Anons

Bu gün, 13:12- Azərbaycanda alüminium külçə qəliblərinin istehsalına başlanılıb

Bu gün, 11:39- XIRDALAN XIRDALANIR

Bu gün, 11:13- Nəsimi festivalı zamanı dahi şairə həsr olunan xalça sərgisi açılacaq

Bu gün, 11:06- ADU-da Çin “Zhongjujie” bayramı qeyd olunub

Bu gün, 10:51- "Papanin" 7 ildən sonra açıldı

Bu gün, 10:38- Cəbhədə son vəziyyət - MN-dən AÇIQLAMA

Bu gün, 10:27- Bu gün payız Azərbaycana daxil olur

Bu gün, 10:22- Azərbaycan Çinlə turizm sahəsində əməkdaşlığı genişləndirir

Bu gün, 09:59- Azərbaycan İAEA 2019 konfransına ev sahibliyi edir

Bu gün, 09:36- Elmlə məşğul olan Azərbaycan qadınlarının sayı artıb (ÖZƏL)

20-09-2019, 17:11- Baş pediatr: "Azərbaycanda qızılca epidemiyası müşahidə olunmur"

20-09-2019, 16:55- "Bakı Metropoliteni" bu il 150 milyondan çox sərnişin daşıyıb

20-09-2019, 16:41- 250-yə yaxın arıçı öz məhsulunu anbara təhvil verib - Yarmarkaya saylı günlər qaldı

20-09-2019, 16:32- Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru professor Fernando Quevedo Bakı Dövlət Universitetinə rəsmi səfərə gəlib

20-09-2019, 16:20- “Nar”-ın baş sponsorluğu ilə ən baxımlı intellektual yarış start götürür

20-09-2019, 16:08- Mərkəzi Kitabxana “Yurdda sülh, cahanda sülh” adlı tədbir keçirdi

20-09-2019, 15:59- “Əsrin müqaviləsi”nin 25 illiyinə həsr olunan poçt markaları dövriyyəyə buraxılıb

20-09-2019, 15:47- “Kaspersky Lab” kiber idmanda fırıldaqçılığa qarşı mübarizə həlli təqdim edir

20-09-2019, 15:26- Macarıstanın Baş naziri Bakıya gəlir

20-09-2019, 15:05- Mətbuat Şurası və “SOCAR-AQŞ” MMC-nin birgə keçirdiyi müsabiqə qaliblərinin adları açıqlanıb

Haqqımızda Əlaqə

İnvaziv-kardioloq Şahanə Ələsgərli: "Qəlbim çox yumuşaqdır"

Tarix:2-07-2019, 22:01 Baxış Sayı:264

İnvaziv-kardioloq Şahanə Ələsgərli: "Qəlbim çox yumuşaqdır"
- Şahanə xanım, necə oldu ki, həkim oldunuz?

- Mənim anam pediatrdır. Onun yanına uşaqları gətirəndə fikirləşirdim ki, mən uşaq həkimi ola bilmərəm. Düzdür, uşaqları çox sevirəm, amma o sahə üzrə işləyə bilməzdim. Çünki qəlbim çox yumuşaqdır. O ki qaldı bu sahəyə necə gəlməyimə, bəlkə də elə anama baxıb həvəslənmişəm. Çünki özümü başqa bir sahədə təsəvvür etməmişəm. Həkimliyi çox sevirəm.

- Artıq neçə ildir ki, həkim olaraq fəaliyyət göstərirsiniz?

- Mən 2012-ci ildə Tibb Universitetini bitirdim. Daha sonra Mərkəzi Klinikada dörd illik rezidentura keçdim. Bu, yarı təhsil, yarı da fəaliyyət tipli bir mərhələ hesab olunur. 2016-ci ildən etibarən isə bu klinikada kardioloq olaraq fəaliyyət göstərirəm.

- İş prinsipiniz nədən ibarətdir?

- Mən həmişə düzgünlüyün tərəfdarı olmuşam. Xəstələrə onların xəstəlikləri ilə bağlı hərtərəfli məlumat verirəm. Ən xırda bir prosedurda da ağırlaşma ola bilər. Pasientlərə yarana biləcək təhlükəni öncədən izah edirəm.

- Pasientləriniz də sizi çox istəyirlər. Nədir bu sevginin arxasında yatan sirr?

- Yəqin ki, onlarla səmimi davranışım.

- İşdənkənar necə birisiniz?

- Çox səbrsiz və tələskən biriyəm.

- Tələsib təndirə düşmüsünüzmü heç?

- Bəli, belə hallar olub. Amma bizim işdə tələskənliyin öz üstünlükləri var. Çünki elə bir sahədəyik ki, bəzən bir neçə saniyə ərzində qərar verməyə məcbur qalırıq.

- Çalışdığınız illərə nəyi sığışdıra bilmədiniz?

- Öyrənmək istədiyim bəzi şeyləri öyrənə bilmədim. Amma gec deyil. İndi bunun üçün çalışıram. Həkimlər həmişə oxuyurlar.

- Övadınıza vaxt ayıra bilirsinizmi?

- Bəli, asudə vaxtımın hamısını ona sərf edirəm.

- Hər bir işin sonu başlanğıcı olduğu kimi, sonu da var. Əyninizdən ağ xalatı nə zaman birdəfəlik çıxartmaq istəyirsiniz?

- Hələ ki, belə bir fikrim yoxdur. Düşünürəm ki, sağlamlığım imkan verdiyi müddətcə işləyəcəyəm.

- Bir həkim olaraq sizi narahat edən məsələ nədir?

- İnsanların sosial problemləri məni narahat edir. İnşallah, yanvarda sığorta sistemi həll olunacaq və həmin problemlər asanlıqla aradan qalxacaq. Bir də ki, bizim pasientlər bir həkimin qəbulundan çıxıb başqa bir həkimin qəbuluna gedirlər. Sanki bir güvənsizlik var. Bu, onların özünə ziyandır.

- Son zamanalarda ən çox müşahidə etdiyiniz xəstəliklər hansılardır?

- Ümumiyyətlə, xəstəliklər çox cavanlaşıb. Buna misal olaraq, təzyiq, infarkt, şəkər xəstəliyini göstərmək olar. Bu xəstəliklər əvvəllər yaşlı insanlarda rast gəlinirdi, lakin indi 30 yaşında insanlar bu xəstəliklərə tutulurlar. Bunun da fonunda artıq çəki, qida rasionu, stress və s. faktorlar dayanır.

- Oxuculara nə məsləhət görürsünüz?

- Məsləhət görürəm ki, artıq çəkidən azad olmağa çalışsınlar. Duzlu yeməklərdən, energetik və sipirtli içkilərdən uzaq dursunlar. Spirtili içki qəbul etmık istəsələr, yalnız qırmızı şərab içsinlər. Çünki onun ziyanı yox dərəcəsindədir və orqanizmə faydalı tərəfləri də var. Onu da qeyd edim ki, indi siqaret çəkən xanımların sayı artıb. Siqaret çəkən xanımların ürək-damat xəstəliyinə tutulma riski siqaret çəkən kişilərə nisbtən çoxdur. Bu baxımdan, xanımların siqaretdən istifadə etməməsini məsləhət görürəm.

Həkimlə əlaqə: (055) 8034884

İnvaziv-kardioloq Şahanə Ələsgərli: "Qəlbim çox yumuşaqdır"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...