Anons

Dünən, 19:12- QRAND QUDMANYAN: QARABAĞ AZƏRBAYCAN TORPAĞIDIR VƏ HƏMİŞƏ DƏ BELƏ OLACAQDIR.

Dünən, 17:08- “AzerTelecom” “Caspian Energy Forum Baku-2019”a tərəfdaş qismində dəstək verir

Dünən, 16:55- “Nar” “Bilik günü”nü kənd məktəbliləri ilə birgə qeyd etdi

Dünən, 16:43- Kolumbiya Azərbaycandan olan gül şirkətlərini Boqotaya dəvət edir

Dünən, 16:32- Gimnastlarımız Dünya Kubokunda gümüş medal qazandı

Dünən, 16:24- Nazir müavini: Azərbaycanda elektrik və hibrid avtomobillərin istifadəsi təşviq olunmalıdır

Dünən, 16:10- KOBİA-nın stendi “Ən yaxşı sosial layihə” mükafatına layiq görülüb

Dünən, 15:57- Azərbaycan QDİƏT PM-in komitə iclasında təmsil olunacaq

Dünən, 15:36- Bakı metrosu 1-ci sinif şagirdi olan sərnişinlərə sürpriz etdi

Dünən, 15:27- Bakı Dövlət Universitetində Bilik Günü keçirilib

Dünən, 15:12- Azərbaycanda bu il mobil rabitə operatorları 579 milyon manat gəlir əldə edib

Dünən, 14:55- Qoruqlara giriş ödənişsiz olacaq - TARİXLƏR

Dünən, 14:38- Astara el məzarlığında ŞƏHİDLƏRİN XATİRƏ GUŞƏSİ yaradıldı

Dünən, 14:31- Sabahın hava proqnozu açıqlanıb

Dünən, 13:43- Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib

Dünən, 13:31- Azərbaycan məhsulları “Food Expo Warsaw-2019” sərgisində

Dünən, 13:22- Bakıda Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir

Dünən, 13:10- Mixail Şumaxer xəstəxanadan buraxılıb

Dünən, 12:57- Bu ilin 7 ayında 9793 boşanma qeydə alınıb

Dünən, 12:38- Azərbaycanda bu il 1844 əkiz, 48 üçəm doğulub

Haqqımızda Əlaqə

Psixoloq Gülnarə Abuzərova: "Hər pasientin yaşadığı halı özlüyümdə yaşayıram".

Tarix:19-06-2019, 10:47 Baxış Sayı:121

Psixoloq Gülnarə Abuzərova: "Hər pasientin yaşadığı halı özlüyümdə yaşayıram".
- Gülya xanım, zaman sizi haradan hara gətirdi?

- İnsan hər zaman özünü tapmaq istəyib. Hər bir insanın öz missiyası var. Mən da yaşaya-yaşaya zamanla anladım ki, bu yolda olmalıyam. Bu yol mənim həyatımı tamamladı. Düşünürəm ki, məhz psixoloq olaraq doğulmuşam.

- Neçə ildir bu sahədəsiniz?

- Artıq on ildir ki, psixoloq olaraq fəaliyyət göstərirəm.

- Bu on il ərzində nə müşahidə etdiniz?

- Mən öz təcrübəmi hər zaman öz pasientlərimlə artırmışam. Bu işə başladığım illərdə insanları müşahidə edə-edə öz təcrübəmi artırdım. İndi məni heç nə təəccübləndirə bilməz. Bu dünyada nə baş verirsə, verməlidir. Biz iştirakçıyıq. Bir də onu müşahidə etdim ki, ilk növbədə, gərək insanların etibarını qazanasan. Etibar qazana bilsən, pasientlərin əlli faiz sağalıb deməkdir.

- Bir psixoloq olaraq son zamanlarda sizi narahat edən hansı məsələdir?

- Həyat varsa, stress, depressiya və s. kimi hallar da qaçılmazdır. Ən böyük problem insanların özlərini kənardan görə bilməməkləridir. Bu hal məni çox narahat edir. Əgər insan özünü kənardan görə bilsə, problemləri də azalar.

- İşdənkənar necə birisiniz?

