsabiqə keçirilib

Haqqımızda Əlaqə

Kərəm Həsənovun “kərə qulaq" etdiyi dövlət əmlakları - İLGİNC GƏLİŞMƏ

Tarix:2-08-2019, 11:58

Kərəm Həsənovun “kərə qulaq" etdiyi dövlət əmlakları - İLGİNC GƏLİŞMƏ Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov gərgin situasiya ilə üzləşib. Komitə sədrinin haqqında şübhəli hərraclardan ibarət dosye hazırlanır.

Etibarlı mənbə tərəfindən GundemXeber.Az-a ötürülən məlumata görə, Kərəm Həsənovun qaranlıq fəaliyyəti ön plana çıxarılmasına səbəb olub. Mötəbər mənbənin məlumatlarından aydın olur ki, aparılan islahatlarda Komitə sədri də vəzifəsindən kənarlaşdırılacaq. Buna görə, ƏMDK rəhbəri üçün olduqca ağır günlərin başlanması anlamına gəlmək olar. Söhbət Kərəm Həsənovun rəhbərlik etdiyi komitənin son illər qanuniliyi ciddi şübhə doğuran hərraclarından gedir. Həmin hərraclarda onlarla müəssisə Həsənov tərəfindən səhmdarlarının haqları pozularaq özünə yaxın şəxslərə, eləcə də bir çox başqa məmurlara faktiki olaraq, peşkəş edilib. Belə müəssisələrin siyahısının hazırlandığını və “yuxarılar”a təqdim ediləcəyini deyən mənbələr bildirirlər ki, bu, ƏMDK sədri üçün ciddi təhlükə vəd edir: “Xüsusən də ona görə ki, ƏMDK sədri xəlvəti hərraclarla dövlət mülkiyyətinin önəmli hissəsinin həm öz əlində (özünə yaxın şəxslər vasitəsilə), həm də özünün təmsil olunduğu iqtidariçi qrupun əlində cəmləşməsinə nail olub. Bu isə əlbəttə, qəbuledilməzdir və məsələnin üstü açılarsa, komitə rəhbərinə baha başa gələcəyinə heç bir şübhə yoxdur”. Bəs Kərəm Həsənovun xəlvəti, qanunlara uyğunluğu şübhə altına düşən hərracları necə keçirilir? Adətən bu qayda ilə: Əmlak Məsələləri hansısa müəssisənin səhmlərinin investisiya müsabiqəsinə çıxardığı barədə elan verir. Lakin müsabiqənin nəticəsi barədə heç bir rəsmi məlumat açıqlanmır. Bir qayda olaraq müsbət nəticə olmayanda bu müsabiqələrin nəticələri elan olunmur. Müşahidələr göstərir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov dəfələrlə bu cür hərrac keçirib və dövlət mülkiyyətində olan müəssisələri, bankları xəlvəti satır. Alıcılar isə bir qayda olaraq onun özünə bağlı çevrələrlə komitə sədrini himayə edənlər olur. K. Həsənovun qurduğu korrupsiyaya uyğun olaraq, bu günlərdə tanınmış vəkil Aslan İsmayılova vətəndaş müraciəti də sübut kimi qiymətləndirilə bilər. Beləliklə vəkilin vətəndaşdan aldığı məktubun qısa hissəsini təqdim edirik: “Aslan müəllim, bir məsələni də işıqlandırın. Ulduz metrosunun yanında yerləşən Əmlak Xidməti Mərkəzində arayış 10 AZN-dir. Doğrudur rəsmidir, qanunda da bu var. Amma qanun yanlış deyilmi? Mən kasıb vətəndaş arayış almaq istəyirəm ki, adında torpaq olub olmaması barədə hansı ki, işsizlik mərkəzinə verəcəm. 10 AZN rüsum istəyirlər. Bu qanun düşünürəm ki yanlışdır. Bu məsələni qabardsanız sevinərəm. Sağ olun.” Buna nümunə olaraq, aşağıdakı müəssisələri göstərmək olar. Belə ki, “Gəmi Təmiri” Açıq Səhmdar Cəmiyyəti (bu müəssisənin səhmlərinin 99 faizi naməlum şəraitdə, naməlum şəxsə satılıb);
- “Bakı Kondisioner” Açıq Səhmdar Cəmiyyəti (bu müəssisənin də satılması da müəmmalı şəraitdə baş tutub, 20-dən çox səhmdarın onlara çatmalı olan payı verilməyib);
- “Saxsı Qablar” Açıq Səhmdar Cəmiyyəti (Heydər Əliyev prospektində yerləşən bu müəssisəyə məxsus torpaq sahəsi “dövlət ehtiyaclarının ödənilməsi” adı ilə müəssisədən alınıb və fiziki şəxs Rəhim Musayevə satılıb. Qanunsuz alqı-satqı əməliyyatı Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənovun səlahiyyətli nümayəndəsi Rövşən Məmmədovun iştirakı və ASC-nin işinə müdaxiləsi ilə həyata keçirilib)… Bu nümunələrdir və şübhəsiz ki, son bir neçə ildə onlarca belə fakt var. Həmin faktların ümumiləşdirilməsi və dosye halına salınması reallaşarsa, nümunələrdən də göründüyü kimi, Kərəm Həsənovun ilginc hərrac əməliyyatları ilə bağlı yetərincə aydın mənzərə yaranacaq. Başqa bir məlumatda isə deyilir ki, bir neçə il bundan əvvəl Daşkəsəndə Filiz Saflaşdırma Kombinatına basqında Kərəm Həsənovun rolu olub. Xatırladaq ki, basqınçılar kombinatın direktoru Ələddin Qasımovun üzərinə silah çəkərək ondan müəssisənin təhvil verməsini tələb ediblər. Ələddin Qasımov həmin şəxslərdən kim olduqlarını, hansı əsasla kombinatı ondan almaq istədiklərini soruşub. Həmin