Anons

Dünən, 17:09- 2022-ci ildən Bakıda yalnız sıxılmış qazla işləyən avtobuslar işləyəcək

Dünən, 16:56- “Danışan məktub” filminin tiflo və surdo şərhli versiyasının təqdimatı olub

Dünən, 16:44- Endokrinoloq-dietoloq Lalə Şamxalova: "Müalicəni axıra qədər davam etmək lazımdır"

Dünən, 16:32- Azərbaycan Könüllülərinin II Həmrəylik Forumu keçirildi

Dünən, 16:23- Bu gün rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır

Dünən, 15:48- Azərbaycanda hotellərə ulduz verilməsinə start verilir

Dünən, 15:36- Bakıda genişmiqyaslı ağacəkmə kampaniyaları təşkil olunub

Dünən, 15:27- Deputatlar Avronest Parlament Assambleyasının VIII sessiyasında iştirak edəcəklər

Dünən, 15:14- Elmar Vəliyevi vuran Yunis Səfərovla bağlı YENİ ŞOK DETALLAR

Dünən, 15:05- İstanbul, Ankara və İzmirdən Azərbaycana ixrac 800 milyon dolları ötüb (ÖZƏL)

Dünən, 14:52- Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çində "İmperial Spring - 2019"da çıxış edib

Dünən, 14:41- Azərbaycan İtaliya arasında ətraf mühit sahəsində ikitərəfli sənəd imzalanacaq

Dünən, 14:33- Sumqayıtda istehlak üçün yararsız olan 227 kq ət məhv edilib

Dünən, 14:18- Azərbaycanın FİFA hakimləri müəyyənləşib

Dünən, 14:09- Bakıda bayram yarmarkaları təşkil ediləcək

Dünən, 13:56- Sabahın hava PROQNOZU açıqlandı

Dünən, 13:47- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda ağacəkmə aksiyasında iştirak ediblər

Dünən, 12:55- Əkilən 650 min ağac tingi ETSN tərəfindən təmin edilir

Dünən, 12:43- Mənim sevimli həkimim

Dünən, 12:34- ADU-da "Mən Çin heroqliflərinin hökmdarıyam" adlı diktant müsabiqə keçirilib

Haqqımızda Əlaqə

Həkim-dermatoloq-kosmetoloq Sevinc Abdullayeva: “Yanaq dolğusu dəbdə deyil”

Tarix:13-07-2019, 22:16

Həkim-dermatoloq-kosmetoloq Sevinc Abdullayeva: “Yanaq dolğusu dəbdə deyil”
- Sevinc xanım, artıq yay mövsümündəyik. Bu mövsümdə xanımlara hansı prosedurları etmək olar, hansıları olmaz?

- Yay mövsümündə Günəş şüaları aktiv olduğuna görə dəriyə daha çox təsir edir. Bunun da nəticəsində, üzdə müəyyən travmalar əmələ gəlir. Amma bu o demək deyil ki, biz yayda bütün prosedurları dayandırırıq. Yayda daha çox üzə nəmlik verən prosedurları məsləhət görürük. Çünki Günəş şüalarının altında olduqda, nəmlik itir. Bunun üçün də daha çox biorevitalizasiyadan istifadə edirik. Onun tərkibində ləkələrin qarşısını alan maddələr mövcuddur. Bundan başqa, pilinqlər, gigyenik təmizliyi təmin edən, eləcə də üz qatına təsir edən prosedurlar edirik.

- Bəs yayda tam qadağa olunan prosedur hansıdır?

- Güclü təsir edən pilinqləri tətbiq etmək qadağandır. Daha çox Günəş şüalarının altında olan xanımlara mezoterapiya, dolğu, botoks kimi prosedurları etməyin bir ziyanı yoxdur. Lakin onlar bu bu prosedurlardan sonra ən azı bir həftə özlərini Günəşdən qorumalıdırlar.

- Alın və gözətrafı nahiyyələrə hansı prosedurları etmək məsləhətə uyğundur?

- Alın və gözətrafı nahiyyələrə botulotoksin daha məsləhətlidir. Lakin əzələyə düzgün vurlumadıqda və keyfiyyətsiz məhsullardan istifadə edildikdə ağır fəsadları ola bilir. Bundan başqa, gözaltı çökəklikləri doldurmaq üçün işıq dolğusundan istifadə edirik. Bu prosedurdan da sonra bir həftə qorunsaq, heç bir fəsadla üzləşmərik.

- Bəs yanaq dolğusu barədə nə demək olar?

- Yanaq dolğusu əvvəlki kimi dəbdə deyil. Xanımların çoxunda yanaqlar qabarıq olduğu üçün bu prosedura bir o qədər də ehtiyac duymurlar. Amma biz yanaq dolğusu istəyən xanımlara icra edirik. Özü də elə edirik ki, iz qalmır.

- Dodaq, çənə və burun dolğusu da etmək olarmı yayda?

- Ağız büküyü bizim üçün həm asan, həm də ən təhlükəli prosedurdur. Anatomiyanı bilməyənlər bu proseduru icra edərkən damara düşə bilərlər və ağır fəsadlar əmələ gələ bilər. Mən dodağın daha da qabardılmasının əleyhinəyəm. Çalışıram ki, təbiiliyi qoruyum. Ümumiyyətlə, bu növ dolğuların yay mövsümündə icra olunmasının heç bir ziyanı yoxdur.

- Əksər xanımlar üzlərini düşünürlər, amma boğazlarını yaddan çıxardırlar. Əslində necə olmalıdır?

- Boğaz xanımların “pasportu”dur. Dərinin qocalması ilk öncə boğazdan başlayır. Çünki Günəş süalarının təsirinə məruz qalan ən çox boğaz nahiyyəsidir. İndi xanımlar daha çox idmanla məşğul olurlar. Çəkiləri azaldıqda isə boğazdakı qüsurlar özünü biruzə verir. Bu baxımdan, kosmetoloji prosedurları komple şəkildə etmək məqsədəuyğundur.

- Əllərə hansı prosedur növü tətbiq edirsiniz?

- Mən daha çox radis preparatının xoşlayıram. Çünki bu preparatla çox problemləri həll etmək və dərini uzunmüddətli cavan saxlamaq olar.

- Son olaraq, xanımlara nə məsləhət görürsünüz?

- Qocalmağın qarşısını almaq üçün düzgün qidalansınlar, düzgün həyat tərzi seçsinlər. Zərərli vərdişlərdən uzaq olsunlar. İdmanla məşğul olsunlar. Nəinki yayda, hətta qış fəslində də Günəşdə qoruyucu kremlərdən istifadə etsinlər. Ən əsası, kosmetoloq seçərkən diqqətli olsunlar. 20 yaşdan etibarən komsetoloqa müraciət etsinlər və 30 yaşdan sonra artıq müəyyən prosedurlardan yararlansınlar.

Həkimlə əlaqə: (050) 3200515

Ünvan: Azadlıq pr. 149 (Bank Respublika ilə üzbəüz)скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...