Anons

Bu gün, 17:10- Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Türkiyədə nəşr olunub

Bu gün, 16:55- Uzaqdan yaxına səmimi etiraf – Fialə Abdullayeva yazır

Bu gün, 16:48- “Nar” şəbəkəsi gücləndirilmiş iş rejiminə keçirili

Bu gün, 16:36- Azərbaycan 190 ölkə arasında 9-cu yerdədi

Bu gün, 16:27- BDU Mətbuat xidməti yenə fərqləndi

Bu gün, 16:14- Avtovağzalın məlumat mərkəzi yenilənir

Bu gün, 16:05- Ən çox nikah bağlanan ay – Azərbaycanlılar mifi dağıtdı

Bu gün, 15:53- Əfqan Abdullayev: “Vüsalə Ağabəylinin dekan kimi hansı nöqsanlara yol verdiyi faktlarla sübuta yetirilir”

Bu gün, 15:02- “Kontakt Home” CƏRİMƏLƏNDİ

Bu gün, 14:53- Dövlət Turizm Agentliyi: Şəki Xan Sarayı turistləri qəbul etməyə hazırdır

Bu gün, 14:46- 1500-dən çox tələbə oxuduğu məktəbi və ixtisası dəyişmək istəyir

Bu gün, 14:34- Adəm, naqqaş, altın və daha 50-ə yaxın söz orfoqrafiya lüğətindən çıxarılır

Bu gün, 14:17- Gənclər Fondu 12-ci qrant müsabiqəsinin nəticələrini elan edir

Bu gün, 14:08- Huawei məhdudiyyətlərə baxmayaraq, 270 milyon smartfon satmaq niyyətindədir

Bu gün, 13:55- ADU-da Çin və Azərbaycan Silahlı Qüvvələrinin ildönümü qeyd edilib

Bu gün, 13:43- BDU rektoru universitetin jurnalist əməkdaşlarını Milli Mətbuat Günü münasibətilə qəbul edib

Bu gün, 13:31- Prezident İlham Əliyev bir sıra ölkələrin Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib

Bu gün, 13:19- Güclü külək davam edəcək, rayonlara dolu düşəcək

Bu gün, 12:45- Elmar Vəliyevi güllələyən Yunis Səfərovla bağlı yeni QƏRAR verildi

Bu gün, 12:33- Bakının bu çimərliyində nəhəng ilan insanları vahiməyə saldı - VİDEO

Haqqımızda Əlaqə

50-yə yaxın məcburi köçkün ailəsi Prezidentə müraciət etdi - məhkəmədə rastlaşdıqları qanunsuzluqlara görə