- Məndən soruşanda ki, necə birisiniz? Deyirəm ki, hər cür ola bilərəm. Hər bir hal bizim həyatımıza qonaq kimi gəlib-gedir. Heç kim deyə bilməz ki, hansısa hal ondan  yan keçib. Biz istənilən bir halı qonaq kimi qəbul edib, qonaq kimi də yola salmalıyıq.

- Pasientləriniz sizi bu qədər çox istəyirlər. Nədir bu sevginin arxasında yatan sirr?

- Düşünürəm ki, elə sevgidir. Hər kəsin sevgiyə, qayğıya ehtiyacı var. Hər zaman nəsə gözləyirik. O gözlədiyimiz hislərin ən öndə gedəni sevgi hissidir.

- O sevgini lazımınca ala bildinizmi?

- Sevgi qarşılıqlı olanda gözəl olur. Qarşılıq olmayanda o sevgi haradsa büdrəyir. Düşünürəm ki, o sevgini o qədər ötürürəm ki, artıq almağa ehtiyac qalmır. Mən səmimi münasibətimlə o halı alıram. Ümumiyyətlə, sevgini tam olaraq hiss etmək üçün qarşılıq gözləmək lazım deyil. Qarşılıq gözləsən, o sevgi tamamlanmayacaq.

- Ailəlisinizmi?

- Bəli, ailəliyəm.

- Ailə həyatı ilə bu iş alınırmı?

- Xanım elə bir varlıqdır ki, o, hər zaman ailəsinə qayğı göstərməlidir. Əgər o qayğını görtərə bilirəmsə, mən onunla təsəlli tapıram. Düzdür, işguzar xanım olduğuma görə, o qayğını istənilən zaman ötürə bilmirəm. Buna görə də evdə zaman-zaman narahatçlıq olur. Qızımın on beş yaşı var. Güman edirəm ki, o, məni anlayışla qarşılayır. Amma istənilən halda ailəmə daha çox vaxt ayırmağa çalışıram.

- Son zamanlarda ailədaxili münaqişələrin, boşanmaların sayı artıb. Bunun fonunda nə dayanır, sizcə?

- Bu, geniş bir sualdır. Amma qısaca deyə bilərəm ki, hər insanın hər bir hadisəyə baxışı fərqlidir. İnsan doğulan andan etibarən onun şəxsiyyəti formalaşır. Mən deyərdim ki, insanların öz həyatlarından narazı olmaqları sonda belə hallarla nəticələnir. Çox təəssüflər olsun ki, insanlar  bir-birlərinin dəyərini bilmirlər. Ona görə də, çox zaman tapdıqlarını da itirirlər. Bu və bunun kimi hallar insanları uçruma doğru aparır.

- Hər bir psixoloqun öz iş prinsipi var. Bəs sizin iş prinsipiniz necədir?

- Mən hər bir pasientin yaşadığı halı özlüyümdə yaşayıram. Bəzən özümü bilə-bilə çıxılmaz vəziyyətlərə salmışam ki, görüm, o vəziyytlərdən çıxmağı bacara biləcəyəmmi? Bacarmasa idim, özümə söz vermişdim ki, bu sahədə işləməyəcəym. Ona görə də, indi pasientlərimin yaşdıqlarını onlarla bərabər yaşayıram. Onu onlara hiss etdirirəm və onlar sağalmağa doğru gedirlər. Çox nadir hallarda olur ki, mənim pasientlərim yanıma uzunmüddətli gəlsinlər. Əksər hallarda, ən qısa zaman kəsiyində uğurlu nəticələr əldə edirik.

- Oxuculara nə məsləhət görürsünüz?

- Xoşbəxtlik nədir soruşanda, hər insan bir cür cavab verir. Ümumiyyətlə, xoşbəxtlik ruhun hüzuru deməkdir. Məsləhət görürəm ki, həyatı olduğu kimi qəbul etsinlər. Həyatı olduğu kimi qəbul etsələr, hər hansı bir problemlə rastlaşdıqda onun öhdəsindən asanlıqla gələ biləcəklər.

- Mən əynimə ağ xalatı geyinərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Ağlıma gəlməzdi ki, bu işin məsuliyyəti bu qədər böyük ola bilər və ağ xalat insanın üzünü ağ edə bilər.

Əlaqə: (055) 4894077

Psixoloq Gülnarə Abuzərova: "Hər pasientin yaşadığı halı özlüyümdə yaşayıram".
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...