Anons

Bu gün, 15:39- Yapon alimlərinin son kəşfi - insanlar üçün quyruq!

Bu gün, 15:28- "Real", "Barselona" və "Liverpul"un ulduzları Bakıya gəlir

Bu gün, 15:16- BDU-ya qəbul olmuş tələbələrin sənəd qəbulu davam edir

Bu gün, 15:07- Azərbaycan Gürcüstanın ticarət tərəfdaşları sırasında ilk beşlikdədir

Bu gün, 14:54- Boks üzrə Azərbaycan yığması Nəriman Abdullayevə tapşırılıb

Bu gün, 14:42- Azərbaycan əhalisinin 13 faizini pensiyaçılar təşkil edir

Bu gün, 14:31- Azərbaycandan Rusiyaya 5 kiloqramdan artıq meyvə-tərəvəz aparmaq olmayacaq

Bu gün, 14:23- Bakı metrosunda qatarların intervalında fasilə yaranıb

Bu gün, 13:50- Maestro Niyazinin xatirəsi yad olunacaq

Bu gün, 13:37- AFFA rəsmisi beynəlxalq təyinat alıb

Bu gün, 13:30- Batumi çimərliklərində “qırmızı həyəcan” elan edilib

Bu gün, 13:18- Azərbaycanda Prezident təqaüdü təyin olunmuş şəxslərin sayı açıqlanıb

Bu gün, 13:09- “Relax”da nə baş verib? - İcra başçısının müavini və istirahət mərkəzinin rəhbərliyi davadan DANIŞDI

Bu gün, 12:54- Sabahdan Bakının bu küçələrində hərəkət məhdudlaşdırılır

Bu gün, 12:42- “Sosial Bağlar” layihəsi çərçivəsində 250 ailə üçün meyvə bağlarının salınmasına başlanılıb

Bu gün, 12:33- Əri tərəfindən yandırılan qadın xəstəxanada öldü - DƏHŞƏTLİ GÖRÜNTÜ

Bu gün, 12:25- Xəzərə düşən MiQ-29-un “qara qutusu” tapıldı - FOTO

Bu gün, 11:41- "Qaçqınkom"un sektor müdirləri cəzalandırıldı

Bu gün, 11:32- ETSN: Quba və Şabran sərhədindəki yanğın meşə fondunun ərazisinə daxil deyil

Bu gün, 11:19- BMT Baş katibi: Dünyada insan hüquqları normalarının ciddi şəkildə pozulması davam edir

Haqqımızda Əlaqə

Mübahisəli əmlakla bağlı qarşı tərəf münasibət bildirdi.