şəxslər Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin adamları olduqlarını iddia ediblər. Əslində isə həmin şəxslər ora elə Kərəm Həsənovun göstərişi ilə gəliblər. Sadəcə Ramiz Mehdiyevin adını hallandırmaqla izi azdırmağa çalışıblar. Prezident Yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının davamlı müraciətlərinə baxmayaraq, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi bu qurum üçün inzibati bina verməkdən imtina edir. Bu barədə mətbuata Komissiyanın adının çəkilməsini istəməyən əməkdaşı məlumat verib. Məlumatda qeyd olunur ki, inzibati bina ilə bağlı Komissiyanın sədri Bəhram Xəlilov bir neçə dəfə əmlak məsələləri üzrə dövlət Komitəsinin sədri Kərəm Həsənova müraciət edib. Ancaq bu müraciətlərin hamısı cavabsız qalıb. Müraciətlərinin nəticəsiz olduğunu görən Bəhram Xəlilov sonda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə məktub yazıb. Komissiya sədrinin məktubuna müsbət cavab verilib verilməyəcəyi bəlli deyildi. Mənbəmiz Kərəm Həsənovun süründürməçiliyinin təsadüf olmadığını deyib. Belə ki, bir müddət əvvəl Kərəm Həsənov Prezident Yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının testindən keçməyən bir neçə nəfəri rəhbəri olduğu komitədə işə götürüb. Komissiyanın səyləri nəticəsində bu qanunsuzluğun qarşısı alınıb və həmin şəxslər işdən azad olunub. Bununla da hər iki qurum arasında konfliktin əsası qoyulub. Xatırladaq ki, Mərhum prezident Heydər Əliyev 25 mart 1996-cı ildə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramının yerinə yetirilməsini və özəlləşdirmə prosesində vətəndaşların fəal iştirakı üçün lazımi şəraitin yaradılmasını təmin etmək məqsədilə, 451 saylı sərəncam imzalamışdı. Əhaliyə bu məqsədlə adam başına bir ədəd özəlləşdirmə payı verilsə də, ondan necə istifadə etmək haqda maarifləndirmə çox kasad olduğundan, əhalinin əksəriyyəti öz paylarını “qara bazar”da satdı. Ötən 20 il ərzində ölkədə aparılan özəlləşdirmə prosesi özünü doğrultmadı. Respublikada gedən iki özəlləşdirmə proqramında doqquz milyon əhalinin cəmi 1%-i belə iştirak etməyib. Yəni vur-tut təxminən 10 minə yaxın adam əmək kollektivinə düşən 15%-in 1-2%-ni əldə edib. Beləliklə də ölkədə indi nəticəsi göz qabağında olan böyük bir işsizlər ordusu yarandı. İş yerləri qapadıldı, fabrik və zavodlar talan edildi. Özəlləşən dövlət mülkiyyətləri məmurların nəzarətinə keçdikdən sonra şəhərin mərkəzində yerləşən ASC-lərin ərazisində minoritar səhmdarlarla hesablaşmadan, yəni onlara çatası kompensasiyanı ödəmədən, yaşayış binaları inşa edildi. Majoritar səhmdarlar buna “əyri yollarla”, hüquqşünasların “əməyi nəticəsində” ləğvetmə qərarı qəbul edərək, ASC-ləri qeyri-qanuni yollarla məhv edərək nail oldular. Ölkə başçısı İlham Əliyev beynəlxalq ekspertlərin iştirakı ilə böyük özəlləşdirmə proqramının hazırlanması, bu işə yerli və xarici investorların cəlb olunması və iqtisadiyyatın canlanması üçün biznes mühitinin yaxşılaşdırılması məqsədilə mühüm tapşırıqlar verdi. Lakin prezidentin tapşırığına baxmayaraq, başda ƏMDK-nin sədri Kərəm Həsənov olmaqla, səhmdar cəmiyyətləri öz monopoliyasında saxlayan yüksək çinli dövlət məmurları, nəzarətlərində olan ASC-lərin illik hesabatını minoritar səhmdarlardan gizlətmək üçün, 40-dan çox ASC-nin səhmdarlarının bir gündə, eyni saatda və müxtəlif məkanlarda keçirdirlər. Məqsəd isə eynidir: saxta protokol tərtib edərək, etdikləri maxinasiyaları ört-basdır etmək! Səhmlərinin 30%-i dövlətdə olan ASC-lərdən gələn gəlirlər isə tamamilə büdcədən və səhmdarlardan gizlədilir. Əsasən 30 %-i dövlətdə olan cəmiyyətləri ƏMDK-nin işçiləri idarə edirlər. Bütün bunlar göstərir ki, K.Həsənov nəzarətində olan ASC-lərin mülkiyyətini, ərazisini yüksək qiymətə icarəyə verib, çox cüzi qiymətə sənədləşdirməklə, həm büdcəyə, həm də minoritar səhmdarlara külli miqdarda ziyan vurmaqla məşğuldur! Qeyd edək ki, K.Həsənovun nəzarətində olan ASC-lərin əksəriyyətinin hüquqi ünvanlarında ya “göydələn”lər tikilib, ya da müxtəlif məqsədlərə görə sökülüb. Hansı ki, Mülkü Məcəlləyə görə, ASC-lərdə səhmdarların razılığı olmadan heç bir söküntü olmamalıdır. Sökülən səhmdar cəmiyyətlərdən mənimsədiyi külli miqdarda vəsaitdən minoritar səhmdarlara heç bir kompensasiya ödəmir.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...