Anons

Bu gün, 11:39- XIRDALAN XIRDALANIR

Bu gün, 11:13- Nəsimi festivalı zamanı dahi şairə həsr olunan xalça sərgisi açılacaq

Bu gün, 11:06- ADU-da Çin “Zhongjujie” bayramı qeyd olunub

Bu gün, 10:51- "Papanin" 7 ildən sonra açıldı

Bu gün, 10:38- Cəbhədə son vəziyyət - MN-dən AÇIQLAMA

Bu gün, 10:27- Bu gün payız Azərbaycana daxil olur

Bu gün, 10:22- Azərbaycan Çinlə turizm sahəsində əməkdaşlığı genişləndirir

Bu gün, 09:59- Azərbaycan İAEA 2019 konfransına ev sahibliyi edir

Bu gün, 09:36- Elmlə məşğul olan Azərbaycan qadınlarının sayı artıb (ÖZƏL)

20-09-2019, 17:11- Baş pediatr: "Azərbaycanda qızılca epidemiyası müşahidə olunmur"

20-09-2019, 16:55- "Bakı Metropoliteni" bu il 150 milyondan çox sərnişin daşıyıb

20-09-2019, 16:41- 250-yə yaxın arıçı öz məhsulunu anbara təhvil verib - Yarmarkaya saylı günlər qaldı

20-09-2019, 16:32- Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru professor Fernando Quevedo Bakı Dövlət Universitetinə rəsmi səfərə gəlib

20-09-2019, 16:20- “Nar”-ın baş sponsorluğu ilə ən baxımlı intellektual yarış start götürür

20-09-2019, 16:08- Mərkəzi Kitabxana “Yurdda sülh, cahanda sülh” adlı tədbir keçirdi

20-09-2019, 15:59- “Əsrin müqaviləsi”nin 25 illiyinə həsr olunan poçt markaları dövriyyəyə buraxılıb

20-09-2019, 15:47- “Kaspersky Lab” kiber idmanda fırıldaqçılığa qarşı mübarizə həlli təqdim edir

20-09-2019, 15:26- Macarıstanın Baş naziri Bakıya gəlir

20-09-2019, 15:05- Mətbuat Şurası və “SOCAR-AQŞ” MMC-nin birgə keçirdiyi müsabiqə qaliblərinin adları açıqlanıb

20-09-2019, 14:52- Azərbaycan dünya bazarlarına ixrac potensialını artıracaq

Haqqımızda Əlaqə

Pediatr – allerqoloq Xəyalə Quliyeva: “Uşaqları kimyəvi dərmanlardan uzaq tutsunlar”

Tarix:22-06-2019, 18:20 Baxış Sayı:465

Pediatr – allerqoloq Xəyalə Quliyeva: “Uşaqları kimyəvi dərmanlardan uzaq tutsunlar”
- Xəyalə xanım, zaman sizi haradan hara gətirdi?

- Mən 1998-ci ildə Tibb Universitetinə daxil oldum. 2004-cü ildə oranı bitirdim. 2004-2005-ci ildə internatura keçdim. 2005-ci ildən 2010-cu ilə qədər Sankt-Peterburqda ailə həkimi olaraq işlədim. 2010-ci ildə Azərbaycana qayıtdım, iki il mülki müdafiə və tibbi biliklərin əsasları fənnini tədris etdim. 2012-ci ildən etibarən isə Bakıda pediatr olaraq işləməyə başladım. Müxtəlif klinikalarda çalışdım. Hal-hazırda fəaliyyətimi “Aysmed” klinikasında davam etdirirəm.

- Bu illər ərzində sizi narahat edən məsələ nə oldu?

- Mən sosail şəbəkələrdən çox istifadə edən biriyəm. Son zamanlarda görürəm ki, valideynlər sosail şəbəkə vasitəsilə bir-birinə məsləhətlər verirlər. Öz uşaqlarına yazılan hər hansısa bir dərman preparatını başqa valideynə məsləhət görürlər. Bu, qətiyyən yolverilməzdir. Hər oqranizm fərqlidir. Bu hal məni çox narahat edir. Bundan başqa, son illərdə sosial şəbəkələrdə peyvənd əleyhinə aksiyalar başlayıb. Valideynlər övladlarında olan hər hansı bir xəstəliyi peyvəndlə əlaqələndirirlər. Halbu ki, o xəstəliklərin peyvəndlə heç bir əlaqəsi yoxdur. Misal olaraq deyim ki, qızılca xəstəliyi əvvəlki illərə nisbətən çoxalıb. Bunun da fonunda peyvənddən yayınma halları dayanır.

- İşdənkənar necə birisiniz?

- Xarakter olaraq səmimi biriyəm. Yalanı və xəstələri aldatmağı sevmirəm. Ən azından deyə bilərəm ki, vicdanlı və insaflı bir həkiməm.

- Nədən qorxursunuz?

- Mənim fobiyalarım var. Avtomobil idarə etməyə və üzməyə qarşı fobiyam var. Düşünürəm ki, bu qorxular heç bir zaman keçməyəcək. Amma ümumilikdə isə qorxum yalnız Allahdandır.

- Ailəlisinimzi?

- Bəli, ailəliyəm. Üç övladım var.

- Ailə həyatı ilə bu iş alınırmı?

- Çətin də olsa, alınır. Düzdür, yaxşı həkim olmaqla yanaşı, yaxşı ana olmaq çətindir. Çünki uşalqara istədiyin qədər vaxt ayıra bilmirsən. Hər halda, mən çalışıram ki, balansı qoruyum.

- Nə olmamalı idi, amma oldu?

- Mən cavan yaşda qardaşımı itirmişəm. Həyatımda qırıldığım məqam təkcə bu məqamdır. Amma qismətdə nə varsa, o da olacaq.

- Bir həkim olaraq nəyə qətiyyətlə “yox” deyirsiniz?

- Uşaqlara lazımsız diaqnozları qoymağa və onları kimyəvi dərmanlarla həddindən artıq yükləməyə “yox” deyirəm.

- Oxuculara nə məsləhət görürsünüz?

- Məsləhət görürəm ki, uşaqlarını kimyəvi dərmanlardan uzaq tutsunlar. Həkimə vaxtında müraciət etsinlər. Əgər gedə bilmirlərsə, pediatrlardan telefon vasitəsilə müəyyən məsləhətlər alsınlar. Uşaqlarını sağlam mühitdə böyütsünlər.

- Mən Hippokrat andını içərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Ağlıma gəlməzdi ki, bu and bir gün öz aktuallığını itirəcək. Hazırkı dövrdə dünyanın bir çox ölkələrində artıq Hippokrat andı yox, “həkimlərin etikası kodeksi” istifadə edilir.

Həkimlə əlaqə: (070) 5347353скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...