Tarix:9-07-2019, 12:15 Baxış Sayı:117

50-yə yaxın məcburi köçkün ailəsi Prezidentə müraciət etdi - məhkəmədə rastlaşdıqları qanunsuzluqlara görə
“Hörmətli Prezident.
Sizin həmişə Azərbaycan xalqının yanında olduğunuzun, obyektiv qərarlar qəbul etdiyinizin və məcburi köçkün ailələrinə həmişə dəstək olduğunuzun şahidi olmuşuq.
Bildirmək istəyirik ki, Ağdam və Şuşa şəhərindən qaçqın və məcburi köçkün düşərək Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 27 ünvanında yerləşən qeyri-yaşayış sahəsini qanuni sənədlər əsasında alaraq, xırda sahibkarlıqla məşğul olub 50 nəfərdən çox ailə üzvümüzü dolandırırıq. Lakin Abbas və Həbibə Məmmədzadə adlı şəxslər həmin obyekti əlimizdən almaq üçün məhkəmədə iddia qaldırsalar da, Nərimanov rayon Məhkəməsi 21 dekabr 2018-ci il tarixli İş №2 (005)-1277/2018 saylı qətnamə ilə bizim xeyrimizə qərar vermişdir. Buna baxmayaraq Apellyasiya Məhkəməsinin hakimi Elnur Həsənov öz şəxsi maraqlarını üstün tutaraq Dövlət Əmlak Komitəsinin işçisinin məhkəmədə bizim xeyrimizə danışdığını görüb ona və bizə hədə-qorxu gəlmiş, bütün sübutları təqdim etməyimizə baxmayaraq obyektivimizin əlimizdən alınması barədə ədalətsiz qərar qəbul etmişdir. Halbuki həmin obyekt çıxarış əsasında qardaşım Telman Əsgərova məxsusdur və obyektin özəlləşdirilməsi barədə bütün ödənişlər də qardaşım tərəfindən edilmişdir. Bütün sübutları Sizə də təqdim edə bilərik.Xahiş edirəm bizi qəbul edib köməklik göstərəsiniz.”
Bu sətirlər Əsgərov Telman Qasım oğlunun və Əsgərova Asya Qasım qızının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanladığı müraciətin bir hissəsidir. Müraciətdə də qeyd edildiyi kimi, sahibkar uzun illərdir istifadə etdiyi və bütün rəsmi sənədlərlə özününkü hesab edilən obyektin itirilməsi təhlükəsi ilə üz-üzə qalıb. Mübahisəli məsələlərin məhkəmə müstəvisinə qaldırılması isə vəziyyəti daha da gərginləşdirir. 1999-cu ildən bəri Nərimanov rayonu, Təbriz küçəsi 27 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin Əsgərov Telman Qasım oğlu tərəfindən istifadə olunması, müvafiq dövlət qurumlarından istifadəni sübut edən rəsümi sənədlər ortada olduğu halda, müəmmalı şəkildə obyektin digər “sahibləri” uzun illərdən sonra peyda olurlar və iddia edirlər ki, mərhum atalarına məxsus obyektin müəyyən hissəsi hüquqi varis kimi onlara məxsusdur. Hətta hansısa vasitələrlə bütün hüquqi sənədləri olan obyektə yenidən sənəd çıxarmağa nail olurlar. Beləliklə, gərginləşən münasibətlər hüquq müstəvisinə daşınır və Nərimanov rayon məhkəməsi yaranmış vəziyyətə aydınlıq gətirir.
“İddiaçılar Məmmədzadə Abbas Bunyamin oğlunun və Məmmədzadə Həbibə Bunyamin qızının cavabdeh Əsgərov Telman Qasım oğluna və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “əmlakın naturda bölünməsi və payların müəyyən edilməsi” tələbləri təmin edilməsin.
İddiaçı Əsgərov Telman Qasım oğlunun iddiası təmin edilsin.
Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 27 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində Əsgərov Telman Qasım oğlunun tam mülkiyyət hüququ taninsin, Məmmədov Bunyamin Abbas oğlunun, həmçinin Məmmədzadə Abbas Bunyamin oğlunun və Məmmədzadə Həbibə Bunyamin qızının Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 27 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən Daşınmaz Əmlakın Dövlət reyestrindəki qeydiyyat və qeydiyyat əsasında verilmiş 1117102071 qeydiyyat nömrəli və 1117102084 qeydiyyat nömrəli çıxarışlar ləğv edilsin.”
Bundan narazı qalan tərəf problemin Bakı Appelyasiya Məhkəməsi tərəfindən yenidən araşdırılmasına qərar verib. Adıçəkilən məhkəmə instansiyası isə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1277/2018 saylı iş üzrə 21 dekabr 2018-ci il tarixli qətnaməsini ləğv edərək iş üzrə yeni qətnamə çıxarıb. Məmmədzadə Abbas Bunyamin oğlunun və Məmmədzadə Həbibə Bunyamin qızının iddia tələbləri təmin olunub.
“Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 27 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (binasının) tam mülkiyyət hüququ ilə Əsgərov Telman Qasım oğluna məxsus olması barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 10.10.20147-ci il tarixli, RX Seriyalı, 1153268 nömrəli çıxarış etibarsız hesab olunsun.
Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 27 ünvanında yerləşən qeyri-yaşayış binasının texniki pasport üzrə göstərilən 2 və 3 saylı tikililərinin arasındakı sökülmüş arakəsmə divarı yenidən bərpa olunmaqla, eyni zamanda 7 saylı tikilidən 8 saylı tikiliyə və 5 saylı tikilidən 4,8 saylı tikililərə keçid qapiları bağlanmaqla, həmçinin 3 saylı tikilidən 4 saylı tikiliyə , 4 saylı tikilidən 8 saylı tikiliyə keçid qapiları açılmaqla texniki pasport üzrə göstərilən 1,2,5,6,7,9 saylı tikililərin Məmmədzadə Abbas Bunyamin oğluna və Məmmədzadə Həbibə Bunyamin qızına, 3,4,8, 10,11,12 saylı tikililərin və texniki pasportda əks olunmayan əlavə tikililərin isə Əsgərov Telman Qasım oğluna verilməsi qaydasına əmlakın naturada real bölgüsü həyata keçirilsin.
Əsgərov Telman Qasım oğlunun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, Məmmədzadə Abbas Bunyamin oğluna və Məmmədzadə Həbibə Bunyamin qızına qarşı “mülkiyyət hüququna xitam verilməsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindəki qeydiyyatın və həmin qeydiyyatın əsasında verilmiş çıxarışların qanunsuz hesab edilməsi” tələblərinə dair iddiası təmin edilməsin.”
Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi ev 75, mənzil 2-də yaşayan Əsgərova Asya Qasım qızı və 50-dən çox məcburi köçkün ailəsinin ölkə başçısına müraciətini anlayışla qarşılayırıq. Məhkəmələrdə hökm sürən özbaşınalıq və korrupsiya hallarının aradan qaldırılması üçün cənab Prezidentin məlum fərmanı məhz belə hallarla mübarizə aparmağın yeganə yoludur. Müxtəlif maddi maraqlar naminə qanunları ayaq altına atan “hakimlərin” fəaliyyətinin məhdudlaşdırılacağı gün heç də uzaqda deyil. Vətəndaş Asya Əsgərova da ümid edir ki, haqq-ədalət öz yerini tutacaq.
Yazıda adı çəkilən tərəflərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
Ardı var...

50-yə yaxın məcburi köçkün ailəsi Prezidentə müraciət etdi - məhkəmədə rastlaşdıqları qanunsuzluqlara görə
50-yə yaxın məcburi köçkün ailəsi Prezidentə müraciət etdi - məhkəmədə rastlaşdıqları qanunsuzluqlara görə
50-yə yaxın məcburi köçkün ailəsi Prezidentə müraciət etdi - məhkəmədə rastlaşdıqları qanunsuzluqlara görə
50-yə yaxın məcburi köçkün ailəsi Prezidentə müraciət etdi - məhkəmədə rastlaşdıqları qanunsuzluqlara görə
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...