Tarix:1-08-2019, 13:26 Baxış Sayı:84

Mübahisəli əmlakla bağlı qarşı tərəf münasibət bildirdi. Stimulxeber.az saytında 09.07.2019-cu il tarixində dərc edilmiş “50-yə yaxın məcburi köçkün ailəsi Prezidentə müraciət etdi - məhkəmədə rastlaşdıqları qanunsuzluqlara görə” başlıqlı məqaləyə cavab hüququndan istifadə edərək redaksiyamıza müraciət etmiş vəkil Aslan Heydarovun mövqeyini olduğu kimi dərc edirik:
“Mən, Məmmədzadə Abbas Bunyamin oğlu və Məmmədzadə Həbibə Bunyamin qızının vəkili olaraq hesab edirəm ki, içtimaiyyətin hazırki işin gərçək hallarını bilmək hüququ var.
Belə ki, Nərimanov rayonu, Təbriz küçəsi 27 ünvanında yerləşən, Nərimanov rayon MKTB-yə məxsus olmuş, ümumi sahəsi 132.8 kv.metr olan “27 №-li t/h mağaza-qeyri-yaşayış sahəsi özəlləşdirilən zaman güzəştli satışda iştirak etmiş cavabdeh Əsgərov Telman Qasım oğlu və mərhum Məmmədzadə Bunyamin Abbas oğlu tərəfindən bərabər paylarla (1/2 hissə Əsgərov Telman Qasım oğluna və 1/2 hissə mərhum Məmmədzadə Bunyamin Abbas oğluna məxsus olmuşdur) satın alınmışdır. Məmmədov Bünyamin Abbas oğlu Respublika Auksion Mərkəzi tərəfindən keçirilən güzşətli satışda iştirak etmiş, lakin, protokolu onunla şərik olaraq mağazanı almış Telman Əsgərov imzalamışdır. B.Abbasovun hərracın protokolunu imzalamamsı onun həmin obyektin yarı hissəsinin mülkiyyətçisi olmaq hüququndan məhrum etməmişdir. Elə bu səbəbdən də, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi Kiçik dövlət müəssisələrinin (obyektlərinin) özəlləşdirilməsi və səhmlər satışı üzrə pullu auksionların (hərracların) keçirilməsi haqqında Əsasnamənin 2-ci maddəsinin 2-ci bəndinin 6-cı altbəndində göstərilən qaydada Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 27 ünvanında yerləşən ümumi sahəsi 132,8 kv.m olan 27 saylı mağazanın ümumi birgə mülkiyyət olaraq Əsgərov Telman Qasım oğlu və Məmmədzadə Bunyamin Abbas oğluna satılması barədə Şəhadətnamə vermişdir.
Mərhum Məmmədzadə Bunyamin Abbas oğlu 15 iyun 2017-ci il tarixində vəfat etmişdir. Mərhumun vəfatından sonra, Abbas və Həbibə Məmmədzadələr mərhumun vərəsələri qismində 1/2 hissəsi atalarına məxsus olmuş həmin qeyri-yaşayış sahəsinin atalarına məxsus hissəsinə 1/4 hissə olmaqla Hüquqların dövlət qeydiyyatı haqqında daşımaz əmlakın Dövlət reyestrindən 25 və 26 dekabr 2017-ci il tarixlərində qeydiyyat aparılmaqla Çıxarışlar və Texniki Pasportlar almışlar. Hüquqların dövlət qeydiyyatı haqqında daşımaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışlarda Nərimanov rayonu, Təbriz küçəsi 27 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin paylı mülkiyyət hüququ əsasında 1/2 hissəsinin Əsgərov Telman Qasım oğluna, 1/4 hissəsinin Məmmədzadə Abbas Bunyamin oğluna və digər 1/4 hissəsinin Məmmədzadə Həbibə Bunyamin qızına məxsus olduğu göstərilmişdir.
Həmin qeyri-yaşayış sahəsinin 1/2 hissənin mülkiyyətçisi olan Əsgərov Telman Qasım oğlu tərəfindən bütövlükdə icarəyə verilmiş və mərhum Bunyamin Məmmədzadənin sağlığında cavabdehin bacısı Əskərova Asya Qasım qızı tərəfindən icarə haqqlarından atalarına düşən pay hissəsi bank vasitəsilə ödənilmişdir. Lakin, atalarının vəfatından sonra Abbas və Həbibə Məmmədzadələrə çatası icarə haqqları ödənilməmiş, ümumiyyətlə onlara həmin obyektə girməyə icazə verilməmişdir. Onlar Telman Əsgərovdan bu qanunsuzluğuna son qoymasını, mərhum atalarına məxsus hissənin naturada ayrılaraq onlara verilməsini tələb etsələr də, Telman Əsgərov onların tələbinə əməl etməmişdir. Belə olan təqdirdə xüsusi mülkiyyət hüququ əsasında 1/2 hissəsi Abbas və Həbibə Məmmədzadələrə məxsus olan Nərimanov rayonu, Təbriz küçəsi 27 ünvanında yerləşən qeyri-yaşayış sahəsi naturada bölünməklə, həmin qeyri-yaşayş sahəsinin 1/2 hissəsində payların ayrılması üçün Nərimanov rayon Məhkəməsinə müraciət olunmuşdur. Nərimanov rayon məhkəməsində işə baxılan zaman Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi etiraz ərizəsi ilə məhkəməyə müraciət etmiş və etirazında göstərmişdir ki, Əsgərov Telman Qasım oğlu 16.09.2017-ci il tarixdə Bakı şəhər Ərazi İdarəsinə müraciət edərək Bakı şəhəri Nərimanov Rayon, Təbriz küçəsi 27 ünvanında yerləşən əmlaka dair texniki pasportunu itiridyinə görə ona
