Anons

Bu gün, 15:06- Bu il yol qəzalarında 557 nəfər ölüb

Bu gün, 14:55- Mikayıl Cabbarov xəbərdarlıq etdi

Bu gün, 14:47- “III Robot Olimpiadası”nın qalibləri ölkəmizi “Dünya Robot Olimpiadası”nda təmsil edib

Bu gün, 13:34- Azərbaycanda sənaye məhsulu istehsalı artıb

Bu gün, 13:21- İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsinə yekun vurulub

Bu gün, 13:12- “Nar”ın sosial layihəsi nüfuzlu beynəlxalq müsabiqədə qalib oldu

Bu gün, 13:00- “ASAN xidmət”ə 34 milyonuncu müraciət

Bu gün, 12:48- Türkiyənin ticarət mərkəzində iri terror aktının qarşısı alınıb

Bu gün, 12:39- Bakıda 300-ə yaxın bina istilik sisteminə tam qoşulmayıb

Bu gün, 12:26- “Azərenerji” “Bakı” İstilik Elektrik Mərkəzini qışa hazır vəziyyətə gətirdi

Bu gün, 12:15- Nazirlik bir qrup şəhid ailəsi və müharibə əlilini mənzillə təmin etdi

Bu gün, 12:07- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Dünya dini liderlərinin II Sammitində iştirak edirlər

Bu gün, 11:54- ADU-nun rektoru ÇXR Pekin Bələdiyyəsinin Təhsil Komissiyası nümayəndə heyəti ilə görüşüb

Bu gün, 11:41- Gömrük Akademiyasında gömrük rəsmiləşdirilməsi üzrə təlimlər təşkil olunur

Bu gün, 11:32- Azərbaycan Dillər Universitetində Qədim dillər Elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb

Bu gün, 11:19- ABŞ nümayəndə heyəti “ASAN xidmət”də

Bu gün, 11:10- Maliyyə Nazirliyinin Kollegiyasının tərkibi dəyişdirildi

Bu gün, 10:56- AQTA sədri İsveçrə Əməkdaşlıq Ofisinin nümayəndələri ilə görüşüb

Bu gün, 10:43- Heydər Əliyev Fondu 18 yaşınadək olan şəkərli diabet xəstələrini insulinlə təmin edəcək

Bu gün, 10:34- Bakıda məişət tullantıları konteynerlərinin sayı artırılır

Haqqımızda Əlaqə

Fətullah Gülənin “Azərsu“ ASC-dəki “imamı” kimdir? – FOTO

Tarix:11-07-2019, 13:23

Fətullah Gülənin “Azərsu“ ASC-dəki “imamı” kimdir? – FOTO Ölkədə kök atmış FETÖ terror şəbəkəsinə qarşı yetərli tədbirlərin görülməməsindən ruhlanan gülənçilər öz fəaliyyətlərini və çevrələrini genişləndirməkdədir
Yenicag.az xəbər verir ki, FETÖ-nün Azərbaycan üzrə “imam”ı Elnur Aslanovun zərərsizləşdirilməsindən sonra başsız qaldıqları düşünülən yerli fətullahçıların ölkə biznesində mövqelərini daha da gücləndirdiklərinə dair bilgilər əldə olunmaqdadır.
Məlumata görə, hazırda FETÖ-nün Azərbaycan şəbəkəsinin əsas füqurlarından olduğu ehtimal edilən “Hidro-Park” MMC-nin rəhbəri Emruz İsgəndərov, nəzarətində olan biznes zəncirinə daxil şirkətlərlə yanaşı, strateji dövlət qurumlarında da gülənçilərin yerləşdirilməsini əmin-arxayınlıqla davam etdirir.
Qeyd olunur ki, 2011-ci ildən etibarən, “Hidro-Park”da fəaliyyət göstərən İsgəndərovun FETÖ-yə cəlb olunması, onun Naxçıvan Türk Liseyində təhsil aldığı 1994-99-cu illərə təsadüf edir. Liseyin fizika müəllimi Hüseyin Avcının təsiri altında şəbəkəyə qoşulan İsgəndərovun gülənçilərlə bağlılığı Türkiyənin 9 Eylül Universitetində təhsil aldığı dövrdə (1999-2005) daha da güclənib.

Fətullah Gülənin “Azərsu“ ASC-dəki “imamı” kimdir? – FOTO


Bildirilir ki, tələbəlik illərində FETÖ-yə məxsus evlərdə qaldığı deyilən İsgəndərov şəbəkənin fəaliyyətində göstərdiyi aktivliyə görə “ev imamı” və “bölgə imamı” statusuna da sahiblənib. İnformasiyaya əsasən, İsgəndərov lisey və universitet tələbəliyindən sonra da, uzun müddət – 2013-cü ilə qədər şəbəkə daxilində Avcının kurasiyası altında çalışıb. Azərbaycanda fəaliyyətə başladıqdan sonra FETÖ-nün mərkəzi strukturları ilə əlaqələrini genişləndirən İsgəndərovun bütün xarici səfərlərində şəbəkənin rəhbərliyində təmsil olunan şəxslərlə davamlı görüşləri haqda məlumatlar mövcuddur. FETÖ-nün Türkiyədə ifşa edilməsinin ardından verilən təlimata uyğun olaraq, İsgəndərov da “kamuflyaj rejimi”nə keçib. FETÖ-nün Türkiyədə 2016-ci il iyulun 15-də hərbi çevrilişə uğursuz cəhdindən sonra, Azərbaycanda Gülən şəbəkəsinə qarşı müəyyən tədbirlərin görülməsinə başlanıldı. Lakin həyata keçirilən işlərin qeyri-ardıcıllığı və “gizli əllər”in müdaxiləsi sayəsində ölkədəki gülənçilərin tam şəkildə zərərsizləşdirilməsi təəssüf ki, mümkün olmadı. Bunun nəticəsində FETÖ-nün Azərbaycan şəbəkəsi nəinki öz mövcudluğunu qoruyub saxladı, hətta genişlənməkdə davam etdi. Yayılan məlumatlara görə, İsgəndərovun himayəsi altında yüzlərlə gizli FETÖ-çü “Hidro-Park” zəncirinə aid “Hidrolotus”, “Texno-Atinak”, “AzFen”, “Azertexnolayn” və digər şirkətlərdə yerləşdirilərək, şəbəkə xəzinəsinin doldurulması üçün hələ də çalışmaqdadırlar.
Gülənçilərin İsgəndərovun əli ilə “Azərsu” və digər strateji qurumlara yerləşdirilmələri isə FETÖ-nün Azərbaycan şəbəkəsinin dövlət üçün nə dərəcədə təhlükəli faktora çevrildiyini göstərir. O baxımdan, əminliklə söyləmək olar ki, FETÖ-nün Azərbaycan şəbəkəsi birdəfəlik sıradan çıxarılmasa, dövləti təhdid edən təhlükələr daha da böyüyəcək. Buna imkan verməmək üçün şəbəkəyə qarşı ləngimədən qətiyyətli tədbirlərin görülməsinə başlanılmalıdır.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...