Anons

Bu gün, 18:20- Gənc şair Hüseyn Hafiz:"Sevgi ürəkdən gəlməlidir"

Bu gün, 17:12- Azərbaycan Taekvondo Federasiyasında yeni təyinat olub

Bu gün, 17:00- Növbəti tədris ilində I siniflərə 164234 uşağın qəbulu proqnozlaşdırılır

Bu gün, 16:48- Bakıda GÜCLÜ YANĞIN

Bu gün, 16:39- Zəlzələlər kosmosdan çəkilən şəkillərlə proqnozlaşdırılacaq

Bu gün, 16:26- Yarım ildə Azərbaycana 139 minə yaxın kondisioner idxal olunub

Bu gün, 16:17- “Azərenerji” Sumqayıtda üç zavoda kabel xəttinin çəkilməsinə 2 milyon manatdan çox vəsait yönəldəcək

Bu gün, 16:05- Yanvar-iyul aylarında Azərbaycana gələn əcnəbilərin 41,4 faizi hava nəqliyyatından istifadə edib

Bu gün, 15:52- Yunəyrici-Boyaq Fabriki son illərin ən irihəcmli iqtisadi layihələrindən biridir (FOTO)

Bu gün, 15:43- Məktəbəhazırlıq qruplarının müəllimləri üçün təlimlər keçiriləcək

Bu gün, 15:36- FHN yeni tikilən 133 binaya müsbət rəy verib

Bu gün, 15:24- Bu il Azərbaycanda 7 116 MMC qeydiyyata alınıb

Bu gün, 15:13- Nazirlik: Biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd sayı sıfıra endirilib

Bu gün, 14:31- Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyinə həsr olunan tədbir keçirilib

Bu gün, 14:22- “Qarabağ” Çempionlar Liqasının ən intizamsız klubları sırasında yer alıb

Bu gün, 14:09- Baş hematoloq: "Azərbaycanda 1000 nəfərə 10 donor düşür"

Bu gün, 13:54- DİN: Ucarda hər hansı qeyri-adi məxluqa rast gəlinməyib

Bu gün, 13:46- Azərbaycan ilə Çin arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub

Bu gün, 12:37- Sabah isti temperatur diskomfortu gözlənilir

Bu gün, 12:28- Dövlət Sərhəd Xidmətinin 100 illiyinə həsr olunan markalar dövriyyəyə buraxılıb

Haqqımızda Əlaqə

Ağız və üz-çənə cərrahı Nərmin Qurbanova: "Ağ xalat mənə stimul verir"

Tarix:21-07-2019, 21:42 Baxış Sayı:240

Ağız və üz-çənə cərrahı Nərmin Qurbanova: "Ağ xalat mənə stimul verir"

- Nərmin xanım, necə oldu ki, həkim oldunuz?

- Sözün düzü, məktəb vaxtı həkim olmaq kimi bir arzum, niyyətim olmayıb. Sadəcə olaraq, maksimum dərəcədə yaxşı oxumağı qarşıma məqsəd qoymuşdum. Azərbaycan Tibb Universitetinə yüksək balla daxil oldum. Seçim zamanı gəldikdə isə stomatologiya ixtisasini seçdim. Bakalavr təhsilimi bitirdikdən sonra rezidenturada Ağız və Üz-çənə cərrahiyyəsi ixtisasına qəbul oldum.Təhsilimi hal-hazırda davam etdirirəm, həm də işləyirəm. İşimi çox sevirəm.

- Həkimlik peşəsini seçərkən sizə bu sahəyə yönlədirən oldumu?

-Mənim bacım da stomatoloqdur. Haradasa onun da təsiri oldu.

- Ağ xalatsız necə biridir Nərmin xanım?

- Əslində mən ağ xalatla insanlarla ünsiyyət quranda daha  çox rahat oluram nəyinki xalatsız. Ağ xalat mənə bir stimul, bir güvən verir.

- Bir həkim olaraq sizi narahat edən məsələ nədir?

- Məni narahat edən məsələlərdən biri bugünkü  dövrdə həkimlərə, tibb işçilərinə verilən dəyərin yetərli səviyyədə olmamasıdır. Pasiyentlərlə bağlı isə insanlarımızın ağız gigiyenasına laqeyd olmalarıdır. Valideynlərin əksəriyyəti uşaqların dişlərinin gigiyenasına ciddi nəzarət edə bilmirlər. Bu da süd dişlərinin vaxtından əvvəl itirilməsinə səbəb olur. Halbuki, bir uşaqda dişlər çıxdığı andan etibarən onun təmizliyinə diqqət etmək lazımdır.

- Son zamanlarda ən çox müşahidə etdiyiniz diş xəstəlikləri hansılardır?

- Daha çox parodontal xəstəliklərlə pasientlər müraciət edirlər.

- Bütün növ dişləri müalicə edirsinizmi?

- Bəli, edirəm. Ortodontiyadan başqa.

- İlk dəfə diş müalicə edəndə hansı hisləri keçirtdiniz?

- İlk dəfə bacımın üzərində işlədiyimə görə elə də bir həyəcan keçirtmədim (gülür).

- Nədən qorxursunuz?

- Sevdiklərimi itirməkdən qorxuram.

- Ailəlisinizmi?

- Xeyr, subayam.

- Sizcə, ailə həyatı ilə bu iş nə dərəcədə alınır?

-  Hörmət və sevgi olan yerdə bütün çətinliklərin öhdəsindən gəlmək olar.Amma ailə qurduğun insanla eyni ixtisasa sahibi olmaq daha yaxşı olar.

- Xaricdə təhsil almısınızmı?

- Türkiyədə bir müddət kursda olmuşam.Gələcəkdə xarici ölkələrin birində təhsilimi davam etdirmək fikrim var.

- Oxuculara nə məsləhət görürsünüz?

-Sevdikləri peşənin arxasınca getsinlər, mütləq maneələr çıxacaq buna rağmən mübarizəni dayandırmasınlar.Həkim olaraq isə ildə iki dəfə ağız boşluğunun profilaktik müayinəsindən keçməyi məsləhət görərdim.Yaranmış hər hansı bir problemin qarşısını almaq üçün həkimə vaxtında müraciət etsinlər ki, gələcəkdə ciddi fəsadlarla qarşılaşmasınlar.

- Mən əynimə ağ xalatı geyinərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Mən əynimə ağ xalatı geyinərkən ağlıma gəlməzdi ki, bir zamanlar məntiqlə amma tərəddüd edərək  seçdiyim sənətdə özümü tapacam.

Həkimlə əlaqə: (051) 7583757скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...