yeni texniki pasport və mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın verilməsini xahiş etmişdir. Əsgərov Telman Qasım oğlunun ərizəsi icra olunarkən sözügedən əmlakın ünvanı dəyişdiyi üçün elektron sistemdə qeyri-yaşayış binası olaraq deyil, qeyri-yaşayış sahəsi olaraq qeyd edildiyindən həmin əmlakın daha əvvəl qeyri-yaşayış binası kimi qeydiyyatdan keçdiyi aşkar olunmamış və texniki səhv nəticəsində Telman Əsgərova əmlaka dair ümumi paylı mülkiyyət hüququ ilə deyil, tam mülkiyyətçi kimi çıxarış verilmişdir. 1 saylı Bakı ərazi idarəsi Əsgərov Telman Qasım oğlunun çıxarışının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Nərimanov rayon Məhkəməsində işə baxan hakim hazırda Qəbələ rayon Məhkəməsinin sədri olan Abbas Əliyev çox böyük qanunsuzluqlara yol vermiş və Telman Əsgərovun tam mülkiyyət hüququ haqqında çıxarışını ləğv etmək əvəzinə Abbas və Həbibə Məmmədzadələrə məxsus çıxarışları etibarsız hesab etmişdir. Hakimin qanunsuzluqları barəsəində ölkə rəhbərliyinə və məhkəmə hüquq şurasına ərizələr ünvanlanmışdı.
Daha sonra bizim tərəfimizdən apellyasiya şikayəti verilmiş və işə apellyasiya məhkəməsində baxılan zaman qarşı tərəf əvvəlcə 1 saylı Bakı ərazi idarəsini ələ almağa cəhd etmiş, Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclaslarının birində rəsmi verdikləri etirazın əksinə biz izahat vermiş və yenədə bizim ölkə rəhbərliyinə müraciıtimizdən sonra mövqeyini təkrar dəyişmişdir. Artıq Nərimanov rayon məhkəməsində qanunsuz qətnamə qəbul etməyə nail olan qarşı tərəf apellyasiyada istədiyi nəticəni əldə edə bilməyəcəyini gördükdə, işi ədalətlə araşdıran hakimi işdən uzaqlaşdırmaq üçün heç bir sübuta və dəlilə əsalanmayan məhkəmə tərkibinə etiraz ərizəsi təqdim etmişdir. Qarşı tərədin niyyətini yaxşı anlayan Bakı Apellyasiya Məhkəməsinin sədri cənab İman Nağıyev işin qanuni hakimin icraatında qalması barədə qərar qəbul etmişdir və bundan sonra da, işə baxan hakim qanunvericiliyin tələblərini rəhbər tutuaraq Abbas və Həbibə Məmmədzadələrin haqlı mövqeyini müdafiə edən qətnamə qəbul etmişdir. Bugun həmin qətnamədən qarşı tərəf kassasiya şikayəti verib və kassasiya şikayəti üzrə iş Ali Məhkəmənin hakimi Mehparə xanımın icraatındadır. Bizə niyə məhz belə bir zamanda qarşı tərəfin mətbuata üzt tutduğu artıq məlumdur. Belə ki, cənab Prezidentin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019-cu il tarixli inqilabi Fərmanın sayəsində məhkəmlərdə işlərə ədalətlə baxılmağa başlanmış və vətəndaşlarımızın da məhkəməyə olan inamı artmışdır. Mətbuatda məhkəmə sistemi barədə yanlış məlumatlar verməklə qarşı tərəf ölkə rəhbərinin Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019-cu il tarixli inqilabi Fərmanına kölgə salmağa, cəmiyyətə məhkəmələr haqqında neqativ düşüncələr aşılamağa çalışır. Eyni zamanda bu metod hal-hazırda Ali Məhkəmənin icraatında olan iş üzrə hakimə təzyiq göstərməyin onlar tərəfindən çox yaxşı bilinən bir yoludur.
Mən, hesab edirəm ki, Ali Məhkəmədə işə obyektiv qanunun tələbləri çərçivsində baxılacaq və Abbas və Həbibə Məmmədzadələrin haqlı mövqeyi ən yüksək məhkəmə orqanında da təsdiq və təsbit olunacaqdır.
Vəkil Aslan Heydarov”скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...