Anons

Bu gün, 13:56- STP Panel məhsul çeşidini artırır

Bu gün, 13:12- Azərbaycanda alüminium külçə qəliblərinin istehsalına başlanılıb

Bu gün, 11:39- XIRDALAN XIRDALANIR

Bu gün, 11:13- Nəsimi festivalı zamanı dahi şairə həsr olunan xalça sərgisi açılacaq

Bu gün, 11:06- ADU-da Çin “Zhongjujie” bayramı qeyd olunub

Bu gün, 10:51- "Papanin" 7 ildən sonra açıldı

Bu gün, 10:38- Cəbhədə son vəziyyət - MN-dən AÇIQLAMA

Bu gün, 10:27- Bu gün payız Azərbaycana daxil olur

Bu gün, 10:22- Azərbaycan Çinlə turizm sahəsində əməkdaşlığı genişləndirir

Bu gün, 09:59- Azərbaycan İAEA 2019 konfransına ev sahibliyi edir

Bu gün, 09:36- Elmlə məşğul olan Azərbaycan qadınlarının sayı artıb (ÖZƏL)

20-09-2019, 17:11- Baş pediatr: "Azərbaycanda qızılca epidemiyası müşahidə olunmur"

20-09-2019, 16:55- "Bakı Metropoliteni" bu il 150 milyondan çox sərnişin daşıyıb

20-09-2019, 16:41- 250-yə yaxın arıçı öz məhsulunu anbara təhvil verib - Yarmarkaya saylı günlər qaldı

20-09-2019, 16:32- Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru professor Fernando Quevedo Bakı Dövlət Universitetinə rəsmi səfərə gəlib

20-09-2019, 16:20- “Nar”-ın baş sponsorluğu ilə ən baxımlı intellektual yarış start götürür

20-09-2019, 16:08- Mərkəzi Kitabxana “Yurdda sülh, cahanda sülh” adlı tədbir keçirdi

20-09-2019, 15:59- “Əsrin müqaviləsi”nin 25 illiyinə həsr olunan poçt markaları dövriyyəyə buraxılıb

20-09-2019, 15:47- “Kaspersky Lab” kiber idmanda fırıldaqçılığa qarşı mübarizə həlli təqdim edir

20-09-2019, 15:26- Macarıstanın Baş naziri Bakıya gəlir

Haqqımızda Əlaqə

Həkim qastroenteroloq - endoskopist Həcər Həsənova: " İstərdim ki, o arzum da gerçəkləşsin"

Tarix:30-06-2019, 13:26 Baxış Sayı:116

Həkim qastroenteroloq - endoskopist Həcər Həsənova: " İstərdim ki, o arzum da gerçəkləşsin"
- Həcər xanım, zaman sizi haradan götürüb, hara gətirdi?

- Zaman məni qızcığazlıqdan götürüb böyük həyatına gətirdi.

- Necə biri idi o qızcığaz?

- Əslində elə o zamanlarda xarakterim formalaşmışdı. Düşünürəm ki, indiki həyatımda həmin xarakterin az da olsa, rolu var.

- Söhbət hansı xarakterdən gedir?

- İnadkarlığım, prinsipiallığım və hədəfə çatmaq istəyi... Uşaqlıqda məqsədim hansısa bir oyuncağı əldə etmək idisə, ində də məqsədim hansısa hədəflərə çatmaqdır.

- Balaca bir qızcığazın oyuncağını əlindən aldılarmı?

- Çox aldılar.

- Əslində necə birisiniz?

- Kənardan baxanlar elə bilirlər ki, mən özümdən razı və təkəbbürlü biriyəm (gülür). Tanımadığım insanlara qarşı qapalıyam. Özümə bir sərhəd çəkmişəm və o sərhəddən çox az adam keçir. Keçdikdən sonra Həcərin daxili aləmini görə bilirlər.

- O sərhədi niyə çəkmisiniz ki?

- İnsanlardan çox zərbə aldığıma görə.

- Öz istəyinizləmi həkim oldunuz?

- Bəli. Mənim anam həkimdir. Uşaq olarkən onun iş yerinə tez-tez gedirdim və boş vərəq saxlamırdım. Dərman qutusunda olan bütün dərmanların adını kağızlara yazırdım. O zamandan etibarən bilirdim ki, həkim olacağam. Lakin həyatımın müəyyən bir hissəsində hüquqşünas olmaq keçdi ağlımdan. Sonra fikrimi dəyişdim, həkim oldum. Nə yaxşı ki, bu peşəni seşmişəm.

- Tibb Universitetinə neçənci ildə daxil oldunuz?

- 1999-cu ildə universitetə daxil oldum. 2005-ci ildə oranı bitirdim . Bitirdiyim ildən etibarən işləməyə başladım. Artıq 14 ildir ki, bu sahədə fəaliyyət göstərirəm.

- Ailəlisinizmi?

- Bəli, ailəliyəm.

- Bu işlə ailə həyatı alımırmı?

- Çox çətindir, amma başqa əlac yoxdur.

- Bəzən gedən bir gəmi olur. Siz də kənardan baxıb, əl yellədirsiniz. Elə bir gəmi olubmu?

- Bəli, olub. İnsanlar ilə dolu gəmiyə "əlvida!" demişəm.

- Əlinizdən nə çıxdı?

- Şükür Allah ki, indiyə qədər itirdiyim bir şey olmayıb. Əksinə, indi daha çox qazanmağa çalışıram. Bəzən isə qazanmaq istədiklərim artıq olduğuna görə əlimə sığışmır.

- Nədən qorxursunuz?

- İnsanların gözündən düşməkdən qorxuram.

- Bəs öz gözünüzdən nə düşüb?

- Müəyyən əşyalar və insanlar.

- Gözünüz nəyə düşüb?

- Övladlarına istədikləri həyatı yaşada bilən valideynlərə gözüm düşüb. Onlara qibtə edirəm.

- Bir qadın olaraq tam xoşbəxtsinizmi?

- Düşünürəm ki, xoşbəxtəm.

- Həyatınızda qarşınıza çıxan ən böyük maneə nə oldu?

- İnsanların inamsızlığı və mənim özümü onlara sübut etmək məcburiyyətində qalmağım.

- Təsdiq edə bildinizmi özünüzü?

- Düşünürəm ki, yetmiş faiz edə bildim.

- Bir həkim olaraq sizi narahat edən məsələ nədir?

- Şükürlər olsun ki, bu gün həm şərait, həm də reytinq baxımından yüksək bir yerdə işləyirəm. Amma öz xəyalımda qurduğum bir iş ortamım var. İstərdim ki, o arzum da gerçəkləşsin.

- Son zamanlarda ən çox müşahidə etdiyiniz xəstəliklər hansılardır?

- Təəssüf ki, onkoloji xəstəliklərə daha çox rast gəlirik.

- Oxuculara nə məsləhət görürsünüz?

- Məsləhət görürəm ki, sağlamlıqlarının qeydinə qalsınlar. Artıq çəki almasınlar.  Hər kəs öz çəkisinə uyğun yaşasın. Naz-nemətlərdən bol-bol istifadə etsinlər.

Həkimlə əlaqə: (055) 3693738

Həkim qastroenteroloq - endoskopist Həcər Həsənova: " İstərdim ki, o arzum da gerçəkləşsin"скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...